YETIM MALINA GÖZ DIKƏNLƏR! SƏLIM MÜSLÜMOVUN KADRLARININ GÖZ HƏKIMINƏ EHTIYACI VAR..
Gundem / Sosial
Oxunub: 1 363
6 noy 2017 | 11:56
YETIM MALINA GÖZ DIKƏNLƏR! SƏLIM MÜSLÜMOVUN KADRLARININ GÖZ HƏKIMINƏ EHTIYACI VAR..













Saraydakı internat evindən ciddi faktlar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Saray qəsəbəsində yerləşən 7 saylı internat evinin direktoru Pərvanə Səfərovanın yarıtmaz fəaliyyətinə dair aldığımız məlumatlar əsasında Ötən saylarımızda hazırlanmış tənqidi materialı təqdim etmişdik.Və cənab Nazir Səlim Müslümovdan xahiş etmişdik ki,Pərvanə xanımın bu maxinasiyaları və özbaşınalıqları barədə araşdırma aparıb lazımi ölçü götürsün. İnternat evində çalışan mənbəmizin verdiyi məlumatlara görə nazirlikdən gələn inspektorlar Adət müəllimlə Pərvanə xanım adaşı Pərvanə Səfərova ilə necə»dil tapıblarsa yoxlamanı direktorun kabinetindən başqa heç yerdə aparmağa üzləri olmayıb. Nəticədə məlub olub ki,hər iki inspektorun»göz həkiminə ehtiyacları olub». Komissiya internatdan təzəcə ayrılan kimi, Pərvanə xanım internata gələn 100 kiloqram narı necə aradan çıxardıbsa xəstələr narın arxasınca baxaraq dərindən köks ötürüblər. Deyilənə görə Pərvanə xanım da işçilərə acıq verirmiş kimi «guya gəlib neylədilər,bunlar da yeməyə gəliblər də…» deyərək nazirliyin və redaksiyamızın ünvanına xoşagəlməz ifadələr işlədib. Azərbaycanda məmurların vəzifədən sui-istifadə halları ilə bağlı dəfələrlə yazılıb, ictimai müzakirələrə çıxarılıb. Prezident İlham Əliyevin dəfələrlə bu barədə məmurlara xəbərdarlıqlar etməsinə və ciddi cəzalandırmasına baxmayaraq, bəzi məmurlar hələ də müəyyən yollarla bu cür neqativliklərə yol verir, vəzifə səlahiyyətlərini aşmaqla biabırçı hərəkətlər edirlər. Həmin şəxslər rəhbərlik etdikləri qurumları çapıb-talamaqla məşğul olur, özlərinin gəlir mənbəyini artırır. Bir sözlə həmin şəxslər ictimai maraqları nəzərə almadan maddi maraqları naminə istənilən özbaşınalıqları edirlər. Bu cür biabırçı hadisələrdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Saray qəsəbəsindəki 7 saylı İnternat Evində baş verməkdədir. Nazir Səlim Müslümov fəaliyyətə başladığı vaxtlardan nazirlikdə və quruma tabe olan təşkilatlarda korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparsa da, gözdən uzaq yerdə olan internat evində hələ də bu faktlar qalmaqdadır. Abşeron rayonunun Saray qəsəbəsində yerləşən bu internat evi fiziki və əqli cəhətdən zəif uşaqlar üçündür. Yəni bura dövlət xüsusi diqqət yetirir, əqli cəhətdən zəif Azərbaycan vətəndaşlarının maddi problemlərinin həllinə çalışır. Amma, bəziləri dövlətin bu siyasətinə kölgə salmaq üçün həmin müəssisəyə öz şəxsi obyekti kimi baxır.Azerinfo.az-a müraciət edən valideynlər də bu cür iyrənc faktları qəbul edə bilmədiklərini bildirir, xəstə uşaqların məskunlaşdığı bu müəssisədəki biabırçı vəziyyətlərin ictimailəşdirilməsini istəyir. Valideynlər deyirlər ki internat evinin müdiri öz əlaltıları ilə birlikdə bu müəssisədə xəstə uşaqlara olmazın işgəncələrini verir. Şikayətçilər konkret faktlar da açıqlayırlar: “İnternat evi kifayət qədər tanınmış müəssisədir. Burada dövlət xəstə uşaqlar üçün kifayət qədər şərait yaradıb. Müəssisə bir neçə il əvvəl Heydər Əliyev Fondunun maliyyəsilə əsaslı təmir olunub, xəstələrin yaşayışı və müalicəsi üçün yüksək səviyyədə şərait yaradılıb. Amma, son bir ildə internat evində dəhşətli vəziyyət yaranıb”. Valideynlər deyirlər ki, əvvəllər bu müəssisədən onlar razı qalıblar: “Əvvəllər şərait olmasa da, uşaqlara yaxşı baxırdılar. Bəzi xırda nöqsanları çıxmaq şərti ilə vəziyyət normal idi. Amma, müəssisəyə yeni təyin olunan direktor Pərvanə Səfərova müəssisəni alt-üst edir. Hətta iş o yerə çatır ki, müəssisədə məskunlaşan xəstə uşaqlar məcburiyyətdən Saray qəsəbəsində fərdi evlərə sığınır, sakinlərdən imdad diləyirlər. Müəssisədə xəstələr üçün göndərilən ərzaqların əksəriyyəti qəsəbədəki mağazalarda satılır. Direktorun tapşırığı ilə həmin ərzaqlar bəzi işçilərin vasitəsilə bazar qiymətindən ucuz qiymətə mağazalara verilir, satıcəılar tərəfindən satdırılır. Müəssisədəki xəstələr də acından ölməmək üçün Saray qəsəbəsində fərdi evlərə gedərək ev sahiblərindən yeməyə çörək istəyir. Müəssisə direktoru isə bu faktları bnəzərə almadan biabırçı hərəkətlərini davam etdirir”. Valideynlər deyirlər ki, onlar dəfələrlə öz övladlarını qəsəbədəki evlərdə günəmuzd işləyərkən görüb.

Direktor P. Səfərova anbara nəzarəti öz xalası qızına etibar edib, o isə öz növbəsində deyilənə görə həqiqi mənada yezidliklə məşğuldur. İnternatın içindəki informatorun verdiyi məlumata görə, uşaqlara verilməyən yeməyin anbarda qalıb xarab olduğu hallar da olur. Hətta azyaşlılar üçün pampers bezləri də dükanlarda satdırılır. Antisanitariya ucbatından qoxudan otaqlara daxil olmaq olmur, iydən baş çatlayır. Uşaqların əyin-başları səliqəsiz, çirkə bulaşmış vəziyyətdə olur. Bildirilir ki, internata ayrılan vəsaiti mənimsəyən direktor haram kapital hesabına tez-tez özünə zinət əşyaları alır, yay mövsümündə istirahətini Kislovodsk sanatoriyasında keçirir. Məlumatda həmçinin bildirilir ki, uşaqları müayinə edən tibb bacısı da xanım direktorun dayısı qızıdır ki, o da öz vəzifəsinin öhdəsindən gəlmir. Təsərrüfat müdiri İlkin, Pərvanə xanımın bacısı qızının əridir. Aşbaz isə, xalası qızı Manyadır. Anbardar gəlininin dayısı arvadı Səbirədir. Dərman preparatlarının özünü deyil, əvəzində həmin dəyərdə pulu alırlar. Direktor bütübn bu maxinasiyaları Nazirliyin ondan pul istəməsi ilə əlaqələndirir. Ştat cədvəlində «ölü canlar mövcuddur. Guya sanitar işləyən, çörək bişirən Fazilə adlı qadın aylarla işə gəlmir, amma aybaay maaşını alır. Halbuki internata çörəyi normativdən az kəmiyyətdə pulla alırlar. İşləmədiyi halda məvacib alanlardan biri də Fazilənin qardaşı bərbər Nofəldir. Demaqoq adam sayılır deyə bayram və əlamətdar günlərdə ətindən tutmuş digər ərzaq payına qədər evinə göndərilir. Məlumata görə, baş mühasib Gülsura qızını yanında mühasib işlədir. Bilinmir rəsmi işçidir, yoxsa qeyri-leqal. İnternatın idarəçiliyini faktiki olaraq Zeynəb Hacıyeva həyata keçirir. Direktor isə zəhmətsiz gəlir əldə edir, öz komfortlu otağında istirahəti ilə məşğuldur. Müəəsisədəki informatorumuz bildirir ki, işlədiyi müddət ərzində günlərlə direktorun üzünü görmür: «Direktor qoyun ətinin kilosunu 8-9 manata qəssablara verir, hər dəfə də 40-50 kilo birdən. Axşam saat 7-də işçiləri yola salandan sonra özü anbara düşüb maşını ərzaqla doldurub aparır və qohum-əqrəbasına pay-püşk edir». İnterat uşaqlarının ən yuxarı yaş həddi 18 olduğu halda burada 30-dan yuxarı yaşda sakinlər də var. Məsələn, 32 yaşlı Nəzakət və 36 yaşlı Elxan hələ də orada qalıb işləyirlər. Deyilənə görə internatda yaşayanların əksəriyyəti 18 yaşdan sonra orada məskunlaşmaq üçün 500-600 manat pul veriblər.Təxmin etmək asandır ki, onların əməyi qul kimi istismar olunur. Müəssisə rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində burada məskunlaşmış xəstə uşaqlar təkcə dövlətin deyil, ictimai qurumların və ayrı-ayrı imkanlı şəxslərin də göstərdikləri qayğıdan yararlana bilmirlər. Hətta bəzi mənbələrin iddiasına görə, müəssisədə məskunlaşan xəstə uşaqlar məcburiyyətdən Saray qəsəbəsində fərdi evlərə sığınır, sakinlərdən yardım dilənirlər. Mənbənin verdiyi məlumatlara görə,Pərvanə Səfərovanı ƏƏSMN-də güclü əl qoruyur.Nə vaxt oraya yoxlama gələndə bir neçə gün qabaq direktorun xəbəri olur ki, həmin ərəfədə kollektif səfərbər olur və «tam heyətlə gücləndirilmiş iş rejiminə keçirilir».Binəva xəstələr ömürlərində ən yaxşı günü elə həmin gün,komissiya gələn günü görürlər.Valideynlər direktora etiraz etsələr də, direktor Pərvanə Səfərova onların bu şikayətlərinə məhəl qoymur. Əksinə, valideynləri təhqir edərək “imkanın var apar saxla, mənim ixtiyarımda olan uşaqlara mən nəzarət edirəm və mən də öz bildiyim kimi də hərəkət edirəm” deməklə valideynləri müəssisədən qovur. Şikayətçilər deyirlər ki, direktorun bu hərəkətlərinə etiraz edən valideynlər də Pərvanə Səfərova tərəfindən cəzalandırılır. Cəza növü isə belədir. Həmin valideynlər aylarla xəstə övladları ilə görüşdən məhrum edilir. Uşaq valideynini istəyəndə isə döyülür, valideyninə qarşı nifrət etməyə məcbur olunur. Çarəsiz qalan valideynlər isə bunun üçün direktorla razılaşmaq məcburiyyətində qalır.Saytımıza daxil olan bir digər məlumatlarda isə şikatyətçilər daha bir konkret fakt barədə açıqlama verir. Onların sözlərinə görə, müəssisəyə dövlət və imkanlı şəxslər tərəfindən verilən ət və ət məhsullarının hamısı uşaqlardan gizlədilərək satılır: “Bura dövlət tərəfindən, ayrı-ayrı qurumlar və imkanlı şəxslər tərəfindən yardımlar edilir. Hər gün demək olar ki, 5-10 imkanlı şəxs avtomobillərlə yardım məqsədilə bu müəssisəyə qoyun və inəklər kəsib gətirir və xəstə uşaqlara verilməsi üçün direktora təqdim edir. Amma, həmin ətlərdən xəstə uşaqlara bir tikə də olsa verilmir. Ətlər dərhal xüsusi adamlar vasitəsilə Saray qəsəbəsi və Sumqayıt şəhərində fəaliyyət göstərən xüsusi ət dükanlarına ucuz qiymətə satılır. Valideynlərin sözlərinə görə, ət satışı işi ilə internat evində ştatdan kənar işçi olan Əhməd adlı şəxs məşğuldur. Müəssisyə gələn həmin ətlər Əhməd adlı şəxsə təhvil verilir, o isə həmin ətləri dükanlara paylamaq və onların pullarını yığıb direktora çatdırmaqla məşğuldur. Valideynlər deyirlər ki, onlar yaxın gündə bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciət ünvanlamaq qərarı veriblər. Müəssisədəki digər nöqsanlarla bağlı yaxın günlərdə daha ətraflı məlumatlar veriləcək. Hazırda redaksiyamıza daxil olan digər faktlarla bağlı ciddi araşdırmalar aparıldığından həmin faktlar hələ ki açıqlanmır. Araşdırmalar başa çatandan sonra oxuculara müəssisədə baş verən digər neqativliklər barədə daha ətraflı məlumat verəcəyik. Bizi izləyin.. Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq .
Dəryaz Oraqov
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?