SƏHİYYƏ NAZİRİMİZİN LOLİTA VƏ LYUBALARI
Gundem / Sosial
Oxunub: 2 146
30 yan 2018 | 23:32
SƏHİYYƏ NAZİRİMİZİN LOLİTA VƏ LYUBALARI













Bir neçə il bundan əvvəl Bakının Nərimanov rayonunda yerləşən 7 nömrəli uşaq poliklinikasının 280 işçisi adından KiV-də müraciətnamə yayılmışdı redaksiyasına məktub daxil olub. Müraciətin səbəbi – əvvəllər 14 nömrəli uşaq poliklinikasında sahə həkimi işləyən Lolita Cuvarlinskinin baş həkim vəzifəsinə təyin olunması idi. Poliklinikanın personalını onların iddiasına görə yeni baş həkimin milliyətcə erməni olması qəzəbləndirib.

Məktubda deyilir: “Tərkibində qaçqınlar, məcburi köçkünləri və şəhid ailələrinin üzvləri olan bizim kollektiv bu təyinatı hörmətsizlik və təhqir kimi qiymətləndirir. İnsanlar təəccüb edir: niyə dövlət klinikasını erməni idarə etməlidir? Niyə bizə həyatının 53 ilində dövlət dilini öyrənə bilməyən şəxs rəhbərlik etməlidir? Lolita Cuvarlinski həm bizim, həm də bütün cəmiyyət üçün arzuolunmaz şəxsdir”.

Tarix təkrar olunur. Yaxşı deyiblər ki, gələcək, əslində unudulmuş keçmişdir.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 22 saylı uşaq poliklinikasından da sahə tibb bacısı Məsumə xanım redaksiyamıza şikayət edib. Onun sözlərinə görə, polilinikanın keçmiş baş həkimi Rəna xanımla ilə ondan gizli və aşkar surətdə yuxarı instansiyalara, hüquq-mühafizə orqanlarına şikayətlər yazan şöbə müdiri Xuraman həkimin arasındakı konflikt dərinləşərək nəhayət, birincinin vəzifədən kənarlaşdırılması ilə nəticələnib . Maraqlıdır ki, tibb müəssisəsində iki şöbə müdiri ola-ola, səhiyyə rəhbərliyi poliklinikaya baş həkim vəzifəsinin müvəqqəti icrasını sahə həkimi işləyən Lyubov Vasilyevna Mirzəağayevaya həvalə edib. Məsumə xanımın sözlərinə görə, şöbə müdiri Xuraman həkimlə rəfiqə olan Lyubov Vasilyevna onu keçmiş baş həkimin kadrı hesab etdiyi üçün gözümçıxdıya salıb. Məsumə xanımın danışdıqları arasında ən təəccüblü məqam ondan ibarət idi ki, Lyuba həkim də 16-17 ildi o poliklinikada işləməsinə baxmayaraq, Azərbaycan dilini bilmir, bu barədə ona irad bildirən kollektiv üzvlərindən xoşu gəlmir.

Doğrudan da həm maraqlı, həm də acınacaqlı haldır ki, Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə İdarəsi poliklinikanın 21 nəfərlik personalı arasında müəssisəyə müvəqqəti rəhbərlik etməyi bacaraq bir həkim tapa, başqa sözlə, bizimkilərə etibar edə bilmirmi ki, baş həkim vəzifəsinin icrasını dilimizi bilməyən şəxsə həvalə edir? Əgər Nazirlik və baş idarə özümüzkülərə etibar etmirsə, bunu müşahidə edən uşaq valideynləri kimə inansınlar?

Öyrəndik ki, doğrudan da Lyuov Vasilyevnanın Azərbaycanda dövlət dili olan Azərbaycan dilində danışa bilməməsi başhəkim əvəzinin həm kollektiv üzvləri ilə, həm də valideynlərlə ünsiyyətində xeyli problemlər yaradır. Ehtimal böyükdür ki, hətta həkimlərdən Azərbaycan dilində edilən şikayətlər də baş həkim əvəzedicisinə təhrif olunmuş formada tərcümə edilir.

Poliklihikada başqa neqativ hallar da mövcuddur. Belə ki, sahə həkimlərindən Şəmsiyyə xanım ixtisasca terapevt ola-ola pediatr işi görür. Hərbi çağırış yaşlı olan gənclərlə işi də ona həvalə ediblər ki, burada da korrupsiya üçün böyük zəmin var. Şöbə müdiri Xuraman həkimin ərinin şəxsi klinikası var və poliklinikanın pasientlərini tovlayıb həyat byoldaşının özəl tibb müəssisəsinə göndərir. Bildirilir ki, poliklinikanın həkimlərini uşaqların müalicəsindən çox, özlərinin sövdələşdikləri dərman firmalarından əldə etdikləri gəlir maraqlandırır. Həkimlər pasientlərə resept yazarkən, daha çox mükafat vəd edən dərman firmalarının apteklərinə istiqamətləndirirlər. O da bildirilir ki, vaxtaşırı "qara üzləşmə hesabatı" aparan firmalar həkimlərin onlara yetirdikləri xeyiri ifadə edən məbləğin 30 faizə qədərini onlara qaytarırlar. Həkimlər də öz növbələrində bu kimi hallara şərait yaradan baş həkimə "hörmət" edirlər.

Bundan başqa, sahə həkimləri müəyyən olunmuş növbəlilik əsasında təhkim olunduqları sahələrə baxışa çıxmalıdırlar. Amma adətən reqlamentə əməl etmirlər, başqa sözlə, işləmədən məvacib alırlar ki, bundan da yenə müəssisə rəhbəri təmənna güdür.

Mövzuya qayıdacağıq.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...