Onlayn telefon alışına qadağa narazılıq yaradır.
Gundem / Sosial
Oxunub: 2 015
31 yan 2015 | 23:14
Azerinfo.TV: Elxan Əhmədov (Redaktor)
Azərbaycanda xaricdən onlayn yolla mobil telefon gətirilməsinə qadağa narahatlıq yaradıb.
Onlayn telefon alışına qadağa narazılıq yaradır.Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev yerli mediaya bildirib ki, telefon idxalı zamanı vergi ödənişindən yayınma faktları, eləcə də cihazların Rabitə Nazirliyində qeydiyyatının zərurətindən irəli gələrək belə qadağa verilib.
Hərçənd ki, BBC Azərbaycancaya danışan alıcılar və satıcılar telefon bazarındakı bu qadağanı yerli bazara telefon idxal edən şirkətlərin inhisar amili ilə əlaqələndirir.
Çünki, onlayn yolla xaricdən alınan telefonların qiyməti yerli mobil cihaz dükanların təklif etdiyi qiymətdən dəfələrlə "ucuzdur".
İstehlakçı hüquqlarını qoruyanlarsa, qanun pozuntusunun qarşısını almaq üçün biznesə qadağa qoyulmasını "mənfi" qiymətləndirir.
Bundan əlavə yerli media yazır ki, təxminən bir həftə əvvəldən yüzlərlə telefon və planşetlər sərhəd-gömrük qurumlarında saxlanılıb. Səbəblər arasında isə ölkədə telefon idxalının "həddindən artıq çox" olması və ticarət məqsədi ilə fiziki şəxslərin ölkəyə telefonlar gətirməsi göstərilir.
Ucuz və keyfiyyətli telefon
Həm qiymət fərqi, həm də keyfiyyətli telefon əldə etmək üçün alıcı Həsən Kazımov təxminən səkkiz gün öncə Birləşmiş Ərəb Əmirliklərindən telefon sifariş edib.
"Şəxsi istifadə üçün Bakıda 350 manatlıq telefonu myphone.ae saytından 250 manata sifariş etmişəm, 3-5 günə gəlməli idi, amma gömrükdə qalıb, yoxlanılır deyilir".
Hazırda sifarişinin gələcəyini gözləyən cənab Kazımovun sözlərinə görə, əlavə məlumat verilmədiyindən narahatlıq keçirir.
Onlayn telefon alışına qadağa narazılıq yaradır. "Dəqiq bir məlumat demirlər. Desələr ki, 3-5 günə yox, 10 günə gələcək, gözləyərəm. Myphone.ae deyib ki, telefon gəlməsə məbləğ geri qaytarıla bilər".
İllərdir şəxsi istifadə üçün xaricdən onlayn alış edən Zülfüqar İsmayılzadə bu yolu sərfəli hesab edir.
"50 - 200 manat arasında fərq olur yerli bazarla. Son dəfə pleyer sifariş etmişdim, 3 gün sonra gəldi".
from.ae Azərbaycana satışı dayandırır
Gömrükdə məhsulları saxlanılan şirkətlərdən biri - from.ae saytının nümayəndəsi deyir ki, ötən həftədən hava limanının kargo idarəsində əsasən yerli ekspresslə göndərilən 500-dən çox məhsul saxlanılıb.
"Prezidentin fərmanı və Nazirlər Kabinetinin qərarına görə, alıcıların ixtiyarındadır ki, beynəlxalq alış-veriş saytlarından 30 gün müddətinə 1000 dollardan çox olmayaraq alış- veriş etsinlər. Bu halda onların hüquqları kobudcasına tapdalanıb".
Şirkətin nümayəndəsi deyir ki, nə 192- Gömrük Komitəsinin qaynar xətti cavab verir, nə də saytında hansısa məlumat var.
"Ya qanun olmalıdı ki, siz bir vətəndaş kimi bunu ala bilməzsiniz, belə qanunsa yoxdur, əks qanun var ki, ala bilərsiniz. Komitə rəhbəri də çıxışında telefon alınması barədə heç nə demədi".
Şirkət, hələlik alıcılardan sifariş verilməməsini xahiş edib, yaxın günlərdə isə Azərbaycana satışı "tam dayandıracaqlarını" deyir.
Biznesə "kömək edilməlidir"
Baş verənləri "istehlakçı hüquqlarının pozulması" kimi qiymətləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda klassik ticarətlə onlayn satış rəqabətdədir.

"Bu rəqabətdə onlayn satış üstünlük təşkil edir. Mobil telefonların xaricdən onlayn yolla idxalının qadağası istehlakçıların seçim hüququnun məhdudlaşdırılmasıdır", cənab Hüseynov BBC Azərbaycancaya bildirib.
"Əgər burada hansısa qanun pozuntuları varsa, düşünürəm ki, Gömrük komitəsi qarşısını almaq üçün iş aparmalıdır, nəinki qadağan etmək. Biznesi qadağan etmək yox, ona kömək etmək lazımdır".
Sosial şəbəkələrdə xaricdən onlayn telefon alışına narazı olanlar yerli bazara telefon idxal edən şirkətləri də günahlandırır.
BBC Azərbaycanca belə şirkətlərdən məsələ ilə bağlı şərh ala bilməyib.
Mobil telefon satışı ilə məşğul olan mağazalardan İrşad telekomun əməkdaşı bildirib ki, qərarın onlarla hansısa əlaqəsi "yoxdur".
Computex mağazasından da deyilib ki, qərar onlara aid deyil.
Azərbaycanda onlayn alış-satış barədə tənzimləmə 2005-ci ildə qəbul edilmiş "Elektron Ticarət Haqqında" qanuna əsasən aparılır.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb