AYAZ ƏSGƏROVUN RÜŞVƏT QALMAQALI
Gundem / Bolge
Oxunub: 3 125
27 okt 2017 | 12:19
AYAZ ƏSGƏROVUN RÜŞVƏT QALMAQALI













Ölkədə vəzifə sahiblərinin onlara həvalə edilmiş səlahiyyətlər çərçivəsində hərəkət etmələri, qanunun aliliyini qorumaları, hər hansı qanunsuzluqlara imza atmamaları və s. vəzifə sahiblərinin qarşısında duran əsas şərtlərdən biridir. Bu kimi şərtlərə əməl etmək isə, daha çox yüksək səlahiyyət sahiblərinə aid olan məsələlərdir. Xoşagəlməz hal o olur ki, əksər hallarda yüksək çinli vəzifə sahiblərinin özləri vəzifə səlahiyyətlərindən yararlanırlar, minbir oyun qaydaları qururlar, kimlərisə “oyun”a salmağı da bacarırlar. Bu günlərdə informasiya mərkəzimizə belə bir məlumat daxil oldu ki, Qazax RİH-nin sabiq icra başçısı cənab Ayaz Əsgərov da, belə bir əməl sahiblərindən biridir. Yəni, adı çəkilən şəxs Qazaxda icra başçısı vəzifəsini daşıyan zaman rayon sakinlərindən birinə (zərif cinsin nümayəndəsidir) məktəb direktoru təyin etdirəcəyi vədini verir və iş otağında həmin şəxsdən əlbəəl külli miqdarda “haqq-hesab” da alır. Tərəflər arasında ümumi razılığın əldə olunmasına baxmayaraq, çox keçmir ki, Ayaz Əsgərov ölkə rəhbəri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Yardımlı RİH-nə başçı təyin olunur. Belə bir təyinatın verilməsi isə, hər iki tərəf arasında əldə olunan razılaşmanın baş tutmaması ilə nəticələnir.

Xoşagəlməz hal o olur ki, Yardımlı RİH-nə başçı təyin olunan Ayaz Əsgərov Qazax rayon sakininə verdiyi vədini yerinə yetirmək, ən azından aldığı “haqq-hesab”ı onun özünə qaytarmaq əvəzinə, həmin şəxsdən “qaçmaq” yolunu tutur. Belə bir səbəb üzündəndir ki, Qazax rayon sakini bu gün də Ayaz müəllimlə olan problemini heç cür “çözə bilmir”. Diqqəti o məqama da yönəltmək lazımdır ki, hər iki tərəf araslnda vasitəçiliyi Qazağa yaxın rayonlardan birində bu gün də baş həkim vəzifəsini daşıyan şəxs edir. Bu şəxsin də problemin varlığına özünə məxsus tərzdə yanaşması, bəzi çalarlara aydınlıq gətirməyə imkan verir. Yəni, vaxtilə tərəflər arasında vasitəçilik edən, bu gün isə baş həkim vəzifəsini daşıyan şəxs də, “quyruğunu” heç cür Qazax rayon sakininin “əlinə vermir”. Bu da o deməkdir ki, sabiq icra başçısı ilə bu gün baş həkim vəzifəsini daşıyan şəxs eyni oyunun oyunçularıdırlar. Əgər bu belə deyilsə, o zaman baş həkim vəzifəsini daşıyan həmin şəxs də ən azından Qazax rayon sakinini qəbul edər və vaxtilə yerinə yetirdiyi missiyasını bu gün də yerinə yetirərdi. Yəni, sabiq icra başçısına verilmiş “haqq-hesab”ın qaytarılmasında vasitəçilik edər.

Onu da qeyd edək ki, sabiq icra başçısı ilə bağlı daxil olan informasiyanı dəqiqləşdirmək, qarşı tərəf olaraq Ayaz müəllimin məsələlərə münasibətini öyrənmək üçün, dünən günün müxtəlif saatlarında etdiyimiz telefon zənglərimizin heç bir nəticəsi olmadı. Belə olan halda Yardımlı RİH Aparatında çalışan digər vəzifə sahibləri ilə əlaqə saxladıqda “gedin nə bilirsiniz onu da yazın” deməklə, fikirlərini belə çatdırdılar.

Ayaz Əsgərovun Qazaxda icra başçısı olduğu dönəmdə atdığı bir çox addımlar da, bu gün heç cür unudulmur. Çünki, bəzi sakinlərin iddialarına görə o, rayon ərazisində fəaliyyət göstərən gözəllik salonlarında çalışan zərif cinsin nümayəndələrinə qarşı, hər zaman “həssaslıq” nümayiş etdirib. Hörmətli oxucular! Hələlik zərərçəkən şəxslə bərabər, baş həkim vəzifəsini daşıyan şəxsin adının hallanmasını çəkmək istəmədiyimizdən, hələlik həmin şəxslərin adlarını məxfi saxlayırıq. Mövzunu diqqətdə saxlayacağıq.
deryaz.az
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ