Tovuzda İlqar “əkə” möcüzələr yaradır - VIDEO
Gundem / Bolge
Oxunub: 2 034
21 yan 2015 | 11:46
Tovuzda İlqar “əkə” möcüzələr yaradır - VIDEO Buna səbəb, əldə etdiyimiz məlumatlara görə onun hüquq-mühafizə orqanı əməkdaşları ilə əməlli-başlıca “dil tapa” bilməsidir

Bir neçə gün bundan əvvəl, rayonun Tovuz çayının kənarında fəaliyyət göstərən və İlqar adlı şəxsə məxsus olduğu bildirilən kafenin fəaliyyəti barədə silsilə tənqidi açıqlamalarla çıxış etmişdik. Yazı bildirmişdik ki, həmin kafe rayondakı əksər əxlaqsızlıq ünvanlarından fəaliyyət imkanlarına görə fərqlənən, necə deyərlər ən “xod” gedən ünvanlardan biridir. O məqama da toxunmuşduq ki, kafe çökəklik ərazidə yerləşdiyindən, əksəriyyət həmin ünvanda nələrin baş verməsindən xəbər tuta bilmir, eyni zamanda “dərə xəlvət tülkü bəydir” yanaşması, İlqar “əkə”nin əsas amalı olduğundan, o fəaliyyətini də qoyduğu ənənələr üzərində yaşatmaqda davam edir.
Diqqəti cəlb edən hal odur ki, İlqar “əkə”nin sahiblik etdiyi və heç bir ad nişanəsi olmayan birmərtəbəli kafedə, gündəlik qadınlar yaş həddindən asılı olmayaraq həm cinsi istismara, həm də ki, cinsi zoraklığa məruz qalırlar. Qeyd etdiyimiz faktın isbatı üçün, yəqin ki, ötən saylarımızda dərc etdiyimiz açıqlamalarda yerləşdirdiyimiz çəkilişlər kifayət edər. Əmələ gələn problemlərin varlığı ilə bağlı bir neçə dəfə tənqidi məqalə dərc edib aidiyyəti orqanlara ünvanlasaq da, təəssüf doğuran hal odur ki, İlqar “əkə”nin fəaliyyətinin qarşısı alınmır ki, alınmır. Əksinə, daha da “parlayır”. Buna səbəb, əldə etdiyimiz məlumatlara görə onun hüquq-mühafizə orqanı əməkdaşları ilə əməlli-başlıca “dil tapa” bilməsidir. Hətta, həmin kafeyə müştəri sifəti ilə təşrif buyuran və problemlərin varlığı barədə İlqar “əkə”nin dərdinə “şərik çıxan” müştəri, onunla etdiyi söz-söhbətdən sonra bizə bildirdi ki, “kafe sahibi belə məsələlərdə heç də narahat deyil. Buna səbəb o olur ki, onunla bağlı hansı ünvana, tutaq ki, Tovuz rayon prokurorluğuna məktub ünvanlanır, mətləbdən xəbər tutan sahə müvəkkili dərhal İlqar “əkə”ni məlumatlandırır və bir-iki gün ehtiyatlı işləməyi məsləhət görür. Bununla da, onun fəaliyyəti ilə bağlı əmələ gələ biləcək təhlükələr sovuşur.”
Əksəriyyəti narahat edən an həm də odur ki, bu gün ailə həyatı qurmayan gənclərin bir çoxu həmin ünvana üz tuturlar və minbir xəstəliyin daşıyıcısına da çevrilirlər. Buna səbəb o olur ki, həmin ünvanda lazımi şərait yoxdur, müştəri xidmətində “sərasər” dayanan “xanımlar” vaxtlı-vaxtında tibbi müayinədən keçmirlər, lazımi müalicəni almırlar. Nəticədə isə xoşagəlməz fəsadlar baş verir, yəni İlqar “əkə” sahiblik etdiyi ünvanda “möcüzələr” yarada bilir.
Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, kafe sahibinin təkcə belə məsələlərdə deyil, digər məsələlərin həllini tapmasında da, hüquq-mühafizə orqanı əməkdaşları ilə qurduğu “işbirliyi” yetərincədir. Odur ki, belə bir “işbirliyi” ona bir növ “toxunulmaz şəxs” statusu verdirib.
Bütün bunlardan əlavə onu da qeyd edək ki, İlqar “əkə”nin bugünkü fəaliyyəti, bibaşa cinayət tərkibli əməllərdir. Axı, ona kim ixtiyar verib ki, sahiblik etdiyi kafedə qadınların cinsi istismarına həm şərait yaratsın, həm də gündəlik saysız-hesabsız qanunsuzluq əməllərinə qol qoysun? Bəyəm onun əməlləri gələcəyimiz hesab etdiyimiz gəncliyimizə, onların sağlamlığına, sağlam ruhda tərbiyə almalarına qəsd deyilmi? Əlbəttə ki, qəsdir, birbaşa mənəvi terrordur! Odur ki, Vətənini, xalqını, elini-obasını sevən, milli-mənəvi əxlaqını yaşatmağa çalışan hər kəs, belə bir amillərə qarşı mübarizə aparmalı, mübariz mövqeyini də ortaya qoymalıdır. Bu hər kəsin haqqı, əsl vətəndaş borcu olmalıdır!
Araşdırmamız davam edəcək.

Elman Nuroğlu

Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO