İcra başçısının qardaşı oğlu ƏƏSMN-nin adından dələduzluq edib?
Gundem / Sosial
Oxunub: 4 174
25 fev 2018 | 12:44
İcra başçısının qardaşı oğlu ƏƏSMN-nin adından dələduzluq edib?














Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun hayküylü anti-korrupsiya islahatlarından 3 ildən artıq vaxt keçir. Füzuli Ələkbərovun dövründə nazirliyin çirkab içində olduğunu deyən S.Müslümov sabiq nazirin bütün kadrlarını təmizləyib, silib-süpürdü. Nazirlikdə Ələkbərov dövründə demək olar ki, bir kadr qalmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri postuna təyin edildikdən sonra Səlim Müslümovun sanki yeni bir imajının cızılmasına girişildi. Əslində, bu, bir yeni siyasət idi. Və hakimiyyətin yeni dəst-xətti diqtə edirdi ki, nazirlər islahatçı kimi görünsünlər. Lakin xüsusi olaraq Səlim Müslümov yeni imicin şərtlərindən doğan davranış heç də yaraşmadı. Ən azından yeni imic bir qədər çeviklik və səmimilik tələb edir ki, bunlar da «sobez»lərdən yaxşı tanıdığımız Səlim Müslümov üçün heç də xarakterik hesab olunmur.

Təbii ki, istənilən halda yaxşılığa doğru bütün dəyişikliklər alqışlanmalıdır. Və əgər Səlim Müslümov həqiqətən də yaxşılığa doğru dəyişiklik qərarı veribsə, hətta hazırki qeyri-səmimi görüntüsüylə belə cəmiyyət üçün müsbət fiqur hesab oluna bilər. Amma bir daha vurğulayırıq, əgər həqiqətən də belədirsə…

Reallıq isə cənəb nazirin antikorrupsiya tədbirlərinin daha çox şou xarakterli olduğunu göstərir.

Azerinfo.az-a edilən son şikayətdən görünür ki, Səlim Müslümovun kadrı qorxub-çəkinmədən tender maxinasiyasına görə küllü-miqdarda rüşvət alıb.

Əslən Ağdam rayonundan olan sahibkar Allahverdiyev Gündüz Fəxrəddin oğlu bildirib ki, 2 il əvvəl Sumqayıt şəhərində əllillər üçün nəzərdə tutulmuş binanın inşası üçün keçirilən tenderin qalibi olmaq üçün ƏƏSMN-nin məsul işçisi olan Səyab Abıyevə 70 min dollar veribLakin pul verilsə də, üstündən xeyli müddət keçsə də Səyab Abıyevdən xəbər çıxmayıb. Sahibkarlar pullarını geri tələb edəndə Səyab Abıyev onları Daşkəsən icra başçısı Əhəd Abıyevlə və Gəncədə polis rəisi işləyən diğər əmisinin adı ilə təhdid edib, onları şərlədib tutduracağı ilə hədələyib.

Abıyevlərin imici Səlim Müslümovdan fərqli olaraq son dövrlərdə xeyli korlanıb, adları da mütamadi qalmaqallarda hallanır.

Suyu belə desək üfürə-üfürə içən cənab nazir belə bir kadrı nə əcəb yanında saxlayıb və bu mövzu ilə maraqlanmayıb? Əhəd Abıyevə görə Səlim Müslümov işçisinin cinayətinə göz yumacaqmı? Hər halda bunu zaman göstərəcək.

P.S. Məsələ ilkə bağlı ƏƏSMN-dən Səyab Abiyev adlı adamın nazirlikdə çalışmadığını bildirdilər. İnanmamağa haqqımız yoxdur. Odur ki, məsələ araşdırılmalıdır, çünki o şikayətçiyə məhz burda işlədiyini deyib. Ortada dələduzluq və nazirliyin adından sui-istifadə var.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb