ETSN SUSUR:Nəsimi rayonunda tikinti şirkətlərinin ağac soyqırımı-FOTOLAR
Gundem / Sosial
Oxunub: 1 311
9 noy 2017 | 14:57
ETSN SUSUR:Nəsimi rayonunda tikinti şirkətlərinin ağac soyqırımı-FOTOLAR

Zaman-zaman Bakı şəhər İcra Hakimiyyətləri tərəfindən verilən sərəncamlara əsasən hündürmərtəbəli bina tikmək üçün ərazilərdə tikinti aparan şirkətlər sanki ağaclara qarşı soyqırımı həyata keçirir.

Təbii ki, bu hal dövlətin müvafiq qurumları və ictimai nəzarət zamanı aşkarlanarsa həmin şirkət cəzalandırılır, bəzi hallarda isə verilən sərəncamlar ləğv edilir. Nümunə üçün Yasamal rayonu, Mətbuat prospektində tikinti aparan şirkətin törətdiyi qanunsuzluqlardan sonra baş verənləri xatırlayaq. “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin inşasını həyata keçirən şirkət qanunları pozaraq ərazidəki 54 ağacı və yaşıllıqları tamamilə məhv etmişdi. Bu məsələyə Prezident İlham Əliyev dərhal və kəskin reaksiya verdi. Dövlət başçısının göstərişi ilə “Ovçular evi” ərazisində inşa olunan həmin binanın tikintisi dayandırıldı, məsələ nəzarətə götürülərək araşdırılmağa başlandı. Əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edərək tikintini həyata keçirən şirkəti 130 min manat məbləğində cərimələdi və fakt üzə cinayət işi açıldı.

Prezident İlham Əliyev ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu dəfələrlə bildirib. Bu cür hallara qarşı daim ciddi tədbirlərin görülməsini, buna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini tapşırıb. Odur ki, Yasamal rayonunun “Ovçular evi” adlanan ərazisində yaşayış binasının tikintisi zamanı ağacların qanunsuz kəsilməsi və yaşıllıqların tamamilə məhv edilməsi faktına dövlətimizin başçısının dərhal və kəskin reaksiyası bir daha təsdiqlədi ki, ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Prezident İlham Əliyevin hər zaman diqqətindədir. Dövlət başçısının tapşırıqlarına əsasən ərazidə salınan yeni park bunu bir daha təsdiq edir.

Belə bir halla bu günlərdə təkrar qarşılaşdıq. Belə ki, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 186 ünvanda, daha doğrusu qonşuluğunda tikilkən yeni 2 binanın ətrafında ağac soyqırımı baş verir.

Azerinfo.az-ın əməkdaşları hadisə yerində olanları foto və video lentə alıblar. Binalardan birininin podratçısı “DAİM” EMTK -dır. Şəkillərdən göründüyü kimi binaların ətrafı, tikintiyə bitişik ağaclar var. Tikinti başlamazdan həmin ərazidə yüzlərlə ağac məhv edilib. Qalan ağaclar isə göründüyü kimi son günlərini yaşayırlar. Bəllidir ki, tikinti yekunlaşan kimi ərazidə çıxış-girişə mane olan yaxud olmayan ağacların hamısı məhv ediləcək. Bu görüntüləri yerli əhali ürək ağrısı ilə müşahidə edir. Müxtəlif qurumlara edilən şikayətlərə isə cavab verilmir. Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin niyə hərəkətə keçməmnəsi də sual doğurur. Onların məsələyə münasibətin gözləyirik.

Sonda Ümummilli lider Heydər Əliyevin ağacların qırılması ilə bağlı vurğuladığı fikirləri qeyd etmək yerinə düşər:

“Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də, siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...”.

Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE