Yasamaldakı 53 saylı məktəbin direktorunun oğlu hansı addımına görə suçlanır?
Gundem / Sosial
Oxunub: 1 711
20 noy 2017 | 12:45
Yasamaldakı 53 saylı məktəbin direktorunun oğlu hansı addımına görə suçlanır?













Atası ARDNŞ-də, anası isə Yasamaldakı məktəbdə rəhbər vəzifəni daşıyan gəncin əməllərinə, görəsən kim cavabdehlik daşıyır?

Hələ bir müddət bundan əvvəl, bir çox media qurumlarına daxil olduğu kimi, Azerinfo.az saytına da Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən 53 saylı orta məktəbin drektoru Firəngiz xanım Həsənovanın, Bakı şəhər Təhsil İdarəsinə müdir təyin olunan Məhəbbət xanım Vəliyevaya nə az, nə də çox, söylənilənlərə görə düz 20 min manat məbləğində brilliantla bəzədilmiş qızıl saatı hədiyyə etməsi haqda xəbər daxil olmuşdu. Düzdür, ilk əvvəl belə bir xəbərin ciddiliyinə varmadıq, amma gördük ki, dövrü mətbuatın gündəmini zəbt edən mövzulardan bir də, elə bu mövzudur. O halda 20 min manatlıq hədiyyə məsələsi ilə bağlı şübhələrimiz aradan qalxdı və biz də belə bir qənaətə gəldik ki, deməli söylənilən və danışılanlar həqiqətdir. Atalar demişkən “od olmayan yerdən tüstü çıxmaz”.

Azerinfo.az-a daxil olan məlumatlardan biri də, Firəngiz xanım Həsənovanın rəhbərlik etdiyi təhsil müəssisəsini, sanki özünə məxsus biznes obyektinə çevirməsi faktının varlığıdır. Məhz, xanım direktor bu təhsil müəssisəsinin təsərrüfat işlərində idarəçiliyi yad bir kimsəyə deyil, elə özünün qaynı olan Rahib Cəfərova etibar edib ki, bununla da o, şəxsi maraqlarını lazımınca təmin edə bilir.

Ümumiyyətlə, belə bir problemləri yenidən işıqlandırmaqla, heç də həmin məsələləri təkrar “diriltmək” fikirində deyilik, sadəcə olaraq bir xatırlatma etmək istəyirik. Onu da xatırlatmaq istəyirik ki, hər iki rəhbər şəxslə bağlı bu cür açıqlamalardan sonra, onlar dərc olunanlarla bağlı məhkəməyə müraciət etmədilər. Yəni, susdular. “Susmağın özü elə razılıq əlamətidir” deyiblər.

Vaxtilə Firəngiz xanım Həsənovanın adı ilə bağlı yayılan belə bir məlumatların “sroku keçsə” də, bu günlərdə yayılan və “sroku yeni olan” mövzulardan biri də, xanım direktorun oğlunun atdığı addımla bağlıdır. Yəni, yayılan məlumatlarda bildirilir ki, böyük bir təhsil ocağına rəhbərlik edən, yüzlərlə şagirdə tərbiyə verən, təhsil öyrədən 53 saylı orta məktəbdə direktor vəzifəsini daşıyan Firəngiz xanımın oğlu (adının çəkilməsini istəmədiyimiz) tələbə qızı zorlamaqla, yenidən gündəmə gəlmələrinə səbəb olub. Bu yöndə əldə etdiyimiz təqribi məlumatlarda bildirilir ki, direktor oğlunun belə bir addımı atmasına, tələbə qızın valideyinlərindən birinin hadisə baş verən vaxtlarda Azərbaycanda olmaması səbəb olub.

Elə ki, qol qoyulan zorakı addımla bağlı tələbə qızın valideyinləri şikayətlərini hüquq-mühafizə orqanlarına ünvanlayırlar, çox çək-çevir edirlər, son anda heç bir nəticəyə nail ola bilmirlər. Belə bir səbəb üzündən də, zərərçəkən tərəf problemin lazımınca araşdırılmadığını iddia edərək, bu gün də haqlı narazılıqlarını ifadə edirlər. Sən demə hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən problemin lazımınca araşdırılmamasının köklü bir səbəbi var, o da tələbə qızı zorlayan gəncin atasının (etika naminə hələlik adını çəkmirik) ARDNŞ-də məsul sahəyə rəhbərlik etməsidir.

Bu yöndə daxil olan məlumatın bir daha dəqiq olmasını yoxlamaq məqsədilə, adı çəkilən təhsil ocağına yollanıb müəyyən məlumatları da əldə edə bildik. 53 saylı məktəbdə çalışan və daşıdığı vəzifəsinin, həmçinin adının çəkilməsini istəməyən şəxs bildirdi ki, “eşitdiklərimə görə bizim direktorun oğlu ilə bağlı prokurorluqda cinayət işi açılıb, amma istintaqın davam edib etməməsi haqda nəsə deyə bilmərəm”.

Bəli, baş verənlərə diqqət yetirdikdə onu da müəyyən etmək olur ki, valideynin haram yollarla əldə etdiyi pullar, çox zaman övladları düz yoldan çıxarır və son anda istər onların tərbiyəsinə, istərsə də atacaqları addımlara mənfi təsir göstərir. Atası ARDNŞ-də, anası isə Yasamal RTŞ-də rəhbər vəzifəni daşıyan bir gəncin əməllərinə, görəsən kim cavabdehlik daşıyır? Odur ki, böyük bir kollektivin direktoru olan, şagirdlərə tərbiyə verən, təhsil öyrədən müəssisəyə rəhbərlik edən Firəngiz Həsənovanın, nəinki drektor işləməyə, heç sıravi müəllim işləməyə nə hüquqi, nə də mənəvi haqqı çatır. Yaxşı olar ki, yaşanan olayla bağlı Bakı şəhər Təhsil İdarəsi ilə birlikdə, Təhsil Nazirliyinin rəsmləri də mövqelərini ortaya qoysunlar. Mövzuya qayıdacağıq.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb