Kafedə nələr baş verir?
Gundem / Bolge
Oxunub: 2 007
8 apr 2015 | 13:21
Kafedə nələr baş verir?













Yevlax şəhəri Qoyunbinəsi kəndinin girişində, bir qədər dəqiq desək “Laçın” şadlıq sarayının yaxınlığında fəaliyyət göstərən və Gülü adlı “xanım”a məxsus olduğu bildirilən “Alov” kafesində, gündəlik nələrin baş verməsindən yəqin ki, kifayət qədər şəxs məlumatlıdır. Həmin kafedə baş verən hoqqalar barədə məlumatları informasiya mərkəzimizə çatdıran mənbə bildirir ki, ümumi görkəmi olduqca zəif, sanki vəhşi çöl heyvanlarının yaşadığı mağaraya oxşayan kafedə, hər gün təqribən 17-35 yaş həddində olan qadınlar cinsi istismara məruz qalırlar. Odur ki, ümumi mənzərəni görən, atılan addımları birbaşa izləyən hər kəs, sanki yaşanan olayları gördükdə dəhşətə gələr.

Məlumatli mənbə onu da bildirir ki, kafenin giriş qapısından içəri daxil olduqdan və sağ tərəfə çevrilərək arxa hissəyə keçdikdən sonra, görürsən ki üst hissəsi göy”salafan”la, dört tərəfi isə adi kardonlarla bağlanmış 3-4 “otaq” var. Həmin otaqlarda, yuxarıda qeyd etdiyimiz kimi ölkənin müxtəlif şəhər və rayonlarından, o cümlədən Gəncədən, Oğuzdan, Tovuzdan və Bakıdan gələn 17-35 yaşarası “xanım”lar, müştəri hüzurunda sərasər dayanırlar. Və əldə etdiyimiz məlumatlara görə, hər 5-7 gündənbir həmin “xanım”lar fəaliyyətdə olduqları ünvanları dəyişirlər. Həmin ünvana üz tutan hər kəs isə, mütləq 20-30 manat arası pulunun başından keçməyə məcbur olur. Çünki, kustar üsulla hazırlanan və qeyd etdiyimiz kimi ümumi görkəmi sanki vəhşi çöl heyvanlarının yaşadığı mağaraya bənzəyən otaqlara giriş haqqı 10 manatdır. Dəhşət odur ki, otaqlarda heç bir istilik təminatından söhbət gedə bilməz və əldə etdiyimiz məlumatlara görə, həmin ünvana vərəm xəstəsi olan şəxslər də gəlirlər. Onu da qeyd edək ki, kafedə müştərilərə yemək-içmək yox, yalnız çay verilir.
Belə bir yöndə fəaliyyət göstərən kafelərin, ayrı-ayrı istirahət mərkəzlərinin və digər ünvanların, nə kimi xəstəliklərin daşıyıcısı olmaları heç də diqqətdən kənarda qalmır. Faciəli hal odur ki, Gülü adlı “xanım”ın da sahiblik etdiyi “Alov” kafesi də, belə bir yöndə fəaliyyət göstərən kafelərdən biri olmasına baxmayaraq, bir kimsə ona “qaşın üstə qara var” demir. Elə bu deməməyin nəticəsidir ki, həmin “xanım” ayrı-ayrı ünvanlarda danışır ki, “mən hər kəsin aylıq haqq-hesabını çatdırıram, niyə də ki, mənə dəyməlidirlər” deyir. Təəssüf doğuran haldır ki, Gülü “xanım” bu cür iyrənc əməllərə qol qoyur, qadınların cinsi istismarına şərait yaradır, gənclərimizin minbir xəstəliyə düçar olmasına səbəb olur, amma belə bir addımlarının qarşılığında hüquq-mühafizə orqanı əməkdaşları, ona qarşı hər hansı tədbir görmürlər. Bu da onu söyləməyə əsas verir ki, onun ayrı-ayrı ünvanlarda danışdıqları həqiqəti əks etdirir.
Ümumiyyətlə, bu gün belə bir ünvanların varlığı öz-özlüyündə böyük bir problemdir. Çünki, həmin ünvanlarda əxlaqımız, mənəviyyatımız, gənclərimizin tərbiyyəsi, ümumi şəkildə götürdükdə isə, insanların bir-birinə yanaşması və.s, olduqca pozulur. Belə bir halların varlığı həm də, ümumi faciələrimizdən birinə çevrilir. Odur ki, belə bir faciələrimizin əmələ gəlməsinə səbəbkar olan Gülü adlı “xanım”la bağlı geniş açıqlamalarımızı, yaxın günlərdə yenə də oxuya biləcəksiniz.







Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi