Bu qorxulu siyahıda Azərbaycan da ola bilər
Gundem
Oxunub: 1 302
15 fev 2015 | 20:35
Bu qorxulu siyahıda Azərbaycan da ola bilərSiyahıda Azərbaycan banklarından ən azı birinin yer alması ehtimalı var

"Kaspersky Lab" antivirus laboratoriyası tarixin ən böyük bank soyğununun üstünü açıb.

Laboratoriya bu haqda hesabatını sabah - fevralın 16-da dərc edəcək, ancaq The New York Times qəzeti hesabatın bəzi məqamlarını dərc edib. Orada deyilir ki, hakerlər son iki ildə dünyanın 30-dan çox ölkəsində 100-dən çox bankın kompüter sisteminə müdaxilə edərək 1 milyard dollardan çox vəsaiti talayıblar.

Bu bankların çoxu Rusiyadadır, ancaq ABŞ, Niderland. Yaponiya və İsveçrə kimi ölkələrdən də bankların soyğuna məruz qaldığı bildirilir. Təkcə Rusiya banklarından oğurlanan vəsaitin həcmi 300 milyon dollardan çoxdur.
"Kaspersky Lab" soyğuna məruz qalan bankların adını hesabatında göstərməyib, çünki bu, müştərilərin həmin banklardakı pullarını kütləvi şəkildə çıxarmasına səbəb ola bilər.
Qəzet araşdırıb ki, ABŞ Federal Təhqiqatlar Bürosu, İnterpol, Hollandiya polisinin kibercinayətlərə qarşı mübarizə bölməsi hakerlərin kütləvi bank soyğunu əməliyyatını araşdırır.

Bildirilir ki, "Kaspersky Lab" soyğunçuların izlərinə təsadüfən düşüb. Laboratoriyanın əməkdaşlarını Kiyevdəki banklardan birinin "qudurğan" bankomatı ilə bağlı məsələni araşdırmağa dəvət ediblər. Məlum olub ki, bankomat kupyurları periodik olaraq onun yanından keçən şəxslərin ayaqları altına səpir.
Mütəxəssislər öz-özünə pul səpən bankomatı araşdıranda məlum olub ki, həmin bankın kompüter sistemində aylardır virus proqramı işləyir. Bu proqram bankın kompüter sistemində aparılan bütün əməliyyatları izləyir və informasiyaları hakerlərə ötürür.
"Kaspersky Lab" bildirir ki, azı 300 milyon dolların oğurlandığına dair sübutlar var, lakin əslində məbləğ bundan üç dəfə çox ola bilər. Hakerlər banklardan oğurladıqları pulları o qədər də böyük olmayan məbləğlərlə dünyanın bir çox ölkələrində açdıqları hesablara ötürüb, oradan nəqdləşdiriblər.

"Kaspersky"nin Şimali Amerika üzrə direktoru Kris Doqqert bildirib ki, bu haker proqramına "Carbank" adı veriblər. Onun sözlərinə görə, bu indiyədək mövcud olan ən mükəmməl bank soyğunudur və orada ən yüksək texnoloji metodlar tətbiq olunub.
Hələlik heç bir bank kompüter sisteminin hakerlərin hücumuna məruz qaldığını etiraf etməyib. Çünki bankların heç biri müdafiə sisteminin zəif olduğunu etiraf edib müştərilərini itirmək istəməzdi. Ekspertlər ehtimal edir ki, bu bank soyğununun arxasında Rusiya, Ukrayna, Çin və bəzi Avropa ölkələrinin hakerləri dayanır.
Hakerlər birbaşa bankların kompüter sisteminə daxil olaraq hesablardakı pulları öz hesablarına yönəldib. Bir dəfəyə həyata keçirilən ən iri oğurluq 10 milyon dollar olub. Hər bankın kompüter sisteminə daxil olmaq, orada virus proqramını yerləşdirmək və zəruri informasiyaları toplamaq, daha sonra pulları ələ keçirmək hakerlərin orta hesabla 2-4 ay vaxtını alıb.

Hakerlər hədəf seçdikləri bankların konkret mühafizə sistemini öyrənməyə böyük səy və əmək sərf ediblər. Eyni zamanda onlar oğurladıqları pulları köçürmək üçün ABŞ və Çin də daxil olmaqla bəzi ölkələrin banklarında saxta hesablar açıblar. Belə hesabların "JP Morgan Chase" bankında da açıldığı bildirilir.

Ən iri soyğunçuluq halları bankların mühasibat uçotu sisteminə müdaxilə yolu ilə həyata keçirilib. Hakerlər bank işçilərinin əvəzindən köçürmələr üzrə hesabları şişirdiblər. Məsələn, hansısa hesabdan 1000 dollarlıq köçürmə olanda hakerlər rəqəmi 10.000 ediblər, bu zaman 1000 dollar müştərinin təqdim etdiyi hesaba, 9000 dollar isə hakerlərin hesabına köçürülüb. Hesabın sahibi problemlə bağlı şübhələnmir və bank özü nə baş verdiyini dərk etmək üçün müəyyən vaxt sərf edir.
Soyğuna məruz qalan bankların adları və onların məxsus olduğu ölkələrin tam siyahısı hələ məlum olmasa da virtualaz.org qeyd edir ki, bu siyahıda Azərbaycan banklarından ən azı birinin yer alması ehtimalı var. Belə ki, təxminən iki il əvvəl bank sektorundakı mənbələrdən hakerlərin ölkənin iri banklarından birinin kompüter sisteminə müdaxilə edərək müştərilərin hesablarını boşaltmağa başladığı haqda məlumat daxil olmuşdu. Həmin məlumatda deyilirdi ki, haker müdaxiləsindən xəbər tutan mütəxəssislər soyğunçuların müştərilərin bank hesablarından çıxardığı vəsaitlərin izinə düşə bilib və onlardan bir hissəsini saxta hesablara oturmazdan əvvəl geri qaytara bilib. Həmin bankın adı məxfi saxlanılırdı.

Azərbaycanın xüsusi xidmət orqanları son illər kibercinayətkarlığa qarşı mübarizə çərçivəsində banklardan iri məbləğlərdə pul oğurlamağa nail olan kibercinayətkarları dəfələrlə həbs edib. Bu cinayətkarların qrupuna Azərbaycan vətəndaşları ilə yanaşı xarici ölkə vətəndaşları da daxildir.

Virtualaz.org
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ