Xətaidə seyid övladları “Günəş” əxlaqsızlıq ünvanından gün ərzində nə qədər pul qazanırlar?
Gundem / Sosial
Oxunub: 2 908
22 fev 2018 | 00:52
Xətaidə seyid övladları “Günəş” əxlaqsızlıq ünvanından gün ərzində nə qədər pul qazanırlar?














“Çünki, bu ünvanda gün ərzində hədsiz sayda “müştəri” qəbul olunur və hər gün də xalqımıza məxsus əxlaqımız, milli-mənəvi dəyərlərimiz bilərəkdən tapdaqlar altına atılır”

Bakı şəhəri, Xətai rayonu ərazisində, bir qədər də dəqiq desək “Xalqlar Dostluğu” metrostansiyasından “Günəşli” qəsəbəsi istiqamətinə gedən yolun sağ hissəsində yerləşən “Günəş” əxlaqsızlıq ünvanının qanunsuzluğa söykənən fəaliyyəti haqda, xeyli müddət bundan əvvəl də tənqidi açıqlamalar dərc etmişdik. Yəqin ki, xəbər portalımızın çoxsaylı oxucuları adı çəkilən ünvanla bağlı dərc etdiklərimiz haqda məlumatlıdırlar. Belə ki, bu obyektin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı məlumatları redaksiyamıza çatdıran mənbə bildirir ki, “Günəş”in təhlükəsiz-qorxusuz fəaliyyət göstərməsinin əsas səbəbi, obyektin yüksək çinli vəzifə sahibi tərəfindən himayə olunmasıdır”. Baxmayaraq ki, “Günəş” əxlaqsızlıq ünvanını işlədən və əslən Naxçıvan MR-dan olan, həmçinin seyid nəslindən olduqları söylənilən Seyidrza və Mirdaməd adlı qardaşlar olsalar da, onu dərk etmək lazımdır ki, bu obyektin arxasında “güclü əl” dayandığından, obyekti işlədənlər hər cür təhlükələrdən sovuşa bilirlər.

Düzdür, bu gün Xətai rayonu ərazisində neçə-neçə əxlaqsızlıq ünvanları var və həmin ünvanlar içərisində “Günəş”ın adı daha çox məşhurdur. Çünki, bu ünvanda gün ərzində sayı-hesabı bilinməyən sayda “müştəri” qəbul olunur və hər gün də xalqımıza məxsus əxlaqımız, milli-mənəvi dəyərlərimiz bilərəkdən tapdaqlar altına atılır. Bütün bunların da kökündə, adı çəkilən ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarının həyata keçirilməsi üçün lazımi şəraitin yaradılması və təhlükəsiz obyektlərdən biri olmasıdır. Faciəli hal odur ki, “Günəş” adı ilə məşhur olan bu ünvan sadə sakinlərin məskunlaşdıqları əraziyə yaxın yerdə fəaliyyət göstərir ki, bu da ətraf ərazidə yaşayan sakinlərin hədsiz dərəcədə narazılığına səbəb olmaqdadır. Buna səbəb, adı çəkilən ünvanda ifrat dərəcədə iyrənc addımların atılmasıdır. Çünki, bu ünvanda seyid nəslinin övladları olduqları bildirilən Seyidrza və Mirdaməd adlı qardaşlar elə bir iyrənc ab-hava yaradıbları ki, ünvana üz tutan “xanımlar”ın addımlarına baxdıqca, az-çox abır-həyası olan insanın özü utanır. Yəni, hər şey açıq-aşkarda olur, kimin nə aldığını, nə satdığını hər kəs bilir. Baş verənlərlə bağlı bu günə kimi neçə-neçə sakinlər redaksiyamızla əlaqə saxlayaraq yaşanan ab-havaya kəskin iradlarını bildirmişlər və obyekt rəhbərliyinin əxlaqımızı, milli-mənəvi dəyərlərimizi tapdaqlar altına atdıqlarını da vurğulamışlar. Onlar onu da bildirmişlər ki, “obyekt sahibini xalqımıza məxsus problemlər, ümumi yaşam tərzi, gənclərin əyri yollara düşmələri, qeyd olan ünvanda minbir keçici xəstəliyin olub-olmaması və s. deyil, yalnız daha çox var-dövlət qazanmaq düşündürür. Belə bir səbəblər üzündən də, hələ ötən illərin birində qeyd olunan ünvanda yaşananları ictimailəşdirmişdik və müəyyən tədbirlərin görülməsi üçün, aidiyyəti qurumlara rəsmi məktublar da ünvanlamışdıq. Amma ətraf ərazidə yaşayan sakinlərin çatdırdıqları məlumatlara görə, bu gün də adı çəkilən ünvan “şıdırğı fəaliyyət” göstərir, bu da hər kəsi narahat etməkdədir. Çünki həmin ünvana üz tutan, yaxud da ora gətirilən “xanımlar”ın sayı çoxaldıqca, baş verən iyrəncliklərin əhatə dairəsi də artmaqda davam edir. Yəni, alan kim, satan kim! Bax budur seyid nəslinin övladları olduqları bildirilən qardaşların “Günəş”də yaşatdıqları ab-hava, atdıqları addımların varlığı. Gəlin adı çəkilən ünvanda baş verənləri birlikdə müzakirə edək və ortaq məxrəcə gəldiyimiz qənaəti də birbirimizlə bölüşək. Görəsən səbəb nədir ki, “Günəş”də Seyidrza və Mirdaməd qardaşları hər cür hoqqalara qol qoyurlar, baş verənlərə birbaşa cavabdehlik daşıyan hüquq-mühafizə orqanı əməkdaşları isə susmağa üstünlük verirlər. Deməli, “torbada qara pişik” var ki, bu cür yanaşma da sərgilənir.

Bəli, bu da danılmaz bir faktdır ki, cəmiyyətimizin daha çox deqradasiyaya uğramasında, gənclərimizin minbir xəstəliyin daşıyıcısına çevirilməsində, əxlaqımızın, milli-mənəvi dəyərlərimizin korlanmasında, azyaşlıların tərbiyəsinin pozulmasında və s. adı çəkilən ünvanın müstəsna rolu var. Baxmayaraq ki, belə bir ünvanların fəaliyyətinin qadağan olunması ilə bağlı 2014-2018 illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması məqsədilə yeni “Milli Fəaliyyət Planı” da imzalamışdır. Qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə Seyidrza və Mirdaməd qardaşlar və onların arxasında dayanan “krışa”ları sahiblik etdikləri obyektdə, eyni zamanda əraziyə cavabdehlik daşıyan hüquq-mühafizə orqanı əməkdaşları əməllərində, bu kimi tələblərə əməl etmədikləri açıq-aşkar görünür. Bu belə olduğu halda sual oluna bilər ki, görəsən səbəb nədir ki, ortada müvafiq sərəncam və onun prinsipləri olsa da, seyid nəslinin övladları olduqları bildirilən qardaşlar və digərləri nə sərəncamı saya salırlar, nə də ki, onun prinsiplərini qəbul edirlər. Axı, hər kəs qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdikləri obyektdə qadınların cinsi istismarına şərait yaratmaqla, dolayısı yollarla vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, hətta obyektdə çalışan işçilərlə əmək müqaviləsi bağlamamaqla, daha çox isə milli-mənəvi əxlaqımızı tapdaq altına atmaqla, Seyidrza və Mirdaməd qardaşlarının, həmçinin onların arxalarında dayanan “güclü əl”in yerinə yetirdikləri “şərəfli vətəndaş” borcu budurmu? Gəlin bu haqda düşünək, belə bir olaylar haqda götür-qoy edək.

Hörmətli oxucular! Redaksiyamıza çatdırılan məlumatlara görə “Günəş” adı ilə tanınan əxlaqsızlıq ünvanının əsl sahibinin, hələlik adının çəkilməsini istəmədiyimiz yüksək çinli vəzifə sahibinin olduğu bildirilr. Bu haqda bir qədər sonra bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Azerinfo.az
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi