Söhrab Abbasovun Azerinfo.az-ı ittiham etməsi hansı məntiqə əsaslanır?
Gundem / Sosial
Oxunub: 3 121
25 dek 2017 | 19:28
Söhrab Abbasovun Azerinfo.az-ı ittiham etməsi hansı məntiqə əsaslanır?














“Yazdıqlarımızı ETSN, Meşələrin inkişafı departamentində direktor əvəzi vəzifəni icra edən cənab Söhrab Abbasovla bərabər, adı çəkilən departamentdə sektor müdiri vəzifəsini daşıyan A.Quliyev də təsdiq ediblər”

Bir müddətdir ki, Azerinfo.az xəbər portalı bir media qurumu olaraq respublikamızın müxtəlif şəhər və rayonlarına məxsus meşə zolaqlarında tüğyan edən “yaşıl soyqrım”larla bağlı silsilə açıqlamalar dərc edirik. Qol qoyulan qanunsuzluqlarla bağlı redaksiyamıza təqdim olunan çəkilişləri, ayrı-ayrı şəxslər tərəfindən ünvanlanan müraciətləri ictimailəşdirməklə bərabər, eyni zamanda aidiyyəti qurumları baş verənlərlə bağlı ətraflı məlumatlandırmağa da çalışmışıq. Qaneedici hal o olub ki, dərc etdiyimiz açıqlamalarda sadalanan faktları, əksər hallarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi şəxsləri də təsdiq ediblər. Məsələn, hələ bir müddət bundan əvvəl cənab Hüseyn Bağırova ünvanladığımız məktuba, ETSN, Meşələrin inkişafı departamentində direktor əvəzi vəzifəni icra edən cənab Söhrab Abbasov, 30 oktyabr 2017-ci il tarixli №14/1445 saylı cavab məktubunda qeyd edib ki, “Sizin, Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin özbaşına qırılması ilə bağlı müraciətinizə cavab olaraq bildiririk ki, həqiqətən də son bir-iki ıl ərzində Oğuz MMBM-nin meşə zolaqlarında ağacların kəsilərək oğurlanması halları çoxalmışdır. Özbaşına qırıntılara görə, mühafizə işçiləri tərəfindən cavabdehlərin üzərinə 2016-cı ildə 12968 manat, 2017-ci ilin 9 ayı ərzində 87876 manat ziyan hesablanaraq aktlaşdırılmış (protokollaşdırılmış) və barələrində qanunamüvafiq tədbiriər də görülmüşdür. 2016-cı ildə 10129 manat ziyan məbləğində 14 işə, 2017-ci ilin 9 ayı ərzində 52565 manat ziyan məbləğində 28 işə hüquqi qıymət verilməsi üçün, toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim olunmuşdur. 2016-cı ıldə 27 nəfər barəsində, 2017-ci ilin 9 ayı ərzində isə 35 nəfər meşə mühafizə işçisi barəsində intizam tənbehi tədbirləri görülmüşdür. 2016-cı ildə həmin şəxslərdən 22 nəfərinə, 2017-ci ilin 9 ayı ərzində isə 15 nəfərınə töhmət və şiddətli töhmət verilmişdir. 2016-cı ildə 5 nəfəri, 2017-ci ilin 9 ayı ərzində isə 20 nəfərı daşıdığı vəzifələrdən azad olunmuşlar.

Onu da qeyd etmək vacibdir ki, carı ilin iyul ayında Nazırliyin əməkdaşları tərəfindən Oğuz MMBM-də meşələrin qorunması vəziyyəti kompleks yoxlanılmış və ciddi nöqsanlar da aşkar edilmişdir. Həmçinin həmin nöqsanlar hüquqi qaydada sənədləşdirilərək, təqsirkarların üzərinə 27776.83 manat ziyan hesablanmışdır. Araşdırmaların nəticəsinə görə 10 nəfər meşə mühafizə işçisi, Meşələrin Inkişafı Departamentinin müvafiq əmrinə əsasən daşıdığı vəzifələrindən azad olunmuşlar ki, onlardan 3 nəfəri rəhbər şəxslərdir. Təqsirkarların əməllərinə hüquqi qiymət verilməsi və onların cəzalandırılması üçün, bütün sənədlər Baş Prokurorluğa göndərilmişdir”.

Bundan əlavə, cənab Hüseyn Bağırova ünvanladığımız növbəti məktuba Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin inkişafı departamentində sektor müdiri vəzifəsini daşıyan A.Quliyev, 01 dekabr 2017-ci il tarixli №14/1602 saylı cavab məktubunda bildirir ki, “sizin Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığınız müraciətə Meşələrin İnkişafı Departamentində baxılmışdır. Bildiririk ki, müraciətdə özbaşına (qanunsuz) qırıntılara yol verildiyi qeyd edilən təkcə Zaqatala, Qəbələ, Quba, Oğuz, Masallı, Balakən və Qax Meşə Mühafizəsi və Bərpası Müəssisələrindən başqa, cari ilin 10 ayı ərzində Astara, Qusar, İsmayıllı, Tovuz, Daşkəsən, Goranboy, Beyləqan, Bərdə, Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisələrində də, meşələrin qorunub mühafizə olunması, həmçinin digər meşə təsərrüfatı tədbirlərinin yerinə yetirilməsi vəziyyətləri, Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Araşdırmalar zamanı aşkar edilmiş meşəpozmalar qanunamüvafiq qaydada sənədləşdirilmiş, işlərində nöqsanlara yol vermiş təqsirkar mühafizə işçiləri barəsində ciddi intizam tədbirləri görülmüşdür.

Bundan əlavə, əksər hallarda tərtib olunmuş sənədlər mövcud qanunvericiliyə uyğun baxılıb günahkarların cəzalandırılması, həmçinin qanunsuz qırıntılara görə meşə fonduna dəymiş ziyanlıqların ödətdirilməsi üçün, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, polis şöbələrinə və məhkəmələrə göndərilmişdir. Eyni zamanda, 2017-ci ilin sonuna qədər qalan Meşə Mühafizəsi və Bərpası Müəssisələrində də meşələrin qorunub mühafizə olunması, həmçinin digər meşə təsərrüfatı tədbirlərinin yerinə yetirilməsi vəziyyətləri ilə bağlı araşdırmaların aparılması nəzərdə tutulmuşdur”.

Bəli, bütün bunlar Nazirliyin rəsmi vəzifə sahibi olan şəxsləri tərəfindən təsdiq olunmuş cavab məktublarında qeyd olunan hallardır. Maraqlıdır ki, bizim yazdıqlarımızdan sonra bir çox rayonların MMBM-də ciddi yoxlamalar aparıldı və yazdıqlarımızı ETSN, Meşələrin inkişafı departamentində direktor əvəzi vəzifəni icra edən cənab Söhrab Abbasovla bərabər, adı çəkilən departamentdə sektor müdiri vəzifəsini daşıyan A.Quliyev də təsdiq etdilər.

Daha dəqiq desək, meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə, işçilərin fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiklərinə, xidməti ərazilərində ekoloji qanunvericiliyin tələblərinin pozulmasına yol verdiklərinə görə Zaqatala, Qəbələ, Masallı və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin direktorları, hələ bir müddət bundan əvvəl tutduqları vəzifələrindən azad olunmuşdular. İsmayıllı və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin direktorları barəsində isə, ciddi intizam tənbehi tədbirləri görülsə də, bir müddət bundan əvvəl həmin şəxslər də daşıdıqları vəzifələrinə “əlvida” deməli olmuşlar. Azerinfo.az olaraq bu qədər olayları ictimailəşdiririk, baş verənləri hər kəsin diqqətinə çatdırırq, amma Nazirliyin rəsmi şəxsləri, bu gün də bizə qarşı qərəzli mövqelərindən əl çəkmirlər ki, çəkmirlər. Çünki hələ bir müddət bundan əvvəl, ETSN-nin rəsmi şəxsləri Baki şəhər İnzibati-İqtisad Məhkəməsinə müraciət etmələri ilə bağlı ünvanımıza rəsmi məktub da göndərmişdilər. O halda heç cür başa düşə bilmirik ki, Nazirliyin ümumi işlərinə dəstək göstərdiyimiz halda, adı çəkilən qurumda vəzifə sahibi olan şəxslərin bizə qarşı qərəzli yanaşmalarına səbəb nədir? Onu da ehtimal etmək olar ki, atılan belə bir addımların kökündə cənab Abbasovun “işarəverən barmağı” üzərinə düşən vəzifəni lazımınca yerinə yetirir ki, biz bu gün məhkəmələrə sürüklənirik.

Bundan əlavə onu da vurğulamaq istəyirik ki, bizim yazdıqlarımız əsasında ciddi yoxlamalar aparılır, neçə-neçə şəxslər rəhbər daşıdıqları vəzifələrindən uzaqlaşdırılır, amma ümumi işlərə cavabdehlik daşıyan Zöhrab Abbasov hələ də vəzifəsini icra etməkdə davam edir. Belə olan halda ortaya belə bir sual çıxır, necə olur ki, baş verənlərdən biz xəbər tuturuq və yaşananları da ictimailəşdiririk. Amma, bu işlərə birbaşa cavabdehlik daşıyan Söhrab Abbasov guya baş verənlərdən xəbərdar olmur? Deməli, bu heç də inandırıcı görünmür. Məhz ona görə ki, adı çəkilən şəxs vaxtilə Qubanın meşə təsərrüfatına rəhbərlik edən zaman çoxsaylı qırıntılara yol verdiyindən, çox keçmir ki, daşıdığı vəzifəsindən uzaqlaşdırılır. Bu haqda rayon sakinləri iddia edirlər. Təəccüb doğuran hal odur ki, belə bir əməl sahibi olan Söhrab Abbasov, bu gün belə bir strateji sahəyə rəhbərlik edir və hər zaman da məsuliyyətdən kənarda qalmağı bacarır.

P.S. Növbəti açıqlamalarımızda daha ilginc olaylardan bəhs etməyə çalışacağıq.

Azerinfo.az
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE