Şəhid ailələri və Qarabağ əlilləri Milli Məclis qarşısında aksiya keçirir
Gundem
Oxunub: 1 667
13 fev 2015 | 11:41
Şəhid ailələri və Qarabağ əlilləri Milli Məclis qarşısında aksiya keçirir


Azerinfo.az Avropa.info-ya istinadən xəbər verir ki, Qarabağ əlilləri və şəhid ailələri onlara çatacaq pulun ödənilməməsinə etiraz olaraq bu gün Milli Məclisin qarşısında aksiya keçirirlər.


Aksiya iştirakçıları sığorta pulunun ödənilməsini tələb edirlər. Hələlik aksiya iştirakçılarını heç kim qəbul etməyib. Etirazçılar isə problemləri həll olunanadək aksiyalar keçirməkdə israrlı olduqlarını deyirlər.

Qeyd edək ki, Qarabağ əlilləri və şəhid ailələri aksiyalara hazırlıq məqsədilə imza toplayıblar. Sənədə 200 nəfərədək əlil və şəhid ailəsi imza atıb.

Qeyd edək ki, 13500 şəhid ailəsinə 11 min manat sosial sığorta haqqı ödənilməlidir. Onlar 1994-cü ildən bu yana onlara verilməli olan sığorta pulunu ala bilmirlər.

I qrup Qarabağ əlilləri 8800 manat, II qrup Qarabağ əlilləri 6600 manat, III qrup əlillər isə 4400 manat almalıdırlar. Hazırda 11 min əlil var.

Xatırladaq ki, ötən əsrin 90-cı illərinin əvvəllərində hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələrdə hərbi xidmətə başladığı andan dövlət tərəfindən məcburi şəxsi sığortalanıblar. Müdafiə Nazirliyi də bunun müqabilində “Azərsığorta” Dövlət Sığorta Şirkətinin hesabına pul köçürüb.

2000 şəhid ailəsi və Qarabağ əlilinə sığorta ödənməsinə dair məhkəmə qərarları da var.

Konstitusiya Məhkəməsi isə 2014-cü il yanvarın 28-də hərbi qulluqçulara şamil olunan icbari sığorta pulunun ödənilməsinə dair qətnamə çıxarıb. Həmin sənədə əsasən Milli Məclis məsələ ilə bağlı müvafiq qərar verməli idi
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi