Söhrab Abbasov ekoloji problemlərin əmələ gəlməsinə rəvac verən vəzifə sahibidir
Gundem / Sosial
Oxunub: 6 037
23 yan 2018 | 10:46
Söhrab Abbasov ekoloji problemlərin əmələ gəlməsinə rəvac verən vəzifə sahibidir















Bütün bunlar onu sübut edir ki, adı çəkilən vəzifə sahibi yarıtmaz idarəçiliyi ilə ETSN-nə uğurlar deyil, birbaşa uğursuzluqlar gətirən vəzifə sahiblərindəndir

Söhrab Abbasovun idarəçiliyi ilə bağlı bu günədək dövrü mətbuatda dərc olunan silsilə tənqidi açıqlamaların işıq üzü görməsi onu sübut edir ki, ETSN, Meşələrin inkişafı departamentində direktor əvəzi vəzifəni icra edən bu şəxs, daşıdığı vəzifəsinə yiyələndikdən sonra, sanki respublikamızın meşə təsərrüfatlarında “yaşıl soyqrım” a məqsədi şəkildə rəvac verildi. Diqqəti cəlb edən hal o oldu ki, adı çəkilən şəxs vəzifəsinin icraasına başladıqdan az sonra, bu sahədə əmələ gələn problemləri aradan qaldırmaq, müəyyən uğurlara imza atmaq əvəzinə, meşə təsərrüfatı sahəsində iş təcrübəsi olmayan, ixtisas profili heç bir halda uyğun gəlməyən və özünə yaxın olan neçə-neçə şəxslərin irəli çəkilməsinə imkanlar yaradır. Atılan addımlar da bənzəri olmayan faciələrin əmələ gəlməsinə səbəb olur. Əldə etdiyimiz məlumatlara görə, dərc olunan açıqlamalar əsasında Söhrab Abbasovun cavabdehlik daşıdığı meşə təsərrüfatı sahələrində çalışan mühafizə işçilərinin üzərinə, qol qoyulan qırıntılara görə təkcə 2016-cı ildə 12968 manat, 2017-ci ilin 9 ayı ərzində 87876 manat ziyan hesablanaraq aktlaşdırılmış (protokollaşdırılmış) və barələrində qanunamüvafiq tədbiriər də görülmüşdür. 2016-cı ildə 10129 manat ziyan məbləğində 14 işə, 2017-ci ilin 9 ayı ərzində 52565 manat ziyan məbləğində 28 işə hüquqi qıymət verilməsi üçün, toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim olunmuşdur. 2016-cı ıldə 27 nəfər barəsində, 2017-ci ilin 9 ayı ərzində isə 35 nəfər meşə mühafizə işçisi barəsində intizam tənbehi tədbirləri görülmüşdür. 2016-cı ildə həmin şəxslərdən 22 nəfərinə, 2017-ci ilin 9 ayı ərzində isə 15 nəfərınə töhmət və şiddətli töhmət verilmişdir. 2016-cı ildə 5 nəfəri, 2017-ci ilin 9 ayı ərzində isə 20 nəfərı daşıdığı vəzifələrdən azad olunmuşlar.

Onu da qeyd etmək vacibdir ki, Nazırliyin əməkdaşları tərəfindən bəzi meşə təsərrüfatı sahələrində kompleks yoxlamalar aparılmış və ciddi nöqsanlar da aşkar edilmişdir. Həmçinin həmin nöqsanlar hüquqi qaydada sənədləşdirilərək, təqsirkarların üzərinə 27776.83 manat ziyan hesablanmışdır. Aparılan araşdırmaların nəticəsinə görə Meşələrin Inkişafı Departamentinin müvafiq əmrinə əsasən 10 nəfər meşə mühafizə işçisi, hansı ki, onlardan 3 nəfəri rəhbər şəxs olmaqla daşıdıqları vəzifələrindən azad olunurlar. Təqsirkarların əməllərinə hüquqi qiymət verilməsi və onların cəzalandırılması üçün, bütün sənədlər Baş Prokurorluğa göndərilmişdir”. Bütün bunlar da onu sübut edir ki, Söhrab Abbasov bu cür yarıtmaz idarəçiliyi ilə ETSN-nə uğurlar deyil, birbaşa uğursuzluqlar gətirən vəzifə sahiblərindəndir.

Bundan əlavə onu da vurğulayaq ki, hələ ötən ilin oktyabr-noyabr ayları ərzində aparılan yoxlamalar zamanı da, meşə təsərrüfatı sahələrində çox ciddi qanunsuzluqlara qol qoyulması aşkara çıxarılır. Bununla bağlı Meşələrin inkişafı departamentində sektor müdiri vəzifəsini daşıyan A.Quliyev, 01 dekabr 2017-ci il tarixli №14/1602 saylı məktubu ilə redaksiyamıza verdiyi cavabında qeyd edib ki, “sizin Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığınız müraciətə Meşələrin İnkişafı Departamentində baxılmışdır. Bildiririk ki, müraciətdə özbaşına (qanunsuz) qırıntılara yol verildiyi qeyd edilən təkcə Zaqatala, Qəbələ, Quba, Oğuz, Masallı, Balakən və Qax Meşə Mühafizəsi və Bərpası Müəssisələrindən başqa, cari ilin 10 ayı ərzində Astara, Qusar, İsmayıllı, Tovuz, Daşkəsən, Goranboy, Beyləqan, Bərdə, Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisələrində də, meşələrin qorunub mühafizə olunması, həmçinin digər meşə təsərrüfatı tədbirlərinin yerinə yetirilməsi vəziyyətləri, Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Araşdırmalar zamanı aşkar edilmiş kütləvi meşəpozmalar qanunamüvafiq qaydada sənədləşdirilmiş, işlərində nöqsanlara yol vermiş təqsirkar mühafizə işçiləri barəsində ciddi intizam tədbirləri də görülmüşdür.

Bundan əlavə, əksər hallarda tərtib olunmuş sənədlər mövcud qanunvericiliyə uyğun baxılıb günahkarların cəzalandırılması, həmçinin qanunsuz qırıntılara görə meşə fonduna dəymiş ziyanlıqların ödətdirilməsi üçün, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, polis şöbələrinə və məhkəmələrə göndərilmişdir. Eyni zamanda, 2017-ci ilin sonuna qədər qalan Meşə Mühafizəsi və Bərpası Müəssisələrində də meşələrin qorunub mühafizə olunması, həmçinin digər meşə təsərrüfatı tədbirlərinin yerinə yetirilməsi vəziyyətləri ilə bağlı araşdırmaların aparılması nəzərdə tutulmuşdur”.

Bəli, bütün bunlar bir daha onu sübut edir ki, Söhrab Abbasov daşıdığı vəzifəsinin icraasına başladıqdan sönra, respublikamızın şəhər və rayonlarının meşə təsərrüfatı sahələrində bənzəri olmayan faciələrə, yəni kütləvi qırıqtılara yol verilir ki, bu da adı çəkilən şəxsin fəaliyyətsizliyini təsdiq edən hallar olur. Çünki, reaksiyamıza daxil olan məlumatlar əsasında biz açıqlamalar dərc edirik və Nazirliyə göndərdiyimiz rəsmi məktublara da, məhz adı çəkilən qurumda səlahiyyət sahibi olanlar, qeyd etdiyimiz faktları təsdiq edərək cavablar verirlər. Atılan addımlar, verilən cavablar və s. tam şəkildə təsdiq edir ki, Söhrab Abbasov bu gün də cənab Nazirin etimadını döğrultmur və üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirməməklə, açıq—aşkar şəkildə ekologiyamıza qənim kəsilir.

P.S.Hörmətli oxucular! Yaxın günlərdə isə, adı çəkilən şəxsin idarəçiliyi ilə bağlı bu günə kimi ictimaiyyətə bəlli olmayan bəzi gizlinləri hər kəsin diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!