Peşə liseyinin fəaliyyəti, sanki fəaliyyətsizliyə söykənir
Gundem
Oxunub: 1 747
23 fev 2015 | 12:54
    Peşə liseyinin fəaliyyəti, sanki fəaliyyətsizliyə söykənir

Və yaxud, Ağstafa peşə liseyində Hikmət müəllimin müəllifi olduğu “əsasnamə” yə necə əməl olunur?
Bu da bir həqiqətdir ki, respublikamızda təhsilin inkişafı, problemlərinin aradan qaldırılması, hər zaman prioritet məsələlərdən biri hesab olunub. Elə bu səbəbdən də, son illər bu yöndə əməli addımlar atılır ki, ümumi məqsədlərimizin həllinə nail ola bilək. Adicə son 3-4 il ərzində təhsilimizin inkişaf etdirilməsi istiqamətində bir neçə təkmil qanun layihələri işlənib hazırlandı və tədricən də icrası həyata keçirildi. Başlıca məqsəd, yuxarıda qeyd etdiyimiz kimi təhsilimizi daha da inkişaf etdirmək, ümumi problemləri aradan qaldırmaqdan ibarət oldu.
Açıq etiraf etmək lazımdır ki, bu gün Azərbaycan təhsilinin inkişafını əngəlləyən, onu daha çox problemlər məngənəsində boğan sahələrdən biri də, fəaliyyəti fəaliyyətsizliyə söykənən peşə liseylərinin varlığıdır. Yəni, peşə liseyləri bu gün əksər vəzifə sahibləri üçün sanki alqı-satqı obyektinə, açıq şəkildə desək bir növ alverxanaya çevriliblər. Sovet dönəmindən fərqli fəaliyyət göstərən peşə liseylərində, direktor vəzifəsini daşıyan şəxslərə idarəçilik necə sərf edirsə, bu gün eləcə də həyata keçirirlər. Məsələn, əldə etdiyimiz məlumatlara görə Ağstafa peşə liseyində direktor vəzifəsini daşıyan cənab Hikmət müəllim, liseydə təhsil almağın əsaslarını belə tənzimləyib. Qəbul haqqı 100 və yaxud 150 manat, ƏƏSMN-nin rayon şöbələrinə liseydə şagirdin təhsil alması barədə verilən arayışın qiyməti 150 manat, təhsilini “başa vuran” şagirdə verilən diplomun haqqı, təqribən 150-200 manat həndəvərində və.s qiymətləndirilir.
Maraq kəsb edən hal odur ki, bu gün Ağstafa peşə liseyində şagirdlərə sənətin sirlərinin öyrədilməsi yox, boş-bekar vaxt keçirməyin sirləri öyrədilir. Çünki, həmin təhsil ocağında şagirdlərin tam əksəriyyəti məktəb üzü görmürlər, müəllim adı tanımırlar, ixtisas fənlərinin sirlərinə yiyələnmirlər. Nəticədə nələr baş verir? Büdcədən ayrılan külli miqdarda vəsait isə, yəni şagirdlərə verilməli olan təqaüd, müəllimlərə çatası əmək haqları, alınan avadanlıqlara sərf olunan vəsaitlər və.s daha nələr, nələr bu və ya digər yollarla mənimsənilir. Ən böyük zərbə isə, yaş həddi cavan olan gənclərin hədər verdikləri vaxt itkisi olur. Məsələn, Ağstafa peşə liseyində Hikmət müəllimin və onun əsabələrinin yağlı vədlərinə inanan gənclər, çox keçmir ki, peşə liseyinə üz tuturlar. Elə ki, ilk gündən məktəb həyatına ayaq basıb real mənzərəni görürlər, bu zaman hər şey hər kəsə gün təki aydın olur. Yəni, lisey rəhbərliyi ilə müəyyən anlaşmadan sonra ilboyu dərsə gəlməyən, müəllim sifəti görməyən gənclər, çox keçmir ki, başqa fəaliyyət növü ilə məşğul olmağa başlayırlar. Təkcə şagird auditoriyası deyil, müəllim kollektivinin də Hikmət müəllimlə imzaladıqları “centlement” müqavilələr, onun xeyli “irəli” düşməsinə səbəb olur. Yəni, bəzi müəllimlərin adları liseyin ştat cədvəlində gedir, bankomat kartları cənab direktorun ciblərində “yuxulayır”, özləri isə hansısa piştaxtanın arxasında oturub alver etməklə, yaxud da başqa fəaliyyət növü ilə məşğul olurlar. Hətta, yaxın-uzaq ölkələrə gedib bizneslə məşğul olanlar da var ki, onlar da oxşar qaydada rəhbərliklə zamanında ümumi razılaşmanı əldə edə biliblər.
Ümumiyyətlə, belə bir olaylar daha çox Ağstafa peşə liseyində baş verməkdədir. Yəni, fəaliyyəti fəaliyyətsizliyə söykənən peşə liseyində idarəçilik hal-hazırda belə bir qaydada həyata keçirilir, vəsaitlər belə bir qaydada mənimsənilir, dərsə davamiyyət və şagirdlərə bəslənilən münasibət belə bir qaydada qorunub saxlanılır, ixtisas fənlərinin sirləri belə bir qaydada şagirdlərə öyrədilmir və.s kimi olaylar, mütəmadi olaraq baş verməkdə davam edir.
Əslində peşə liseyində belə bir halların varlığı, yaşadığımız cəmiyyət üçün bənzəri olmayan faciənin əsasını qoyur. Çünki, gələcəyimiz hesab etdiyimiz gənclərin xeylisi, belə bir qaydalarla aldadılırlar. Yəni, hansısa vəzifə sahibi pul qazanacaq, var-dövlətə sahib olacaq, karyera quracaq deyə, gənclər onların əlində bir növ alətə çevrilirlər. Nəticədə nələr baş verir? Gənclər nə elmin, nə də ki, öyrənməli olduqları sənətin sirlərinə yiyələnirlər. Görəsən belə olan halda, biz öz-özlüyümüzü aldatmaqla hara gedirik və cənab Hikmət müəllim də gənclərimizi hara qədər apara biləcək? Odur ki, sualı bizdən, cavabı isə təhsilimizə cavabdehlik daşıyan şəxslərdən.
Peşə liseyində yaşanan olay haqda, yaxın günlərdə daha ətraflı açıqlamalarla çıxış edəcəyik. Odur ki, bizi izləməyi unutmayın.

Məlik
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO