“Şöhrət” ordenli Füzulinin icra başçısı müsavatçı çıxdı
Gundem
Oxunub: 1 870
9 yan 2015 | 17:05
“Şöhrət” ordenli Füzulinin icra başçısı müsavatçı çıxdı























Alı Alıyev 90-cı illərin əvvəlində Müsavat Partiyasına üzv olub, hazırda da partiyadan çıxmadığı deyilir

Füzulinin “Şöhrət” ordeni ilə təltif edilən icra başçısı Alı Alıyev haqda maraqlı məlumat yayılıb. Xəbər saytlarında məlumat verilir ki, onun vaxtı ilə hazırkı müxalifət partiyalarının birinin üzvü olduğu üzə çıxıb. Dekabrın 29-da prezident İlham Əliyev Alı Nuşrəvan oğlu Alıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Alı Alıyev 90-cı ildən başlayaraq Füzulidə yüksək vəzifələrdə işləyib, hətta uzun müddət rayonda “Aqroprom”un sədri də olub. Onu yüksək vəzifəyə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olan Əhməd Əhmədzadə gətirib. Məlumatda o da bildirilir ki, bir neçə il öncə Alı Alıyevin icra başçısı təyin edilməsində də Əhməd Əhmədzadənin xüsusi rolu olub. AXCP-Müsavat hakimiyyətə gəldiyi vaxtda Alı Alıyev Füzulidə tutduğu yüksək vəzifəsindən azad edilib. Lakin o, rayonda vəzifədə işləmək üçün rayon rəhbərliyinə müraciət edib. O zaman Alı Alıyevdən iqtidar partiyasına üzv olmaq təklif edilir və onun bu təklifi qəbul etdiyi deyilir. Məlumatda qeyd olunur ki, o vaxt Alı Alıyev Müsavat partiyasına üzv olmaq üçün partiyanın rayon təşkilatına ərizə ilə müraciət edir və o partiyaya üzv qəbul olunur. Bundan sonra A.Alıyevə vəzifə verildiyi bildirilir. Sonradan icra başçısının Müsavatdan çıxması haqda ərizə yazması ilə bağlı heç bir məlumat yoxdur. Bundan əlavə Alıyevin hazırda YAP-ın üzvü olmadığı da deyilir. Wikipedia.org saytında Alı Alıyev haqda məlumatda da onun YAP üzvü olması haqda məlumat əks olunmayıb. Ən maraqlısı da odur ki, “Şöhrət” ordeni verilməsi haqda “Qafqazinfo” saytının yaydığı məlumatın altında yazılan şərhlərin birində də icra başçısının müsavatçı olduğu qeyd edilir. Həmin şərhi olduğu kimi təqdim edirik: “Alı Alıyev vaxtı ilə Müsavat Partiyasının üzvü olub. Partiyadan çıxması haqda deyəsən ərizə də yazmayıb. Yəni hələ də müsavatçıdır. Bu barədə 92-93-cü ildə Füzuli rayonunda rəhbərlikdə olan şəxslərdən soruşmaq olar. Həmin vaxt Alı Alıyev rayonda yüksək vəzifə tutub. Maraqlıdır, Alı Alıyevin daydayı Əhməd Əhmədzadə bunları bilmir? Qarqazinfo bu məsələni araşdıra bilər. Füzuli rayonunun o vaxtkı icra başçısları Şakir Abbasov və Nofəl müəllimdən, eləcədə digər Füzulilərdən soruşa bilərsiniz”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi