Əlirza Əliyevin qoçuları narazılıq yaradır - TƏBİİ SƏRVƏTLƏR NAZİRİNİN NƏZƏRİNƏ!
Gundem / Sosial / Bolge
Oxunub: 1 424
19 mar 2018 | 00:56
Əlirza Əliyevin qoçuları narazılıq yaradır - TƏBİİ SƏRVƏTLƏR NAZİRİNİN NƏZƏRİNƏ!

Azərbaycanda bəzi məmurlar vəzifələrindən sui-istifadə etməklə məşğuldur. Vəzifə səlahiyyətlərini aşan vəzifəlilər barədə dəfələrlə ciddi tədbirlər görülməsinə baxmayaraq bəzilərinə bu hələ də dərs olmayıb. Həmin məmurlar özlərini “yuxarılara” normal və işğüzar göstərməklə bu ad altında hətta cinayət törətməkdən belə çəkinmir. Bu cür şəxslər vətəndaşları aldatmaqü, qorxutmaqla onları da əsarət altında saxlayır, əhalidən qanunsuz pul yığmaqla məşğuldular. Onlar hətta vətəndaşları hədələməklə şantaj edir, onlardan külli miqdarda rüşvət alırlar. Bu cür hadisələrdən biri də Ağsu rayonunda baş verir. Bu barədə redaksiyamıza Ağsu rayon sakinləri tərəfindən məlumat verilib. Sakinlər deyirlər ki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Şöbəsinin rəisi Əlirza Əliyev bu cür işlərlə məşğuldur. Şöbə rəhbərinın başçılığı ilə qurum əməkdaşları vətəndaşlara qan uddurur. Sakinlər deyirlər ki, şöbə İsmayıllı, Qəbələ, Şamaxı, Ağsu və Oğuz rayonlarına nəzarət edir. Şöbə Ağsu rayonunda yerləşir. Əlirza Əliyev tabeçiliyində olan əməkdaşlarını təlimatlandıraraq rayon ərazisindəki sahələrə göndərir. Həmin şəxslər sahələrdə qanunsuz ovla məşğul olan şəxsləri tutaraq onların silahlarını alır və özlərini isə cinayət işi ilə qorxudaraq məcburi külli miqdarda pul alır. Həmin pullar isə birbaşa Əlirza Əliyevə çatır. Şöbə müdiri qanunsuz ov edənləri hətta həbslə də hədələyərək onlardan pul tələb edir. Yerli akinlərin azerinews.tv-yə göndərdikləri müraciətdə bildirilir ki, sahələrdə qanunsuz, heç bir əsası olmadan gəzərək ovçu “ovuna” çıxanlara şöbənin əməkdaşı, Əlirzanın “sağ əli” kimi tanınan Babək adlı şəxs başçılıq edir. Şöbə əməkdaşları sahələrdə qanunsuz ov edənləri tutaraq Babəyə təhvil verir. Babək həmin şəxslərin silahlarını alaraq şöbə müdirinə təhvil verir. Sonra isə həmin şəxsi özünə minnətçi salır. Uzun hədələrdən sonra Babək silahı alınan şəxsdən məcburi 300-500 manat alandan sonra Əlirza Əliyevdən silahı alır və özünə qaytarır. Silahın dalınca getməyən şəxsin isə silahı ayrı-ayrı adamlara qanunsuz satılır. Sakinlər deyirlər ki, şöbə əməkdaşları bir gündə təkcə Ağsu rayonunun bir kəndindən 10-15 nəfər qanunsuz ov edən şəxsi saxlayır. Nəzərə alsaq ki, rayonun 78 kəndi var və şöbə əməkdaşları bir gündə hər kənddən minumum 5000 manat alır, şöbə rəhbərinin şantaj yolu ilə qazandığı gündəlik fantastik rəqəm adamı dəhşətə gətirir. Bu yalnız Ağsu rayonunda baş verən qanunsuzluqdur. Qeyd edək ki, şöbə Ağsudan əlavə 4 rayona nəzarət edir və həmin rayonlar ov üçün daha əlverişli ərazidir. Məlumata görə, bu prosesdən nə rayon icra başçısının, nə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı yoxdur. Şöbə müdiri bu çirkin əməllə əlaqədar qurumların xəbəri olmadan məşğuldur. Nazirliyə və icra başçısına isə yalan məlumatlar verməklə rayonda qanunsuz ovla məşğul olma hallarının qarşısının alındığı deyilir.

Əlirza Əliyevin qoçuları narazılıq yaradır


Bir neçə gün öncə Ağsu və İsmayıllı rayonlarında təbiətə qənim kəsilənlər və yaranmış ekoloji fəlakətlə bağlı qısa məlumat vermişdik. Redaksiyamıza müraciət edən vətəndaşlar yaranmış ekoloji durumdan narahatçılıq ifadə edərək özbaşınalığa son verilməsini xahiş edirlər. Belə ki, rayon ərazisindən keçən “Ağsu çayı” ekoloji fəlakətə səbəb ola bilər. Rayonun mərkəzindən keçən çayın hər yerinə zibillər axıdılır. Rayon icra hakimiyyətinin tabeçiliyində olan qurumlar yaşayış məntəqələrindən yığdıqları zibil və tullantıları çaya boşaldır.

Vətəndaşların müraciətlərində qeyd olunanlar həqiqəti əks etdirir. Rayonun mərkəzindən keçən çayın ətrafı zibilxanaları xatırladır. “Ağsu çayı”nı zibil anbarını çevirənlərin cəzasız qalması vəziyyəti daha da ağırlaşdırıb. Hazırda çayın yaşayış məntəqələrinə yaxın olan ərazilərində baş alıb gedən özbaşınalıq Ekologiya və Təbii Sərvətlər nazirliyini narahat etmir. Nazirlik 11 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlirza Rza oğlu Əliyevin yaxşı işçi olduğunu önə çəkərək rayon rəhbərliyini ittiham edir.

Onu da qeyd edək ki, 11 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin nəzarətində olan İsmayıllı rayonunda yaşıllıqların məhv edilməsi ilə bağlı faktlar da diqqətimizdən yayınmadı. İsmayıllı rayonunun ekoloji balansını qorumağa borclu olan Əlirza müəllimi isə iş otağında tapmaq olmur.

Daxil olan digər məlumatda qeyd olunur ki, Ə.Əliyev tabeçiliyində olan Babək adlı işçini rayona göndərək faktları ortadan qaldırmaq yerinə öz qanunsuz tələblərini irəli sürüb. Babək adlı məmurun rayon idarələrini hədələyərək “hörmət” tələb etməsi ciddi narazılığa səbəb olub. Bu şəxsin qanunsuz tələbləri nəticəsində yaranmış narazılıqlar Ekologiya və Təbii Sərvətlər nazirliyini narahat etmir. Nazirlik tabeçiliyində olan 11 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlirza Əliyevin qanunsuz fəaliyyətinə və Babək adlı əməkdaşının qoçuluğuna susmaqla cavab verməsi bizim üçün də qaranlıq qalır. Məsələnin bir tərəfi aydındır ki. qanunlardan üst tutulan Əlirza Əliyev cəzasızlıq mühitində qanunsuz əməllərini genişləndirməkdədir.Reallıq.info.

Şöbə rəhbərinin digər əməlləri ilə bağlı da məlumatlar almışıq. Hazırda bu barədə araşdırmalar aparılır. Yaxın vaxtlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağsu rayon şöbəsində baş verən digər faktları açıqlayacağıq...
Azerinfo.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE