2-02-2015, 21:46

Rayonlarad arvadları dama qatıb ailənin ruzisini fahişələrə xərcləmə sindromu. - VIDEO

Rayonlarad arvadları dama qatıb ailənin ruzisini fahişələrə xərcləmə sindromu. - VIDEO

Azərinfo.TV
Görəsən qadınların cinsi istismarına şərait yaratmaqla bərabər, onların cinsi zoraklığa da məruz qalmasına səbəbkar olan və gündəlik minbir hoqqalara qol qoyan Mirzə "bəy"in "jurnalist"liyinə nə ad vermək olar?
Regionlarda fəaliyyət göstərən əksər ictimai-iaşə obyektlərinin hansı yöndə fəaliyyət göstərmələri haqda, kifayət qədər məlumatlara malikik. Bu gün əksər kafelərin, istirahət mərkəzlərinin və digər ünvanların, əhaliyə nümunəvi xidmət göstərmələri hər kəsə bəlli olsa da, bəzilərinin fəaliyyətləri isə qaranlıq məqamlarla dolu olur. Belə ünvanlardan biri də, Bərdədə köhnə bazarın həndəvərində, daha dəqiq desək dəmiryol xəttinin yaxınlığında fəaliyyət göstərən "Dostluq" kafesidir. Yerli mənbəmizin verdiyi məlumatlarda bildirilir ki, birmərtəbəli olan kafenin bugünkü sahibi Məzahir adlı şəxsdir. Və informasiya mərkəzimizə çatdırılan məlumatlarda o da qeyd olunur ki, həmin şəxs kafeyə sahiblik etməklə bərabər, jurnalist vəsiqəsi də daşıyır. Elə ki, hər hansı KİV nümayəndəsi "Dostluq" kafesinə təşrif buyurur, bu zaman ürəyinin başında bərk-bərk saxladığı jurnalist vəsiqəsini "baxın mən də jurnalistəm və burada yalnız yaradıcılıqla məşğul oluram" deyən Mirzə "bəy"in danışdıqlarını eşitdikcə, az qalırsan ki, baş götürüb bu məmləkətdən qaçasan. Onun belə bir danışıqları danışmasına səbəb isə o olur ki, qol qoyduğu qanunsuzluq əməllərini ört-basdır edə bilsin, necə deyərlər KİV nümayəndələrinin "Dostluq" kafesində baş verən həngamələrin ictimailəşməsinə imkan verməsin.
Maraqlı haldır ki, Mirzə adlı şəxsin sahiblik etdiyi "Dostluq" kafesində, gündəlik minbir hoqqalara qol qoyulsa da, yəni yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradılmaqla bərabər, cinsi zoraklığa məruz qalmaları halları baş versə də, yerli hüquq-mühafizə orqanı əməkdaşları baş verənlərə göz yummaqda davam edirlər. Belə bir halların varlığı isə onu söyləməyə əsas verir ki, həqiqətən "Dostluq" kafesində yaşananlara səbəbkar, həm də Bərdənin hüquq-mühafizə orqanı əməkdaşlarıdırlar. Belə bir yanaşma da, həmin kafedə gündəlik baş verənlərin əhatə dairəsinin genişlənməsinə, milli-mənəvi əxlaqımızın tapdaq altına atılmasına, bir sözlə minbir hoqqaların baş verməsinə səbəb olur.
Diqqəti cəlb edən hal həm də o olur ki, Məzahir adlı şəxsə qol qoyduğu həngamələr haqda irad bildirdikdə, o, bir kimsədən çəkinmədən, ehtiyat etmədən -"Mən sizləri vecimə almıram, çünki arxamda yüksək çinli vəzifə sahibləri dururlar" deyə cavab verir. Hətta, onun danışıqlarının hədə-qorxudan, verdiyi cavabların isə söyüşdən, ifadə olunması mümkün olmayan sözlərdən ibarət olduğunu dinlədikcə, sanki dəhşətə gəlirsən.
Məlumatlı mənbə onu da vurğulayır ki, Mirzə adlı şəxs sahiblik etdiyi "Dostluq" kafesində 4 qızla işləyir ki, həmin qızlardan biri ofisant, digərləri isə müştəri "xidməti"ndə sərasər dayananlardırlar. Və müştəri "xidməti"ndə sərasər dayananlar üçün, müəyyən şəraiti olan iki "kupe" də var. "Kupe"lərdən biri ümumi zala daxil olduqda sol tərəfdə, digəri isə kafenin arxa hissəsində yerləşən axırıncı otaqda yerləşir. Hətta bunlar azmış kimi, Məzahirin müştərilərə kənar ünvanlardan sifariş əsasında "xanım"lar gətirməsi haqda da, müəyyən məlumatlara malikik. Belə bir addımların atılmasında isə, kafeyə yaxın ərazidə taksi fəaliyyəti ilə məşğul olan Çiçək adlı xanımın da, xüsusi rolu olur. Mənbə onu da bildirir ki, Məzahir "bəy"lə Çiçək adlı xanımın işbirliyi, bəzən hansısa "xanım"ların "qurban" verilməsi ilə də nəticələnir. Məsələn, əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, təqribən bir neçə gün bundan əvvəl, hər iki "işbaz"ın işbirliyi, hələlik adının çəkilməsini istəmədiyimiz bir xanımın "qurban" verilməsilə də nəticələnib.
Hər kəsi təəccüb içində qoyan hal odur ki, Mirzə"bəy"ə qol qoyduğu həngamələri çatdırdıqdan sonra, onun müdafiəçisi rolunda çıxış edən "El həkimi" qəzetinin təsisçisi Zöhrab Ağayevin baş verənləri ötr-basdır etməyə çalışmasıdır. "Bilirsiniz, həmin kafe mənə bağlı şəxsə məxsusdur və orada hansısa şərait yaratmadan, cinsi istismardan,cinsi zoraklıqdan və.s söhbət gedə bilməz" deməsi də, böyük şübhələrə yol açır. Necə bəyəm! Deməli əldə olunan məlumatlar, əksəriyyətin danışdıqları, kafedə həyata keçirilən çəklişlər yalandır, amma "El həkimi" qəzetinin təsisçisi Zöhrab Ağayev, bir də Mirzə "bəy"in danışdıqları düzdür. Təəssüf hissi doğuran haldır ki, hansısa KİV nümayəndəsi belə bir ünvanı himayə edir və qarşı tərəfi də yalan danışmaqda suçlayır.
P.S. Hörmətli oxucular! Yaxın günlərdə sizləri "Dostluq" kafesində yaşanan olaylar barədə, daha ətraflı açıqlamalarla məlumatlandırmağa çalışacağıq.