Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi bizi aldadıb dövlətin ayırdığı pulu mənimsəyir
Gundem / Bolge
Oxunub: 6 190
18 apr 2018 | 14:08
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi bizi aldadıb dövlətin ayırdığı pulu mənimsəyir














Ucar rayonu Qazqumlaq kənd sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Abdullayev Rahib Hüsey oğlu tərəfindən

ŞİKAYƏT

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə. Mehriban xanım Əliyevaya və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət ünvanlayıram

"Bu müraciətimdə yazıb Sizə bildirirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi bizi aldadıb dövlətin ayırdığı pulu mənimsəyir. Belə ki, mən Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə yaralanıb əlil olduğum üçün dövlətimizin qanunlarına əsasən mənə yaşadığım Ucar rayonu Qazqumlaq kəndində dövlət büdcəsi vəsaiti hesabına mənzil inşa edildi.Həmin mənzilin tikintisinə 2017-ci ilin mart ayında başlanıldı və həmin ilin dekabr ayında mənim istifadəmə verildi.Buna dair mənə sənəd təqdim edildi.Həmin evin inşası üçün 60.000 manat pulun ayrıldığı bildirilsədə gözlə görünən budur ki. burada küllü miqdarda talançılığa yol verilib.Nəticədəd də hələ yaşamağa başlamadığımız ev sökülüb dağılır.Evin qapıları. pəncərələri əyilib, Tikinti işləri tamamlanmayıb.Qaz-İşıq çəklilməyib.Bütün bunlara baxmayaraq həmin evi mənim istifadəmə verib çıxıb gediblər.Bu evdə isə yaşamaq qeyri mümkündür.Buna görə hazırda ailəmlə birlikdə kirayədə yaşayıram.

Mən Azərbaycan Respublikasının suverenliyi və Qarabağ torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə yaralanıb əlil olmuşam.Dövlət Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin qayğısına qalır buna görə büdcədən vəsait ayrılır. Ancaq bu vəsaiti talan etmək üçün min- bir saxtakarlığa əl atan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin korrupsioner əməkdaşları məni və mənim kimi çoxlusayda əlili hökumətdən narazı salmaq istəyirlər.Mən isə bilirəm ki, burada dövlətin heç bir günahi yoxdur.Qarabağ müharibəsi əlillərinə evlərin tikilməsi üçün dövlət pul ayırır bundan tam razıyam, ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifəli əməkdaşları bu pulun böyük hissəsini talan etdikləri üçün evim yarımçıq istifadəyə verilmişdir.Bu dövlətə qarşı cinayət və Qarabağ müharibəsi əlilinə qarşı təhqqirdir.Mətbuat vasitəsi ilə Ali Baş Komandan Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Əmək və Əhalinin Soisal Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət edirəm.Sizdən xahiş edirəm dövlətin ayırdığı vəsaiti talan edib Qarabağ müharibəsi əlilinə evi yarımçıq tikib istifadəyə vermiş cavabdeh məsul vəzifəli şəxslər barəsində ciddi tədbirlər görəsiniz.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...