“Banu Kids” mağazasında vergidən yayınma-VİDEO
Gundem / Sosial / Video
Oxunub: 1 614
7 apr 2018 | 01:52
“Banu Kids” mağazasında vergidən yayınma-VİDEO



























Uzun illərdir Azərbaycanda sahibkarlığın inkişafı strategiyası həyata keçirilir. Xüsusilə də Prezident İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə daim özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir, bu sahədə müxtəlif islahatlar aparılır.

Belə ki, ölkə Prezidentinin imzaladığı fərmanlarda, onun təsdiq etdiyi iqtisadi siyasət sənədlərində yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirildiyindən, ölkəmizdə formalaşan sahibkarlar təbəqəsinin sırası ilbəil genişlənir və özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artır. Dövlət başçısının göstərişlərinə uyğun olaraq, biznes mühitinin daha da yaxşılaşdırılması üçün həm qanunvericilik səviyyəsində, həm də vergi inzibatçılığında geniş islahatlar həyata keçirilir


Sahibkarlıq subyektlərində dövlət qurumları tərəfindən aparılan bütün yoxlamaların və nəzarət tədbirlərinin, vergi yoxlamaları istisna olmaqla, 2 il müddətinə dayandırılması, sahibkarlığın inkişafına əngəl yaradan halların aradan qaldırılması, dövlət orqanlarının fəaliyyətinin "açıq hökumət" prinsiplərinə uyğunlaşdırılması, şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər isə sahibkarlığın inkişafına təkan verib. Digər tərəfdən, bu ilin əvvəlində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib. Bütün bunlar biznes mühitinin səmərəliliyinə, vergi ödəyicilərindən daxil olan şikayətlərin azalmasına, sahibkarların rahat fəaliyyət göstərməsinə, vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarının icrasının təmin edilməsinə öz müsbət təsirini göstərib. Amma təəssüflər olsun ki, yaradılmış hərtərəfli şəraitdən, dövlətin xoş məramından sui-istifadə etməyə cəhd göstərən sahibkarlara, məsuliyyətsiz vergi ödəyicilərinə hələ də rast gəlinir. Belə ki, nəzarət tədbirlərinin sayının azaldılmasından sui-istifadə edərək biznes subyektlərinin uçot-hesabat işlərində qeyri-şəffaflığa, dövriyyənin gizlədilməsinə, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb olunmasına, saxta aksizli əmtəələrin satışının təşkili və sair kimi qanun pozuntularına yol verilməsi halları hələ də çoxdur. Bəzi vergi ödəyiciləri Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş vəzifələrə və vergi qanunvericiliyinin tələblərinə əməl etmir, öz işinə məsuliyyətlə yanaşmır, saxtakarlıq, dələduzluq və digər qanunsuz yollarla qanunvericiliklə nəzərdə tutulmuş vergiləri ödəməkdən yayınmağa çalışır.

Azerinfo.az bildirir ki, bu mənada Sabunçu İcra Hakimiyyətinin yaxınlığında ,Muxtar Fətəliyev prospektində yerləşən “Banu Kids” mağazası vergi qanunlarını kobud surətdə pozur.

Qanun bu qədər geniş azadolma imkanları verdiyi halda, bu mağazadanın sahibləri tərəfindən dövriyyədən yayınmaq üçün nağd hesablaşma qaydalarının pozulması, yəni alqı-satqı və xidmət əməliyyatlarının nəzarət-kassa aparatına vurulmaması və ya malların ciddi uçot blankı olmadan nağd qaydada təqdim edilməsi baş verir.

Əməkdaşlarımız bir neçə dəfə mal alsalarda kassadan çek təqdim edilməyib və bunlar videosüjetdə əks olunub. Həmin videonun əlaqədar orqanlar araşdırıb tədbir görülməsini və bu baradə redaksiyaya məlumat verilməsini xahiş edirik.


Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO