GORANBOYDA NİZAMƏDDİN QULİYEV ZÜLMÜ SONA CATIR - Başcı iş otağını boşaltmağa başlayıb...
Gundem / Bolge
Oxunub: 4 188
21 apr 2018 | 09:33
GORANBOYDA NİZAMƏDDİN QULİYEV ZÜLMÜ SONA CATIR - Başcı iş otağını boşaltmağa başlayıb...
"Niyə hələ də bəzi dövlət qurumlarında rüşvətə, özbaşınalığa yol verilir?! Niyə harınlamış məmur və məmur balaları var?! Niyə insanları süni şəkildə narazı salırlar?!"

Regionların sosial-iqtisadi inkişafı daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən quruculuq işləri bölgələrdə geniş vüsət alıb. Rayonlarımızın abadlaşması və vətəndaşların sosial problemlərinin həlli üçün dövlət büdcəsindən hər il vəsait ayrılır. Dövlət qayğısının nəticəsidir ki, hazırda əksər rayonlarımızda insanların rifah halı yüksək səviyyəyə çatdırılıb. Lakin bəzi istisnalar var.

Belə ki, bir sıra yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri büdcədən ayrılan vəsaitləri təyinatı üzrə xərcləmir, üstəlik əhali üçün əlavə problemlər yaradırlar. Azərbaycanın qərb bölgəsində yerləşən Goranboy rayonunda da son vaxtlar ciddi problemlər, o cümlədən narazılıq halları müşahidə olunmaqdadır. Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev işində yol verdiyi nöqsanlara görə dəfələrlə medianın diqqət mərkəzinə düşüb. Amma hansısa qüvvələrin köməkliyi ilə hər dəfə sudan quru çıxmağı bacarıb. Kimlərinsə himayəsinə arxayın olan icra başçısı qanuna zidd əməllərinin sayını hər gün artırır. Bunun ağrı-acısını isə goranboylular yaşamalı olurlar.

GORANBOYDA NİZAMƏDDİN QULİYEV ZÜLMÜ SONA CATIR - Başcı iş otağını boşaltmağa başlayıb...

Rayondakı mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən, icra başçısı prezident tərəfindən Goranboyun yollarının təmirinə, abadlıq və digər işlərin görülməsinə ayrılan pulları lazımi şəkildə xərcləmir: "Nizaməddin Quliyev artıq doqquz ildir ki, rayonun icra başçısı vəzifəsini tutur. O arxada qalan müddət ərzində yerli camaatın etimadını qazana bilməyib. Barmaqla sayılacaq qədər olan insanları nəzərə almasaq, icra hakiminin fəaliyyətindən heç kim razı deyil. Ona görə ki, bu adam vəzifəyə qoyulandan indiyə qədər ancaq özü üçün çalışıb. Goranboyun mərkəzində və əksər kəndlərində acınacaqlı durum yaşanır. Ötən illər ərzində dövlət büdcəsindən rayonda təmir-tikinti, abadlıq işlərinin görülməsindən ötrü milyonlarla vəsait ayrılıb.

Goranboy Rayon İcra Hakimiyyətinin keçən illərdəki hesabatlarında həmin vəsaitlərin rayonun mərkəzi küçələrində işıqlandırma sistemlərinin yenidən qurulmasına, təhlükəsizlik hasarlarının çəkilməsinə, sıradan çıxmış yolların asfaltlanmasına, əhalinin suya, işığa və qaza olan tələbatının ödənilməsinə xərcləndiyi qeyd olunub. İcra hakimiyyətinin hesabatlarında göstərilən rəqəmlər reallığı əks etdirmir. İcra hakimiyyətinin rəsmiləri görülməyən işləri də sənədlərə əlavə edib şişirtmələrə yol veriblər. Müvafiq araşdırma aparılsa, bunların hamısı üzə çıxar. Rayonun inkişafı məqsədilə ayrılan büdcə vəsaitləri göyə sovrulur. Fikir vermisinizsə, digər rayonlarla müqayisədə Goranboyda abadlıq işləri çox zəif gedir, demək olar ki, getmir. Bunun hamısının səbəbkarı icra başçısıdır. O şəxsi biznesinin genişlənməsi istiqamətində böyük çaba sərf edir. Yerli camaat min bir problemin əsirinə çevrilib, amma bu məmur insanları yox, özünü fikirləşir". Etibarlı mənbənin verdiyi məlumatda Goranboyda son altı ildə görülən abadlıq işlərinin keyfiyyətsizliyindən də söz açılır. İddia edilir ki, büdcədən ayrılan vəsaitlərin hamısı nəzərdə tutulan layihələrə xərclənmir: "Sənədləşmədə məbləği bir neçə dəfə şişirdirlər. Belə olan təqdirdə dövlətin büdcəsinə külli miqdarda ziyan dəyir. Rayonda məmur özbaşınalığının acı nəticəsi göz qabağındadır. Keyfiyyətsiz görülən işlər qısa müddətdə öz fəsadını göstərir. Bütün bunların qarşılığında Nizaməddin Quliyev heç nə olmayıbmış kimi hərəkət edir. Onu da deyim ki, başçı özünə yeni qazanc mənbəyi tapıb. İcra nümayəndələrinin hamısı bu dəqiqə çətin vəziyyətlə üzləşiblər. Onlar bu ilin indiki dövrünə kimi vətəndaşlara verdikləri hər arayışa görə icra başçısına "hesabat" təqdim etməlidirlər. Hər arayışa görə icra başçısının nümayəndələri 1 dəfə "minnətdarlıq" bildirməlidir. Əks halda, həmin şəxslər başçının qəzəbinə tuş gələ bilər".

GORANBOYDA NİZAMƏDDİN QULİYEV ZÜLMÜ SONA CATIR - Başcı iş otağını boşaltmağa başlayıb...

Goranboyda hökm sürən problemlər bununla bitmir. Bizə çatan bilgilərə görə, rayonun mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə insanların dolanışıq səviyyəsi olduqca aşağıdır. Fəslindən asılı olmayaraq həmin kəndlərə elektrik enerjisinin və içməli suyun fasilələrlə verildiyi bildirilir. Mavi yanacağa gəldikdə bir çox kənddə əhalinin qaza olan tələbatının ödənmədiyi qeyd olunur. Növbəti saylarımızda rayonda baş alıb gedən məmur özbaşınalığı və icra başçısının varidatı haqda ətraflı məlumat verəcəyik. İnanırıq ki, yuxarı instansiyalar büdcə pullarını göyə sovurmaqda ittiham edilən icra başçısının fəaliyyətinə nəzarəti gücləndirəcək və onun haqqında bir tədbir görəcəklər.

P.S:


Goranboyun icra başçısı Nizaməddin Quliyev iş otağını boşaltmağa başlayıb. Ziya Məmmədovun yerlərdəki kadrlarının durumu pisləşməyə başlayıb. İddialara görə, bu həftə içində bir neçə icra başçısı vəzifəsini itirməli olacaq. Hətta onlarla bağlı sərəncamlar belə hazırdır. QAYNARXETT.AZ-a daxil olan bilgilərdə vurğulanır ki, Goranboyun icra başçısı Nizaməddin Quliyev isə artıq iş otağını boşaltmağa başlayıb. Qeyd edilir ki, dünəndən etibarən otağındakı əşyalarını cəmləşdirən icra başçısının belə bir addım atmasının səbəbi onun da sərəncam gözləməsi ilə əlaqədardır.
Quliyevin işdən çıxarılması səbəbi kimi isə Ziya Məmmədovun kadrı olması göstərilmir. Deyilənlərə görə, bir müddət əvvəl Hesablama Palatası və Maliyyə Nazirliyinin rayonda apardığı yoxlamalardan sonra hazırlanmış hesabatlarda Goranboyda ciddi maliyyə nöqsanları və yeyinti hallarının olduğu qeyd edilib. Həmin hesabatlar isə hakimiyyətin üst eşalonlarının qarşısına qoyulub və onlar da vəziyyətlə tanış olduqdan sonra işdən çıxarılması ilə bağlı qərarlarını qətiləşdiriblər.

Azerinfo.az
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO