Tikinti şirkətlərinin dələduzluqları bitib tükənmir
Gundem
Oxunub: 1 467
28 yan 2015 | 12:46
Tikinti şirkətlərinin dələduzluqları bitib tükənmir


“Abşeron LTD-2013” tikinti şirkəti Xırdalan sakininin evini 2-ci dəfə satıb


Bakıda dələduzluqla məşğul olan kifayət qədər tikinti şirkətləri məsuliyyətə cəlb olunsa da, hələ də bir çox tikinti şirkətləri vətəndaşları dolandırmaqda vəbir mənzili bir neçə şəxsə satmaqda davam edirlər.

Azerinfo.az bildirir ki, elə bu məsələ ilə bağlı Xırdalan şəhər “Quşçuluq” yaşayış massivi 3-cü keçə, döngə 1, ev 9 da yaşayan Hüseynov Malik PİA.AZ-ın elektron ünvanına şikayət məktubu ünvanlayıb. Şikayət məktubunda M.Hüseynovun “Abşeron LTD-2013” tikinti şirkəti tərəfindən aldaıldığı və pulunu ödədiyi mənzilin başqa birisinə satıldığı qeyd olunur.

Malik Hüseynovun elektron poçtumuza göndərdiyi məktubu olduğu kimi oxucularımıza təqdim edirik:

“Hörmətli redaksiya sizə müraciət edərək bildirirəm ki, mən Hüseynov Malik Oruc oğlu (Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 3-cü küçə, döngə 1, ev 9-da qeydiyyatda olan), 2006-cı ildə Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 1 saylı ünvanda “Fuad LTD” firması tərəfindən inşa edilən yaşayış binasından valideyinlərim ücün 121 saylı mənzilin dəyərini tam və özüm ücün isə 122 saylı mənzilin dəyərinin yarısını ödəməklə müqavilə yolu ilə almışam. Binada işlər 2009- cu ilədək davam edib, lakin 2009-cu ildən etibarən “Fuad LTD” firması tikintini davam etdirə bilmədiyi üçün sakinlər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etdilər. Sakinlərin şikayətindən sonra istintaq başlandı və mən həmin istintaqda zərərcəkmiş şəxs qismində tanınmışam.

İstintaqdan sonra bizə məlum olmayan səbəbdən tikintinin davam etdirilməsi “Abşeron LTD 2013” (VÖEN 10000 58691) adlı firma həyata kecirməyə başladı. Həmçinin “Abşeron LTD-2013” adlı şirkətə zərərçəkənlərin evlərinin tikilib təhvil verilməsi hüquqi varis kimi onlarin üzərinə qoyuldu.

Ancaq 2006-ci ildə aldığım mənzilimi “Abşeron LTD 2013” - in rəhbərləri Azər Tağiyev və Araz adli səxslər 07 dekabr 2014 -cu il tarixdə qeyri-qanuni olaraq 2-ci dəfə kənar adama satıblar. Hazırda mənə məxsus olan mənzildə basqa şəxs tərəfindən təmir işi aparilir və mən ailəmlə uzun müddətdir kirayələrdə qalmağa məhkum olunmuşam”.

Xatırladaq ki, tikinti şirkətlərinin asanlıqla dələduzluq edə bilmələrinin əsas səbəblərindən biri bir qayda olaraq tikinti şirkətləri ilə alıcı vətəndaşlar arasında müqavilə imzalanarkən həmin müqavilələr notarial qaydada təsdiq olunmur. Müqavilənin notarial qaydada təsdiq olunmasına qarşı isə tikinti şirkətləri birbaşa qarşı çıxırlar və bildirirlər ki, onlar müqaviləni yalnız öz möhürləri ilə təsdiq edə biləcəklərini bildirirlər. İsrar edənlərə isə sadəcə ev satmaqdan imtina edirlər. Bu isə tikinti şirkətlərinin sonradan dələduzluq edə bilmədəri üçün geniş imkanlar yaradır. Həmçinin bu yolla tikinti şirkətləri dövlətdən kütləvi şəkildə vergi gizlədirlər ki, bu da sonucda büdcəninin milyonlarla manat vəsaitdən məhrumolmasına gətirib çıxarır.

Qəribədir ki, illərdir bu problemə dövlət orqanları göz yumur və tikinti şirkətlərinin vətəndaşlarla müqavilələrinin notarial qaydada təsdiqini məcburi hala gətirilməsi üçün heç bir addım atmırlar. Burda rüşvət və korrupsiya hallarının rol oynaması da istisna olunumur. Əks təqdirdə tikinti şirkətlərinin davamlı olaraq və böyük miqyasda dələduzluq edə bilmələrini necə yozmaq mümkündür?
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır