Qanlı 20 Yanvar Yevlaxda da qeyd olunub. (VİDEO)
Gundem / Bolge / Video
Oxunub: 1 773
20 yan 2015 | 16:48
ŞƏHİDLƏR XİYABANINDA FACİƏNİN 25-Cİ İLDÖNÜMÜ QEYD OLUNDU

Qanlı 20 Yanvar Yevlaxda da qeyd olunub. (VİDEO)


Azerinfo: Elxan Əhmədov. Redaktor

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir. Odur ki, 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların əziz xatirəsi istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulur, hörmətlə anılır. 20 Yanvar faciəsi elə bir tarixdir ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu sovet imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu. 20 Yanvar faciəsi olmasaydı, bəlkə də Azərbaycan xalqının müstəqilliyə qovuşması müşkül olardı. Çünki 1990-cı ilin 20 yanvar tarixi bir gündən, bir aydan ibarət olan bir tarix deyildir. Bu tarix Azərbaycan xalqının uzun illərdən bəri apardığı müstəqillik mübarizəsinin nəticəsi idi. Odur ki, sovet imperiyası Azərbaycanın müstəqillik əldə etməsinə heç cür razı ola bilmirdi, bunun qarşısını almaq üçün öz hərb maşınını bütün gücü ilə işə salmalı oldu. Bakıda 20 Yanvar hadisəsi törədildi. …O vaxtdan düz 25 il keçir. Və artıq 25-ci ildir ki, şəhərin Şəhidlər xiyabanında yevlaxlılar faciə ilə bağlı anım tədbiri keçirdilər. Şəhər rəsmilərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbir iştirakçıları əvvəlcə şəhid məzarlarını ziyarət etdilər, üzərlərinə gül-çiçək dəstələri qoydular. Tədbiri YAP-ın Yevlax şəhəri Aparatının direktoru Əli Quliyev açdı. O,
20 Yanvar tarixinin Azərbaycan tarixinin şanlı səhifələrindən biri olduğunu vurğuladı. Bildirdi ki, 20 Yanvar faciəsi ölkəmizin müstəqilliyinin, azadlığının əldə edilməsində müstəsna rol oynayıb: -Dünya tarixində bu cür qanlı faciələrə rast gəlmək olar. Azərbaycan xalqının da tarixi bu baxımdan istisna deyil. Sovet hökumətinin iflasa uğradığı bir zamanda bu prosesin qarşısını almaqdan ötrü SSRİ rəhbərliyi ayrı-ayrı xalqlara, millətlərə divan tutmaq üsulundan daha səmərəli yol düşünmədi. Təssüf ki, sovet rəhbərliyinin həyata keçirdiyi bu cür tədbirlərin böyük hissəsi Azərbaycanın payına düşdü. Bunlardan biri də 20 Yanvar faciəsi oldu. Bütün bunlar Azərbaycan tarixinin qanlı, faciəli, eyni zamanda şərəfli səhifələridir. Bu hadisələrin ən ağrılı tərəfləri odur ki, günahı olmayan insanlar həlak olub. Ə. Quliyev onu da vurğuladı ki, 20 Yanvar faciəsini törətməklə xalqın iradəsini sındırmağa çalışan qüvvələr öz məqsədlərinə nail ola bilmədilər. Əksinə, ölkəmiz müstəqilliyə, hərtərəfli tərəqqiyə nail oldu və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə azad, suveren dövlət kimi inkişaf edir.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...