Xaçmaz SSİ-də demokratiya, yoxsa bürokatiya
Gundem / Bolge
Oxunub: 1 462
19 fev 2015 | 15:44
Xaçmaz SSİ-də demokratiya, yoxsa bürokatiya











Ötən açıqlamalarımızda yazıb vurğulamışdıq ki, Xaçmazın SSİ-si bu gün daha çox israfçılığa, mənimsəmələrə yol açan bir idarədir. O məqama da toxunmuşduq ki, idarə rəhbərliyinin səhhətində əmələ gələn (əvvəla ona səhhətində əmələ gələn problemlərlə əlaqədar cansağlığı arzulayırıq) problemlər, rəhbərliyin mütəmadi olaraq iş başında tapılmamasına səbəb olan amildir. Elə bu kimi və digər səbəblər üzündəndir ki, idarənin qarşısında duran vəzifələrin çoxu yerinə yetirilmir və çoxsaylı problemlərin varlığı da daim qabarmaqda davam edir.
Rayondakı mənbəmiz bildirir ki, SSİ-nin rəisi cənab Vaqif Səlimovun xarakterik xüsusiyyəti, bəzən büdcədən ayrılan vəsaitlərin də kimlər tərfindənsə mənimsənilməsinə də səbəb olur. Çünki, o, həm xəstədir, həm də sakit təbiətli vəzifə sahibidir. Elə bu səbəbdən də, idarədə hər ay mənimsəmələrə yol verilir, israfçılığa qol qoyulur. Mənbə onu da qeyd edir ki, çox zaman idarənin balansında olan texnikadan, rayon sakinləri müəyyən danışıqlar və razılaşdırılmış qiymətin müqbilində də istifadə edirlər. Məsələn, traktorlardan, ekskvatorlardan və digər nəqliyyat vasitələrindən sakinlərin həyətlərində quyuların qazılmasında, çaykənarlarında əksər işlərin görülməsində, meşə zolaqlarında müəyyən məqsədlər üçün istifadə olunmasında və.s kimi işlərin görülməsində istifadə olunur. Bəli, bu zaman qazanan V.Səlimov olur, itirən isə onun rəhbərlik etdiyi idarə olur. İdarəyə ayrılan yanacağın, müəyyən ehtiyat hissələrinin də “həzmi-rabedən” keçirilməsi, cənab idarə rəisinə daha çox gəlir gətirməkdədir.
Diqqəti bir məqama da yönəltmək istəyirik ki, hələ bir müddət bundan idarədə yaşanan olaylar, bizim üçün də aktuallıq kəsb etdiyindən, rəhbərliyin ünvanına sorğu məktubu ünvanlamışdıq. Məqsədimiz idarəyə hər kvartal üçün ayrılan vəsaitin məbləği, verilən yanacağın miqdarı, ştat cədvəli üzrə işləyən işçilərin sayı və.s haqda məlumatları əldə etmək idi. Düzdür bu yöndə məlumatların əldə olunmasını, KİV nümayəndəsi olaraq əldə etmək ixtiyarına malik olsaq da, cənab Vaqif Səlimovun bürokratik idarəçiliyi, istəyimizi gerçəkləşdirməyə imkan vermədi. O halda bilib başa düşdük ki, yerli mənbənin informasiya mərkəzinə çatdırdığı məlumatlar həqiqətdir və Vaqif müəllimin həyata keçirdiyi idarəçilik demokratiyaya deyil, bürokratiyaya söykənir. Əgər bu belə olmasaydı, şəffaf idarəçilik həyata keçirilsəydi, o halda rəhbərliyin tapşırığı əsasında ünvanlanan suallarımıza da aydınlıq gətirilərdi.
Araşdırmamız davam edəcək.

Elmar
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO