Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Gundem / Sosial / Dunya
Oxunub: 11 576
17 iy 2018 | 15:39
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR















Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR












Daha çox tikinti işləri ilə məşğul olan işbazlar gecə saatlarında təqribən 50-80 illik ağacları kökündən çıxarıb izini-tozunu yer üzündən silirlər

Son vaxtlar ölkə ərazisində yaşıllıqların kütləvi şəkildə məhv edilməsi ilə bağlı daha çox həyacan təbili çalınmaqdadır. Əksər media qurumlarında belə bir mövzuya xüsusi yer verilir, rəhbər vəzifə sahibi olanlar da ətraflı məlumatlandırılırlar. Amma, nədənsə hələ də problemlərin aradan qaldırılması istiqamətində əməli addımlar atılmır ki, atılmır. Onu da vurğulayaq ki, son bir-iki ildir ki, daha çox paytaxt Bakı şəhəri ərazisində, ələlxüsus şəhərin Nəsimi, Səbail, Nizami, Sabunçu, Suraxanı və s. rayonları ərazilərində yaşıllıqların kütləvi sürətdə məhv edilməsinə “fərman verilib”. Yəni, artıq elə bir vəziyyət əmələ gəlib ki, vaxtilə həmin rayonların müxtəlif ərazilərində inşa olunmuş binalarda yaşayan sakinlərin həyət-bacada oturub istirahət etmələrinə yer qalmayıb. Son bir-iki gün ərzində bəzi media qurumlarında Sabunçu və Nizami rayonları ərazilərində yaşanan biabırçılıqların ictimailəşdirilməsi onu söyləməyə əsas verir ki, artıq əməli addımların atılmasının zamanı çatıb. Məsələnin maraqlı tərəfi odur ki, KİV nümayəndələrinin apardıqları araşdırmalar zamanı o da bəlli olub ki, ərazilər satış üçün nəzərdə tutulduqdan əvvəl yaşıl ağaclar yandırılaraq qurudulur və sonra əməli addımlar atılır. Bu yöndə tapşırıqların Bakı şəhər İcra Hakimiyyəti, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi cənab Vaqif Novruzov tərəfindən verildiyi iddia olunur. Ümumi şəkildə qeyd edək ki, bu cür addımların hər biri yalnız və yalnız ekologiyamızın məhvinə yönəlik addımlar olur ki, bundan da uduzan sakinlər, udan isə adları çəkilən vəzifə sahibləri olurlar.



Bütün bunlardan əlavə, qol qoyulan qanunszluqlar təkcə belə bir addımlarla yekunlaşmır. Məsələn, ETSN, Meşələrin İnkişafı Departamentin məsul olduğu sahələrlə bərabər, eyni zamanda Xalıqverdi Hüseynovun rəhbərlik etdiyi Ətraf Mühitin Mühafizəsi Departamentin məsul olduğu sahələrdə də “pik nöqtə”yə çatıb. Bir anlığa fikir verək ki, paytaxt Bakı şəhərinin müxtəlif ərazilərində yaşıllıqlar məhv edilir, natəmizliklər baş alıb gedir və çoxsaylı hoqqalara qol qoyulur. Daha çox tikinti işləri ilə məşğul olan işbazlar gecə saatlarında təqribən 50-80 illik ağacları kökündən çıxarıb izini-tozunu yer üzündən silirlər. Bütün bunlar adı çəkilən departament əməkdaşlarının razılığı ilə həyata keçirilir ki, bu da şəhərimizdə ciddi ekoloji problemlərin əmələ gəlməsinə səbəb olur. Atılan belə bir addımlardan sonra, ETSN, Dövlət ekspertiza idarəsi və Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən saxta yollarla arayış-sənəd düzülüb qoşulur və Nazirlər Kabinetinə təqdim olunur ki, guya həmin ağaclar başqa ərazilərə köçürülüb. Əslində heç bir ağac köçürülməsindən söhbət gedə bilməz. Çünki, 50-80 illik ağacların başqa ərazilərə köçürülməsinin özü mümkün olmayan məsələlərdəndir. Baxmayaraq ki, bu cür “ekoloji qətliamlar”la bağlı dəfələrlə ETSN-nin sabiq rəhbərliyinə rəsmi qaydada məktubla müraciətlər etmişdik. Təəssüflər olsun ki, baş verənlərlə bağlı lazımi araşdırmalar aparmaq əvəzinə, hər dəfə də redaksiyamıza başdansovdu cavablar veriblər.
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAREkoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR











Onu da unutmaq olmaz ki, ulu öndər, mərhum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən həmişə ekologiya sahəsinə diqqətlə yanaşardı və bu sahədə əmələ gələn problemlərin aradan qaldırılması yöndə lazımi tapşırıqlarını da verərdi. Hətta o, “Bir ağacın kəsilməsi, sanki bir qolumun kəsilməsidir” deməklə, ətraf mühitlə bağlı belə bir yanaşmasını da ortaya qoymuşdu. Bəs bu gün nələr baş verir, yaşıllıqlar lazımınca qorunurmu? Əsla yox! Çünki, ETSN-də Meşələrin İnkişafı Departamentə rəhbərlik edən Söhrab Abbasov və Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbəri Xalıqverdi Hüseynov üzərinə düşən vəzifələrini lazımınca yerinə yetirə bilmədiklərindən, hazırda belə bir “qətliamlar” yenə də davam etməkdədir. Çünki adı çəkilən vəzifə sahiblərinin günahı ucbatından, bu gün paytaxt Bakı şəhəri ərazisində, bölgələrdə, meşə təsərrüfatı sahələrində, hətta çay vadilərində belə ekoloji problemlər tüğyan etməkdədir. Məsələn, hazırda çay vadilərində çoxlu sayda qanunsuz fəaliyyət göstərən və “şeben” istehsal edən elə sexlər var ki, onlar torpaq süxurlarının yuyulmasına, çayların macəralarından çıxmasına səbəb olmaqdadır. Bütün bunlar Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbəri Xalıqverdi Hüseynov “ukrasiya”sında olsa da, bu şəxs hansısa səbəblər üzündən hələ də əməli addımlarını atmır ki, atmır. Bir müddət bundan əvvəl, Göyçay rayon mərkəzində körpünün uçması, məhz belə bir səbəblər üzündən baş vermişdi. Amma, adı çəkilən bu qurumun əməkdaşları Gədəbəy rayonu ərazisində 8-20 sm diametrlik yemşan ağacını kəsən şəxsi yüksək məbləğdə cərimə edirlər. Xüsusi vurğulanası hal odur ki, meşə zolaqlarında, paytaxt Bakı şəhəri ərazisində və digər yerlərdə diametri 70-80 sm, hətta 1 metrdən böyük olan ağaclar kəsilir, müxtəlif məqsədlər üçün istifadə olunur, son anda həmin ağacları kəsən şəxslər heç bir halda cərimə olunmurlar, heç bir məsuliyyətə də cəlb edilmirlər.

Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR




























Bir məqamı da xüsusi qeyd edək ki, Hüseyn Bağırov nazir vəzifəsini daşıyarkən sosial mediada adı çəkilən qurumla bağlı tənqidi informasiyalar işıq üzü görən an, nazirliyin bəzi əməkdaşları dərhal hərəkətə keçirdilər və yayılan məlumatların ayrı-ayrı xəbər portallarından yığışdırılmasına da çalışırdılar. Silsilə tənqidi açıqlamaların dərcinə, məhz adı çəkilən qurumda hökm sürən “bezpredel” idarəçiliyin varlığı səbəb olurdu. Maraqlı hal o olurdu ki, tənqidi açıqlamalar dərc olunan kimi rəhbərlik vəziyyətdən çıxış yolu tapmağa çalışırdı və bəzi rayonların meşə təsərrüflarına rəhbərlik edən şəxsləri də tez-tez daşıdıqları vəzifələrindən uzaqlaşdırırdı. Bu cür addımların atılmasına baxmayaraq, meşə təsərrüfatı sahəsində vəziyyət düzəlmirdi ki, düzəlmirdi. Buna da, sabiq rəhbərliyin yarıtmaz kadr siyasətinin varlığı səbəb oludu. Məsələn, adicə bir faktı vurğulamaq kifayət edər ki, Söhrab Abbasov daşıdığı vəzifəsinin icrasına başladıqdan az sonra o, vəzifə səlahiyyətindən sui-istifadə etdi və yaxın təmasda olduğu, ixtisas profili heç bir halda uyğun gəlməyən bir çox dost-tanışlarını müəyyən vəzifələrə təyin etdirə bildi. Həmin şəxslərdən birinin də, məhz Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sabiq rəhbəri idi. O, Söhrab Abbasovun təyin etdirdiyi kadrlardan idi. Baxmayaraq ki, adı çəkilən bu şəxs uzun müddət hüquq-mühafizə orqanlarında çalışmış, son vəzifəsi Quba RPŞ-də cinayət axtarış şöbəsini daşımaq olmuşdu. Onu da bildirək ki, sonuncu vəzifəsini daşıdığı illər ərzində bu şəxsin əsas işi-gücü odun satışı ilə məşğul olmaq olur. O halda sual oluna bilər ki, polisdə vəzifə daşımaq hara, meşə təsərrüfatına rəhbərlik etmək hara? Azerinfo.az-a daxil olan ilginc məlumatlara görə, Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə Əlövsət müəllimin rəhbər təyinatının verilməsində də, birbaşa Söhrab Abbasovun müstəsna xidmətləri olur.



Onu da unutmayaq ki, elə hallar da olub ki, ətraf mühitdə əmələ gələn problemlərlə bağlı dərc etdiyimiz açıqlamalar əsasında, vaxtilə bir çox şəhər və rayonların meşə zolaqlarında ciddi yoxlamalar aparılıb, neçə-neçə rəhbər şəxslər daşıdıqları vəzifələrindən uzaqlaşdırılıblar. Amma ümumi problemlərin əmələ gəlməsinə birbaşa cavabdehlik daşıyan Xalıqverdi Hüseynovla bərabər, Zöhrab Abbasov da bu gün vəzifələrini icra etməkdədirlər. O halda ortaya belə bir sual çıxır ki, baş verənlərdən biz xəbər tuta bilirik, yaşananları ictimailəşdiririk, bəs necə olur ki, belə bir işlərə cavabdehlik daşıyanlar baş verənlərdən xəbərdar olmurlar? Onu da vurğulamaq yerinə düşər ki, hər iki vəzifə sahibi hər zaman məsuliyyətdən kənarda qalmağı da bacarıblar.
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR








Düşündürücü hal odur ki, cənab Muxtar Babayevin təyinatından sonra hər kəsin gözləntiləri olduqca çox idi. Düzdür, cənab Nazir ilk vaxtlar bəzi addımlarını atdı və adı çəkilən qurumda “kök atan” bir çox vəzifə sahiblərini lazım olduqları cəzaya da düçar etdi. Amma, nədənsə ETSN-də Meşələrin İnkişafı Departamentə rəhbərlik edən Söhrab Abbasova və Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbəri Xalıqverdi Hüseynova “toxunan olmadı”. Bu da hər kəsi düşündürməkdədir. Çünki, hər iki vəzifə sahibi bu günə kimi ekoloji problemlərin əmələ gəlməsinə, tüğyan etməsinə baiskar olan şəxslər olublar. Adicə diqqəti bir məqama yönəldək ki, vaxtilə Söhrab Abbasovun yarıtmaz idarəçiliyi ilə bağlı Nazirliyə ünvanladığımız məktublarda sadaladıqlarımız faktlar, adı çəkilən qurumun səlahiyyətli şəxsləri tərəfindən də təsdiq olunmuşdu. Yəni, redaksiyamızda baş verənlərlə bağlı təsdiq olunaraq verilmiş cavab məktubları var.


Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR












Bütün bunlardan əlavə onu da vurğulayaq ki, hələ bir neçə il bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu və bu cür hallara qarşı ciddi mübarizə tədbirlərinin görülməli olduğunu Nazirlər Kabinetinin 13 aprel 2014 tarixli iclasındakı yekun nitqində də vurğulayaraq bildirmişdi ki, “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların qanunsuz kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

Bəli, bu cür açıqlama ölkə rəhbərinin ortaya qoyduğu yanaşma oldu.Bu da onu söyləməyə əsas verir ki, ölkəmizdə yaşıllıqların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün müəyyən tədbirlərin görülməsinə, qanunsuz ağac kəsilmələrinə qarşı ciddi mübarizə tədbirlərinin aparılmasına baxmayaraq, bu gün də çoxsaylı qanunsuzluqlara yol verilməkdədir.
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR





























İndi olub keçənlərə diqqət yetirək. Ölkə rəhbəri cənab İlham Əliyev meşə təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı lazımi tapşırıqlarını verir, yerli vəzifə sahibləri isə verilmiş tapşırıqlardan irəli gələn addımları atmaq əvəzinə, düşünüb-daşındıqları addımlarını atırlar? Deməli, bu məmləkətdə hər kəsin Vətən sevgisi olmalıdır ki, vətənini, xalqını sevə bilsin. Diqqəti o məqama da yönəldək ki, ölkə rəhbəri ilə bərabər, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva və onların ailə üzvləri, çox zaman “hərəyə bir ağac əkək” adlı marafon tədbirləri həyata keçirirlər. Atılan addımlar zamanı onminlərlə ağac əkilir, yeni-yeni yaşıllıqlar salınır, bir sözlə ekologiyamızın qorunması və ətraf mühitdə əmələ gələn problemlərin aradan qaldırılması daim öndə tutulur. Bu belə olduğu halda, görəsən ekologiyamızın varlığına “qənim kəsilənlər” atılan addımlardan niyə ibrət dərsi götürmürlər. Yoxsa zamanı çatmayıb. Odur ki, gələn həm düşünək, həm də bir qədər götür-qoy edək. Çünki...

Problemlərin varlığını diqqətdə saxlayacağıq.

Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR


Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR

Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAREkoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR


Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Ekoloji problemlər tüğyan etsə də, bəzi vəzifə sahibləri hələ də susmaqdadırlar VİDEO+FOTOLAR
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO