Yalama tam orta məktəbində rüsvayçılıq-FOTOLAR
Gundem / Bolge
Oxunub: 2 719
13 fev 2018 | 00:05
Yalama tam orta məktəbində rüsvayçılıq-FOTOLAR



























Yazıya başqa sərlövhə tapa bilmədik. Çünki aşağıda görəcəyiniz fotolara başqa ad vermək olmur. Ölkəmizin şimal qapısı olan Yalamada yaşayan oxucularımızdan birinin bizə göndərdiyi fotoşəkillər və aldığımız zənglər nəticəsində məcbur olduq ki, bu rəzaləti qələmə alaq. İzləyicilərimiz bizi qınamasınlar. Bəlkə də kimlərsə irad tutacaq ki, bu mövzuda yazmaq heç məsləhət deyil. Amma çarə yoxdur. Təxminən 650 şagirdin təhsil aldığı və 60 nəfərdən çox müəllimin işlədiyi məktəbin oğlanlar üçün nəzərdə tutulmuş tualeti həqiqətən də çox acınacaqlı və ürəkağrıdan vəziyyətdədir. İnsan dəhşətə gəlir. Biz hansı əsrdə yaşayırıq? Köhnə taxtalardan ibarət sınıq-salxaq və hər an yıxılmaq təhlükəsində olan tualeti necə görməmək olar? Məgər rayon təhsil şöbəsinin müdiri Mədinə xanım Nurməmmədovanın yolu heç vaxt bu məktəbə düşməyib? Və yaxud Yalama inzibati ərazi dairəsinin sədri xanim Reyhan Aslanova bunu görmür? Bəs məktəbin direktoru Şahnamaz Səvzixanov bu rəzalətə necə dözür?
Ayıbdır, vallah ayıbdır. Bu tualeti görənlər bizim haqımızda nə düşünərlər? Yoxsa, normal iki-üç dirək və taxta da tapmırıq? Millətin övladlarını bu antisanitariya ocağına girməyə vadar edənlər xəcalət çəkmirlərmi? Bu hələ harasıdır? Yalama tam orta məktəbinin yaxınlığındakı mədəniyyət evində 30 saylı seçki məntəqəsi yerləşir. İndi bütün ölkə seçkilərə hazırlaşır. Bir müddətdir ki, məntəqələr fəaliyyətdədir. Yəqin ki, bu kompaniyanı müşahidə etmək üçün xarici ölkələrdən də uzunmüddətli və qısamüddətli müşahidəçilər gələcəklər. Onların yolu bu tərəflərə düşsə, təhsil ocağındakı rüsvayçı vəziyyətdə olan tualeti görsələr bizim yaşam tərzimiz haqqında nə fikirləşərlər? Yazını uzatmaq istəmirik. Sözümüz rayon təhsil şöbəsinin rəhbərliyinə, yerli icra və bələdiyyə başçılarınadır. Nə qədər gec deyil, bu rəzalətə son qoyun!!!

Onu da əlavə edək ki, rayonun başqa məktəblərində də belə vəziyyət hökm sürür. Vaxt çatıb ki, yerli məmurlar gündən-günə iqtisadi gücünü artıran Azərbaycanın adına xələl gətirən, ilk baxışda böyük görünməyən, əslində isə imicimiz korlayan bu cür hallara son qoysunlar.

Xanlar Cəbrayılzadə,
Fazil Mahmudov
"Şimal Xəbərləri"


Yalama tam orta məktəbində rüsvayçılıq-FOTOLAR
Yalama tam orta məktəbində rüsvayçılıq-FOTOLAR
Yalama tam orta məktəbində rüsvayçılıq-FOTOLAR
Yalama tam orta məktəbində rüsvayçılıq-FOTOLAR
Yalama tam orta məktəbində rüsvayçılıq-FOTOLAR
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO