Şamaxı MRX-sı rüşvətxorluq girdabında “üzür”
Gundem / Bolge
Oxunub: 1 954
15 yan 2015 | 14:29
Şamaxı MRX-sı rüşvətxorluq girdabında “üzür”













Buna səbəb olan amil odur ki, Elxan “bəy”in rəhbərlik etdiyi bu səhiyyə ocağında, hər kəs əməli fəaliyyətini mövcud qanunvericiliyə yox, rəhbərliyin müəllifi olduğu “konstitusiya qanunları”na söykəməklə davam etdirməkdədirlər

Son dövrlər əksər mətbu orqanlarda Şamaxı MRX-da yaşanan ab-havaya toxunulur, baş alıb gedən rüşvətxorluq əməllərindən geninə-boluna bəhs edilir. Elə bu səbəbdən də, KİV manşetini bəzəyən belə bir olaylar barədə, nə qədər istəsən tənqidi məqalələr yazmaq, Elxan Məmmədovun qol qoyduğu hər cür eybəcərliklərdən söz-söhbət açmaq da olar.
Bəli, bu gün Şamaxı MRX-nı digər səhiyyə ocaqlarından fərqləndirən bir çox göstəricilər var. Bu göstəricilər içərisində ən başlıcası Elxan həkimin rüşvətxor olması, bu və ya digər yollarla əldə etdiyi pulları daha çox Bakı şəhərinin müxtəlif ünvanlarında sağa-sola səpməsidir. Çox zaman iş başında tapılmaması ilə bərabər, onun dövlətin güc strukturlarında çalışan bəzi vəzifə sahibləri ilə sıx bağlılığının olması barədə müəyyən çevrəyə düşünülmüş şəkildə informasiyanı yayması, fəaliyyətinin qüsurlu tərəflərini araşdıran, rüşvətxorluq əməllərini ifşa edən bəzi mətbuat nümayəndələrinə dolayısı yollarla hədə gələrək, onlara bu məqsədlə mesajlarını çatdırması və.s kimi səbəblər, bu gün həqiqətən də Şamaxı MRX-nı digər səhiyyə ocaqlarından fərqləndirən cəhətlərdir. Təəssüf doğuran hal odur ki, Elxan həkim çox zaman kifayət qədər yaradıcılıq qabiliyyəti olan mətbuat nümayəndələrindən “qaçaq” düşür və onların sadaladığı, ictimailəşdirdiyi problemləri həzm edə bilmir. Bu zaman sual oluna bilər ki, əgər hər hansı KİV nümayəndəsi Şamaxı MRX-da yaşanan olaylar barədə həyacan təbili çalırsa, bunun nəyi pisdir? Yaxud da, həmin şəxs yazıb bildirir ki, Elxan həkim əldə etdiyi pulların çoxunu Bakı şəhərinin hansı ünvanında, hansı əməllərə xərcləyir? Bu belə olduğu halda, həmin yazar niyə qınanılmalıdır? Axı, səhiyyə nazirliyinin rəhbərliyi Elxan həkimə səlahiyyət verib ki, get Şamaxının səhiyyə sahəsinə rəhbərlik et və həm də əməllərinlə əksəriyyətə də nümunə ol! Bu belə olmalı olduğu halda, bəs səbəb nədir ki, bəzi mətbu orqanlarda Elxan həkim barədə müəyyən açıqlamalara rast gəlirik, onunla bağlı bir çox xoşagəlməz söz-söhbətlər eşidirik.
Bütün bunlar qalsın bir yana, xəstəxana daxili ab-havanın varlığı da, bu gün hər kəsi düşündürməkdədir. Bir anlığı olsa da, xəstəxananın cərrahiyyə şöbəsində, daha çox sıravi sakinlərin ilan qabığı kimi “soyulmaları” haqda söz-söhbətləri eşitdikcə, bütövlükdə yaşanan mənzərə hər kəsə gün təki aydın olur. Mərkəzi xəstəxananın Doğum şöbəsində, Uşaq xəstəxanasında və digər şöbələrində tüğyan edən rüşvətxorluğun həddi-hüdudu yoxdursa, bəs bunun məsuliyyəti kimin üzərindədir? Əgər xəstəxananın divarlarında tibbi müayinənin, müalicənin pulsuz olması barədə nazirliyin verdiyi qərarlar hər kəsin gözünü oxşayırsa və buna əməl olunmursa, bəs bunun məsuliyyəti kimin üzərindədir? Xəstəxanaya yerləşdirilən xəstə dərman preparatlarını özü alırsa, geyimini, yeməyini evdən gətirirsə, o halda Elxan həkimə sual oluna bilər ki, bəs dövlətin verdiklərini niyə qeybə çəkdirirsən? Rayonun kənd xəstəxanalarının çoxunda gündüz saat 13-dən sonra bir kimsə tapılmırsa, həmin xəstəxanaların balansında olan nəqliyyat vasitələri çox zaman şəxsi işlərin görülməsinə cəlb edilirsə, xəstəxanalara ayrılan yanacaq, ərzaq onlara verilmirsə, bəs belə bir amillərin varlığına nə ad qoymaq olar? Bütün bunlar Elxan həkimin rəhbərlik etdiyi səhiyyə sahəsində baş verən olaylardır ki, bunları da hər kəs görür və ictimai narazılığını da bildirir.
Diqqəti cəlb edən hal odur ki, Elxan həkim mərkəz xəstəxanaya ayrılan vəsaitləri də mənimsəməyi bacarır. Bu mənimsəməni isə daha çox o, təmir adı altında mənimsəyir. Baxmayaraq xəstəxana bir müddət bundan əvvəl təmir olunmuşdur, bu gün isə onun əsaslı təmirə ehtiyacı var. Rayondakı mənbəmiz bildirir ki, hal-hazırda səhiyyə ocağında çalışan tibb bacılarının əksəriyyəti, vaxtilə diplomlarını pulla alanlardırlar. Bəzi həkimlərin tibbi təhsillərinin olmalarına baxmayaraq, diplomlarının qanunauyğun olması bəzən şübhəli hallara da yollar açır. Əldə etdiyimiz başqa bir məlumatda o da bildirilir ki, Elxan Məmmədov iki dəfə həbs olunub. Sözsüz ki, onun həbsi tutduğu əməllərə görə baş tutub. Bu gün isə onun başqa bir əməllərə qol qoyması haqda, az-çox məlumatlara malikik.
Növbəti açıqlamalarımızı bir-iki günə oxuya biləcəksiniz. Odur ki, diqqətiniz bizdə, həm də yazacaqlarımızda olsun ha.

Pulgir Rüşvətxarov
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE