NƏSIMI RAYON İCRA BAŞÇISI ZIBIL QABLARININ YERINI SATIB QARABAĞ ƏLILININ AVTOMOBILINI «GIROV» GÖTÜRDÜ.VIDEO
Sosial
Oxunub: 1 608
23 noy 2017 | 21:48
NƏSIMI RAYON İCRA BAŞÇISI ZIBIL QABLARININ YERINI SATIB QARABAĞ ƏLILININ AVTOMOBILINI «GIROV» GÖTÜRDÜ.VIDEO














Maşınını həbsdən çıxarmaq istəyən Nəsimi rayon sakini rüşvət tələbi ilə üzləşdi
Bu günlərdə məlumat yayıldı ki, Sabunçu rayonunda İcra Hakimiyyətinin göstərişi ilə Bakıxanov qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsi ilə Əli Kərim küçəsinin kəsişməsində yerləşən üçmərtəbəli yaşayış binasında vətəndaşın evinə giriş qapısı bağlanıb. Məlumatı müşayiət edən fotolardan görünürdü ki, binanın yan-yana olan 3 qapısından biri sonradan bağlanaraq pəncərəyə çevrilib. Xəbərdə bildirilirdi ki, ustalar binaya daş üzlük vuranda ev yiyəsi qapının bağlanmasına etirazını bildirsə də, icra nümayəndələri qapının binanın mənzərəsini korladığını deyiblər. Ona məsləhət görülüb ki, arxa tərəfdən qapı açsın. Digər 2 qapını isə niyə bağlamadıqlarını isə izah etməyiblər. Görünür, icra başçılarının bu kimi özbaşınalıqlarının qarşısının alınmaması onlara qol-qanad verib. Redaksiyamıza daxil olan şikayətə görə, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı da Azadlıq prospekti — 70 ünvanda zibil qutularının yerini satıb. Yeri dəyişdirilən qutular isə əlil vətəndaşın qarajının qapısını bağlayıb. Vəziyyətlə yerində tanış olub fotoşəkillər çəkən əməkdaşımıza təfərrüatları danlışan Qarabağ əlili Rafiq Tağıyevin sözlərinə görə, qarajın bir yanında maşınyuma sexi var, digər yanında isə əvvəllər 10 metrlik boş yer varmış. Həmin 10 metrlik ərazidə 8-10 ədəd zibil qabı varmış və yaxınlıqdakı binaların sakinləri məişət tullantılarını həmin qablara atırlarmış. Şikayətçi deyir ki, bir neçə ay qabaq Rayon İcra Hakimiyyətinin təsərrüfat müdiri Qurban müəllim həmin yeri bələdlətdirib satdı və zibil qablarının sayı azalaraq 6-ya endi: «Satılan yerin təxminən 6-7 metrlik nahiyəsində alt hissəsi obyekt, üstü fərdi ev təyinatlı iki mərtəbəli ev tikildi. Üstəgəl, o vaxtadək orada mövcud olmuş 8 ədəd çoxillik ağac da kökündən qoparıldı. Biz sakinlər etiraz etmək üçün orada iş görən şəxslərə yaxınlaşanda bir əkə-bikə qadın irəli durub obyektin sahibi kimi sinəsini qabağa verdi ki, bəs icra hakimiyyətindən tutmuş ekologiya nazirliyinə qədər hamının pulunu verib, biz kimik ona mane olaq». Qarabağ əlilinin sözlərinə görə, həmin qadın hətta kimə nə qədər rüşvət verdiyini də açıqlayıb: «İcra başçısına 10 min, təsərrüfat müdirinə 5 min, departament rəisinə (ETSN-nin müvafiq strukturu nəzərdə tutulur — red.) də 5 min manat. Bundan sonra bir də xəbər tutduq ki, arada qalan 4 metrlik ərazi də satılıb, orada da 4×8 kvadrat-metr sahəni əhatə edən hansısa yeni, təyinatı bilinməyən tikilinin əsası qoyuldu. Bu dəfə zibil qablarının sayını ixtisara salıb 4-ə endirdilər. Lakin onları qoymağa yer tapmadıqlarından, gətirib mən olmadığım vaxt qarajımın həyətə baxan qapısının önünə yerləşdirdilər. Beləliklə, əlil kimi mənə dövlət tərəfindən verilmiş avtomobil qapıdan çıxara bilmədiyim üçün həbsdə qaldı.

Şikayət etmək üçün xeyli vaxt İcra Hakimiyyətinə ayaq döydüm. «Bu gün-sabah həll edərik» deyib məni get-gələ saldılar, heç bir tədbir görmədilər. Nəhayət qərara gəldim ki, maşını çıxarmaq üçün qarajın əks tərəfindən, yola baxan qapı açım. Lakin gecənin bir aləmində Mənzil İstismar Sahəsinin rəisi başının dəstəsi ilə gəlib qaraja 600 manat xərc hesabına quraşdırdığım həmin jalüz qapını sökdülər. Sonra da Qurban müəllimin ismarıcını çatdırdılar ki, bəs qapı açmağa icazə istəyirəmsə, mən də 5 min manat verməliyəm». Qarabağ əlili redaksiyadan xahiş edir ki, onun özünün və qonşusu olan digər sakinlərin bu problemi KİV-də ictimailəşdirilərək əlaqədar instansiyaların diqqətinə çatdırılsın və ona dəyən ziyanın ödənilməsinə, maşın qarajından rahat istifadə
edə bilməsinə nail olması üçün köməklik göstərilsin.NƏSIMI RAYON İCRA BAŞÇISI ZIBIL QABLARININ YERINI SATIB QARABAĞ ƏLILININ AVTOMOBILINI «GIROV» GÖTÜRDÜ.VIDEONƏSIMI RAYON İCRA BAŞÇISI ZIBIL QABLARININ YERINI SATIB QARABAĞ ƏLILININ AVTOMOBILINI «GIROV» GÖTÜRDÜ.VIDEO
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE