Sabiq polis əməkdaşının şübhəli fəaliyyəti
Gundem / Sosial
Oxunub: 1 827
23 yan 2015 | 16:19
Sabiq polis əməkdaşının şübhəli fəaliyyəti

























Bu gün Bəhmən müəllimin qol qoyduğu qanundankənar əməllər hər kəsi düşündürməklə bərabər, saysız-hesabsız problemlərin də əmələ gəlməsinə səbəb olur

Ölkəmizin iqtisadi sektorunda yaşanan durumun varlığı, zaman-zaman istər dövlət hakimiyyət orqanlarının, istərsə də hər bir vətəndaşın diqqət mərkəzində saxladığı sahələrdən biri olub. Buna səbəb müxtəlif amillər olub ki, bu amillər içərisində ən əsası, istehsal olunan və satışa çıxarılan qida məhsullarının gigiyenik tərkibi, saxlanma şəraiti, istehsal prosesində, eyni zamanda satışının təşkili zamanı lazımi tələblərə əməl olunma və.s kimi göstəricilərin varlığı, hər zaman tam əksəriyyətin nəzər-diqqətini cəlb edib.
Bir məqamı da qeyd edək ki, əski sovet dönəmindən fərqli olaraq bu gün, əksər yeməkxanalarda, istirahət mərkəzlərində, ayrı-ayrı istehsal sahələrində və digər ünvanlarda nəinki texnoloji prinsiplərə, hətta primtiv qaydalara belə əməl olunmur. Sözsüz ki, bu zaman əsas məsuliyyət yükü, həmin sahələrə rəhbərlik edən şəxslərin və həm də bu sahələrə nəzarəti həyata keçirən rəhbər vəzifə sahiblərinin üzərinə düşür.
Bəzən elə hallar da olur ki, qida məhsullarının satışı ilə məşğul olan şəxslər, hansısa vəzifə sahiblərinə güvənirlər, yaxud da kimlərsə mənim “daydayı”mdır deyib, bir kimsəni vecinə almadan qanundankənar əməllərə qol qoyurlar. Məsələn, dəfələrlə elə hallar olub ki, ümumi mənzərənin acınacaqlı durumda olmasını gözlərimizlə görmüşük, kimlərinsə söz-söhbəti zamanı da eşitmişik. Belə bir iş fəaliyyəti ilə məşğul olan ünvanlardan biri də, paytaxt Bakımızda 2-ci Alatava adlanan yaşayış məntəqəsinin yaxınlığında, bir qədər dəqiq desək Vərəm Dispanserinin həndəvərində fəaliyyət göstərən “Şuşa” kafesidir. Qeyd olunan ünvanda yaşanan ab-havanın varlığı haqda məlumatları informasiya mərkəzimizə çatdıran mənbənin bildirdiyinə görə, sabiq polis əməkdaşı olan Bəhmən müəllimin sahiblik etdiyi kafedə, bu gün minbir qanunsuzluqlara qol qoyulur. Məsələn, məlumatlı mənbə bildirir ki, kafedə antisanitariya baş alıb gedir, işçilərlə rəhbərlik arasında əmək müqaviləsi bağlanmır, sayğacdan kənar elektrik enerjisindən istifadə hallarına yol verilir, vaxtilə keçici xəstəliyə düçar olan şəxslər, qeyd olunan ünvanda əmək fəaliyyəti ilə məşğul olurlar və həkim müayinəsindən də keçmirlər. Günün bütün saatlarında müştərilərə xidmət göstərilməsinə baxmayaraq, əksər hallarda bir kimsəyə qəbz verilmir. Belə bir halın varlığı da, kafe sahibinə vergidən yayınmağa imkan verir. Hətta mənbənin bildirdiyinə görə hansısa bir şəxsin problemli məsələsi əmələ gələrsə, həmin problem də qeyd olunan kafedə kimlər tərəfindənsə həllini tapır. Artıq qeyd etdiklərimiz onu söyləməyə əsas verir ki, "Şuşa" kafesi həm də "razborka" aparan şəxslərin toplandığı bir ünvandır.
Daha çox diqqəti cəlb edən hal odur ki, həmin kafenin adı “Şuşa” kafesi olsa da, kafedə bu adla uzlaşmayan, bu ada xələl gətirən, bu ad ətrafında xöşagəlməz ictimai fikrin formalaşmasına səbəb olan amillər tüğyan etməkdədir. Çünki, Şuşa adı çəkiləndə birbaşa xalqımıza məxsus mədəniyyət, ədəbiyyat, tarix, mənəviyyat, əxlaq, yüksək insani münasibət və.s kimi anlamlar, bir anlığa olsa da göz önünə gəlir. Amma bütün bunlara baxmayaraq, bu gün “Şuşa” kafesində hər cür qanunsuzluq, özbaşınalıq, inhisarçılıq mühiti hökm sürməkdədir. Sözsüz ki belə bir amillərin əmələ gəlməsinə əsas səbəb, kafeyə sahiblik edən cənab Bəhmən müəllimin qanundankənar fəaliyyətidir.
Təəssüf hissi doğuran hal ondan ibrətdir ki, verilən məlumatlara görə sabiq polis əməkdaşı olan Bəhmən müəllimin iş otağında, daha dəqiq desək onun başı üzərində ulu öndər, mərhum prezidentimiz Heydər Əliyevin portreti asılsa da, dövlətçiliyə aid lazım olan göstəricilər qaydasında olsa da, sahiblik etdiyi kafedə isə, dövlətin qəbul etdiyi qanunlar tapdaq altına atılmadadır. Belə bir halların varlığı isə, olduqca təəssüf hissi doğurmaqdadır. Çünki o, vaxtilə polis əməkdaşı olmuş, dövlətə xidmət etmiş, qanun-qaydanın bərpasında da əsas iştirakçılardan biri olmuşdur. Bu belə olduğu halda, Bəhmən müəllimin bugünkü fəaliyyətinə, qol qoyduğu qanunsuzluq əməllərinə görəsən nə ad vermək olar?
Əslində kafe sahibi belə bir addımlarını atmaqla birbaşa olmasa da, dolayısı yollarla hər kəsin sağlamlığına qənim kəsilmiş hesab olunur. Təəssüf hissi doğuran hal odur ki, hər dəfə ölkə rəhbəri keçirilən müşavirələrdə belə bir məsələlərə toxunur və lazımi tapşırıqlarını da verir ki, “ölkədə keyfiyyətli qida məhsullarının istehsalı və satışı ilə məşğul olmaq, hər bir sahibkarın, iş adamının, sadə vətəndaşın başlıca vəzifəsi olmalıdır” deyir. Belə bir tapşırığın verilməsinə baxmayaraq səbəb nədir ki, “Şuşa” kafesinin rəhbərliyi verilmiş tapşırıqlara məhəl qoymur, kefiyyətsizliyə və qanunsuzluğa söykənən əmək fəaliyyəti ilə məşğul olmağı özünə şərəf bilir. Əslində onun belə bir əməllərinin araşdırılması, aidiyyəti dövlət qurumların üzərinə, həm də müəyyən məsuliyyət yükü qoyur. Əgər həmin kafedə qol qoyulan qanunsuzluqların qanun çərçivəsində araşdırılması aparılarsa, o halda baş verən həngamələrin çəklişini həyata keçirmiş kameraların yaddaş bazasından da istifadə etmək olar. Yəqin ki, belə bir addımın atılması, əsl həqiqətləri üzə çıxarar.
Qeyd etdiyimiz problemlərin varlığı ilə bağlı olaraq, qarşı tərəfin də mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.
Problemin varlığını diqqət mərkəzində saxlayacağıq

Məlik
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL