Fond sədri pensiyalardan danışdı
Gundem
Oxunub: 1 425
12 fev 2015 | 13:49
Fond sədri pensiyalardan danışdı



Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda ölkəmizdə səfərdə olan Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.

Azerinfo.az-n ANS PRESS-ə istinadən yaydığı məlumata görə, Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru Yoakim Bröyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə DSMF-nin sədri Elman Mehdiyev Fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib.

E.Mehdiyev ötən dövr ərzində prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirildiyini vurğulayıb. O qeyd edib ki, ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub.

Bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir.

Görüş zamanı qeyd olunub ki, ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunub. Pensiya islahatı konsepsiyasının əhəmiyyətindən söz açan DSMF sədri sənədin ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıdığını vurğulayıb.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru Yoakim Bröyer Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirərək bunun ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Səfərin əsas məqsədinin qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və birgə tədbirlərin planlaşdırılması olduğu diqqətə çatdırılıb və Azərbaycanın təcrübəsi inkişaf etməkdə olan digər ölkələr üçün nümunə olaraq qiymətləndirilib.

DSMF-də keçirilən görüşdə aparılan müzakirələr zamanı iki qurum arasında əlaqələrin daha da inkişaf etdirilməsi və yaxın gələcəkdə birgə tədbirlərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi