MƏMURLAR ZÜLM EDİR YAZIQ MİLLƏTƏ, ÖMÜRLÜK SALIRLAR XALQI ZİLLƏTƏ
Gundem / Sosial
Oxunub: 2 357
11 yan 2018 | 12:41
MƏMURLAR ZÜLM EDİR YAZIQ MİLLƏTƏ,  ÖMÜRLÜK  SALIRLAR  XALQI  ZİLLƏTƏ














Sirr deyil ki, bu gün dövlət strukturlarında çalışan məmurların bir çoxları fəaliyyətlərini mövcud qanunlar çərçivəsində deyil, daha çox şəxsi maraqları üzərində həyata keçirirlər. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev televiziya çıxışlarında, bir çox tədbirlərdə və s. vəzifə sahibi olan hər kəsə lazımi tapşırıqlarını verir, onları xalqa xidmət etməyə, sakinlərə məxsus problemləri aradan qaldırmağa səsləyir. Təəssüf hissi ilə qeyd edək ki, hələ də bir çox vəzifə sahibi olanlar özlərini külli-ixtiyar sahibi kimi aparmaqla bərabər, sanki orta əsrlərdə brujalaşmış feodallar kimi, bu millətin övladlarına kölə-qul prinsipi ilə yanaşırlar. Yəni, onlar vətəndaş hüquqlarını addımbaşı tapdalayır, sakinləri yerli-yersiz incitməkdən belə həzz alırlar. Məmur zülmündən zinhara gələnlər isə, tapdalanmış hüquqlarının bərpasını, məhz media qurumlarında ictimailəşdirməkdə görürlər. Odur ki, biz də mətbu orqan olaraq sözügedən biçarələrdən birinin redaksiyamıza ünvanladığı müraciətini, aidiyyəti üzrə dövlət qurumlarında çalışan vəzifə sahiblərinin diqqətinə çatdırmağı özümüz üçün borc bildik.

Belə ki, 62 yaşlı əmək veteranı, 3-cü qrup əlil Şəbiyev Təzəxan Nəci oğlu 25 oktyabr 2017-ci il tarixdə redaksiyamıza ünvanladığı ərizəsində yazır ki, “...23.02.2007-ci il tarixdə fərdi ev tikmək məqsədilə torpaq sahəsi ayrılması üçün yaşadığım Suraxanı rayon bələdiyyəsinə rəsmi qaydada müraciət etdim. Həmin vaxt sırada 19-cu şəxs olaraq növbəyə götürüldüm. Amma, həmin vaxtdan ötən on il ərzində növbədə məndən sonra olan adamlar torpaq sahəsi ilə təmin olunsalar da, mənə heç bir halda köməklik göstərilmədi və get-gələ salındım. Bu süründürməçilik hələ də davam etməkdədir. Hətta, bu barədə Suraxanı RİH-ə və onun yerli nümayəndəliyinə, Prezident Aparatına etdiyim müraciətlərim də faydasız oldu. İşsiz olan kiçik oğlumun ailəsi ilə (cəmi 7 nəfər) birlikdə uzun müddətdir ki, mənə məxsus 18 kvm-lik darısqal mənzilə sığınmışıq. Evimizin yoxluğu səbəbindən, digər iki oğlum da ailəsi ilə birlikdə kirayə evlərdə yaşamağa məcbur olublar. Belə dözülməz hal davam edərsə, son anda ölkə vətəndaşlığından imtina etməyə məcbur olacam...”.
Məsələ ilə əlaqədar müəyyən araşdırma apararkən o da məlum oldu ki, T.Şəbiyevin torpaq sahəsi ilə təmin olunmaları, rayon rəhbərliyi tərəfindən Əmircan qəsəbə bələdiyyəsinə həvalə olunur. Odur ki, öncə sözügedən qurumun sədri cənab Rəfail Cəfərovun problemin varlığına münasibətini telefonla öyrənmək istədikdə, hər dəfə “Rəfail müəllim Suraxanı rayon İcra Hakimiyyətində tədbirdədir”- deyə cavabını eşitməli olduq. Bir neçə gün ərzində etdiyimiz cəhdlərimiz boşa çıxdığından, vətəndaşın ərizəsini tədbir görülməsi üçün 07.11.2017-ci il tarixdə Əmircan Bələdiyyəsinə ünvanlamağa məcbur olduq. Çox keçmədi ki, bələdiyyə sədrinin imzası ilə aldığımız cavab bizi olduqca təəccübləndirdi. Nöqtəsinə, vergülünə toxunmadan ünvanladığımız məktuba verilmiş cavabda qeyd olunurdu ki, “Sizin 07.11.2017-ci il tarixli, 07 saylı məktubunuza cavab olaraq bildiririk ki, 23.02.2017-ci il tarixdən hal-hazıradək Əmircan Bələdiyyəsi tərəfindən heç bir vətəndaşa torpaq sahəsi ayrılmamışdır.
Məlumat üçün bildiririk ki, vətəndaş Şəbiyev Təzəxan Nəci oğlu 23.02.2017-ci il tarixli ərizəsinə əsasən, 19-cu sıra sayı ilə torpaq növbəsinə götürülmüşdür və Əmircan bələdiyyəsinin mülkiyyətinə torpaq sahəsi ayrılarsa, vətəndaşın xahişi güzətli şəxs kimi ilk novbədə nəzərə alınacaqdir”.
Göründüyü kimi iki cümləlik kiçik bir məktubda beş-altı orfoqrafik səhvə yol verilmişdir. Biz bunu texniki səhv kimi nəzərə alıb qeyd etməyə də bilərdik. Ancaq vətəndaş ərizəsinin verilmə tarixinin rəqəm göstəricilərinin məktubda iki dəfə “23.02.2007-ci il” əvəzinə “23.02.2017-ci il” kimi yazılması, Əmircan qəsəbə Bələdiyyəsi sədrinin, eyni zamanda qrum əməkdaşlarının daşıdıqları vəzifələrə, məzlum sakinlərin düşdükləri ağır vəziyyətə məsuliyyətsiz yanaşmalarını təsdiq edən hallardır.
Bu və digər məsələlərə, eləcə də cənab R.Cəfərov barədə qəsəbə sakinləri arasında gəzən xoşagəlməz söz-söhbətlərə obyektiv aydınlıq gətirilməsinə ehtiyac yaranması səbəbindən, bu dəfə sədri mobil telefon vasitəsi ilə aradıq və məsələyə yerində aydınlıq gətirilməsini xahiş etdik. Rəfail müəllim bizi qəbul etməyə hazır olduğunu bildirsə də, bir həftə ərzində gah RİH-də iclasda, gah digər tədbirlərdə, gah da iməcilikdə olduğunu bəhanə gətirərməklə, bizimlə görüşməkdən yayına bildi. Həftə sonu isə bildirdi ki, “indi namaz qılmağa gedirəm, vaxt tapan kimi sizə özüm zəng edərəm, görüşərik”. Növbəti həftədə də Rəfail müəllim bizi aramadığından, biz onunla görüşməkdən vaz keçməyə qərar verdik. Çünki qəsəbə sakinlərinin verdikləri məlumatlara görə ixtisasca diş həkimi olan bələdiyyə sədri namaz əhli deyil. Bu şəxs bələdiyyə sədri olsa da, əslində “Bələdiyyələrin statusu haqqında AR Qanunu”nu bilməməsi səbəbindən və ya sözügedən Qanunun 15-ci maddəsinin 2-ci bəndinin tələblərini bilərəkdən pozduğundan, bu gün o, şəxsi evində “diş kabinəsi” işlətməklə məşğul olur. Hətta KİV nümayəndələrinin suallarını cavablandırmaq üçün, o, əksər vaxtlarda Əmircan qəsəbə bələdiyyəsində sədr müavini vəzifəni daşıyan Fəridə xanım Bünyadovanı “irəli vermək”dən də çəkinmir.
(davamı olacaq)
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE