Yetim malına göz dikənlər -Saraydakı internatdan ŞOK FAKTLAR
Gundem / Sosial
Oxunub: 1 278
3 noy 2017 | 10:17
Yetim malına göz dikənlər -Saraydakı internatdan ŞOK FAKTLAR













Azərbaycanda məmurların vəzifədən sui-istifadə halları ilə bağlı dəfələrlə yazılıb, ictimai müzakirələrə çıxarılıb. Prezident İlham Əliyevin dəfələrlə bu barədə məmurlara xəbərdarlıqlar etməsinə və ciddi cəzalandırmasına baxmayaraq, bəzi məmurlar hələ də müəyyən yollarla bu cür neqativliklərə yol verir, vəzifə səlahiyyətlərini aşmaqla biabırçı hərəkətlər edirlər. Həmin şəxslər rəhbərlik etdikləri qurumları çapıb-talamaqla məşğul olur, özlərinin gəlir mənbəyini artırır. Bir sözlə həmin şəxslər ictimai maraqları nəzərə almadan maddi maraqları naminə istənilən özbaşınalıqları edirlər. Bu cür biabırçı hadisələrdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Saray qəsəbəsindəki 7 saylı İnternat Evində baş verməkdədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Saray qəsəbəsində yerləşən 7 saylı internat evinin direktoru Pərvanə Səfərovanın yarıtmaz fəaliyyətinə dair aldığımız məlumatlar əsasında hazırlanmış tənqidi materialı təqdim etmişdik.

Nazir Səlim Müslümov fəaliyyətə başladığı vaxtlardan nazirlikdə və quruma tabe olan təşkilatlarda korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparsa da, gözdən uzaq yerdə olan internat evində hələ də bu faktlar qalmaqdadır. Abşeron rayonunun Saray qəsəbəsində yerləşən bu internat evi fiziki və əqli cəhətdən zəif uşaqlar üçündür. Yəni bura dövlət xüsusi diqqət yetirir, əqli cəhətdən zəif Azərbaycan vətəndaşlarının maddi problemlərinin həllinə çalışır. Amma, bəziləri dövlətin bu siyasətinə kölgə salmaq üçün həmin müəssisəyə öz şəxsi obyekti kimi baxır.

Azerinfo.az-a müraciət edən valideynlər də bu cür iyrənc faktları qəbul edə bilmədiklərini bildirir, xəstə uşaqların məskunlaşdığı bu müəssisədəki biabırçı vəziyyətlərin ictimailəşdirilməsini istəyir. Valideynlər deyirlər ki internat evinin müdiri öz əlaltıları ilə birlikdə bu müəssisədə xəstə uşaqlara olmazın işgəncələrini verir. Şikayətçilər konkret faktlar da açıqlayırlar: “İnternat evi kifayət qədər tanınmış müəssisədir. Burada dövlət xəstə uşaqlar üçün kifayət qədər şərait yaradıb. Müəssisə bir neçə il əvvəl Heydər Əliyev Fondunun maliyyəsilə əsaslı təmir olunub, xəstələrin yaşayışı və müalicəsi üçün yüksək səviyyədə şərait yaradılıb. Amma, son bir ildə internat evində dəhşətli vəziyyət yaranıb”. Valideynlər deyirlər ki, əvvəllər bu müəssisədən onlar razı qalıblar: “Əvvəllər şərait olmasa da, uşaqlara yaxşı baxırdılar. Bəzi xırda nöqsanları çıxmaq şərti ilə vəziyyət normal idi. Amma, müəssisəyə yeni təyin olunan direktor Pərvanə Səfərova müəssisəni alt-üst edir. Hətta iş o yerə çatır ki, müəssisədə məskunlaşan xəstə uşaqlar məcburiyyətdən Saray qəsəbəsində fərdi evlərə sığınır, sakinlərdən imdad diləyirlər. Müəssisədə xəstələr üçün göndərilən ərzaqların əksəriyyəti qəsəbədəki mağazalarda satılır. Direktorun tapşırığı ilə həmin ərzaqlar bəzi işçilərin vasitəsilə bazar qiymətindən ucuz qiymətə mağazalara verilir, satıcəılar tərəfindən satdırılır. Müəssisədəki xəstələr də acından ölməmək üçün Saray qəsəbəsində fərdi evlərə gedərək ev sahiblərindən yeməyə çörək istəyir. Müəssisə direktoru isə bu faktları bnəzərə almadan biabırçı hərəkətlərini davam etdirir”. Valideynlər deyirlər ki, onlar dəfələrlə öz övladlarını qəsəbədəki evlərdə günəmuzd işləyərkən görüb.

Məsələ ondadır ki, baş təsərrüfatçı Zeynəb Hacıyeva internata gələn əti və digər ərzaq məhsullarını sürücü Əhmədin vasitəsilə daşıtdırıb mağazalarda satdırır. Ona görə uşaqlara normativə görə günərzi 4 dəfə xörək bişirilməli halda, cəmi 1-2 dəfə keyfiyyətsiz ətdən hazırlanmış şorba verilir. İkinci növ xörək isə ümumiyyətlə bişirilmir.

Valideynlər direktora etiraz etsələr də, direktor Pərvanə Səfərova onların bu şikayətlərinə məhəl qoymur. Əksinə, valideynləri təhqir edərək “imkanın var apar saxla, mənim ixtiyarımda olan uşaqlara mən nəzarət edirəm və mən də öz bildiyim kimi də hərəkət edirəm” deməklə valideynləri müəssisədən qovur. Şikayətçilər deyirlər ki, direktorun bu hərəkətlərinə etiraz edən valideynlər də Pərvanə Səfərova tərəfindən cəzalandırılır. Cəza növü isə belədir. Həmin valideynlər aylarla xəstə övladları ilə görüşdən məhrum edilir. Uşaq valideynini istəyəndə isə döyülür, valideyninə qarşı nifrət etməyə məcbur olunur. Çarəsiz qalan valideynlər isə bunun üçün direktorla razılaşmaq məcburiyyətində qalır.

Saytımıza daxil olan bir digər məlumatlarda isə şikatyətçilər daha bir konkret fakt barədə açıqlama verir. Onların sözlərinə görə, müəssisəyə dövlət və imkanlı şəxslər tərəfindən verilən ət və ət məhsullarının hamısı uşaqlardan

gizlədilərək satılır: “Bura dövlət tərəfindən, ayrı-ayrı qurumlar və imkanlı şəxslər tərəfindən yardımlar edilir. Hər gün demək olar ki, 5-10 imkanlı şəxs avtomobillərlə yardım məqsədilə bu müəssisəyə qoyun və inəklər kəsib gətirir və xəstə uşaqlara verilməsi üçün direktora təqdim edir. Amma, həmin ətlərdən xəstə uşaqlara bir tikə də olsa verilmir. Ətlər dərhal xüsusi adamlar vasitəsilə Saray qəsəbəsi və Sumqayıt şəhərində fəaliyyət göstərən xüsusi ət dükanlarına ucuz qiymətə satılır. Valideynlərin sözlərinə görə, ət satışı işi ilə internat evində ştatdan kənar işçi olan Əhməd adlı şəxs məşğuldur. Müəssisyə gələn həmin ətlər Əhməd adlı şəxsə təhvil verilir, o isə həmin ətləri dükanlara paylamaq və onların pullarını yığıb direktora çatdırmaqla məşğuldur.

Valideynlər deyirlər ki, onlar yaxın gündə bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciət ünvanlamaq qərarı veriblər. Müəssisədəki digər nöqsanlarla bağlı yaxın günlərdə daha ətraflı məlumatlar veriləcək. Hazırda redaksiyamıza daxil olan digər faktlarla bağlı ciddi araşdırmalar aparıldığından həmin faktlar hələ ki açıqlanmır. Araşdırmalar başa çatandan sonra oxuculara müəssisədə baş verən digər neqativliklər barədə daha ətraflı məlumat verəcəyik. Bizi izləyin.. Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq .
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO