“Çinarlı” hoteldə əxlaqsızlıq əməlləri tüğyan edir
Gundem / Sosial / Dunya
Oxunub: 10 173
7 avq 2018 | 21:39
“Çinarlı” hoteldə əxlaqsızlıq əməlləri tüğyan edir













“Düşündürücü hal odur ki, “Çinarlı” hotellə bağlı tənqidi məqalələr işıq üzü görən kimi, hələlik adının çəkilməsini istəmədiyimiz bəzi “media nümayəndələri yuyulmamış çömçə” kimi meydana çıxıb, adı çəkilən ünvanı müdafiə edirlər”

Yəqin ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yaşayış məntəqəsiAZ1000-ünvanda fəaliyyət göstərən və 3 ulduzlu “Çinarlı” hotel adı ilə tanınan (əslində bura hotel deyil, ən böyük əxlaqsızlıq ünvanlarından biridir) bu ünvanın qanunsuzluğa söykənən fəaliyyəti haqda məlumatlı olan hər kəs bilir ki, hal-hazırda adı çəkilən obyekt hotel kimi deyil, açıq-aşkar şəkildə əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməkdədir. Buna səbəb olan amillərdən ən əsası ondan ibarətdir ki, hotelin inşaası həyata keçirilən zaman, obyekt sahibi “Çinarlı”nı elə bir “proyekt” əsasında inşa etdirib ki, bu obyektə məxsus otaqlarda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarını həyata keçirmək mümkün olur. Məsələn, ikimərtəbəli və təqribən 40-45 otaqdan ibarət olan 3 ulduzlu “Çinarlı” hoteldə cütlüklər üçün lazım olan hər cür şərait var. Yəni, hər bir otaqda televizor, hamam, yataq dəsti və digər avadanlıqlar olduğundan, cütlüklər hər bir avadanlıqlardan geninə-boluna istifadə edə bilirlər.

Onu da bildirək ki, qeyd olunan ünvana cütlüklərin daha çox üz tutmasının özəl səbəbi var. O da 3 ulduzlu “Çinarlı” hotel adı ilə məşhur olan bu əxlaqsızlıq ünvanının, bir qədər xəlvəti ərazidə fəaliyyət göstərməsidir. Belə bir halın varlığı hər kəsin müəyyən söz-söhbətlərdən, qınaq obyektinə tuş gəlməsindən və s. kənarda qalmasına da səbəb olur. Tutaq ki, bir kimsə “istirahət etmək” üçün ünvan axtarır, o halda həmin şəxs “Çinarlı”nı seçməyə qərar verir. Buna da səbəb, yuxarıda qeyd etdiyimiz kimi adı çəkilən bu ünvanın xəlvəti bir ərazidə fəaliyyət göstərməsidir. Təəssüflər olsun ki, bu əxlaqsızlıq ünvanı 3 ulduzlu “Çinarlı” hoteli adını daşıyır. Axı, bu gün hər kəsin düşüncə tərzində hotel adını daşıyan ünvanlarla bağlı istirahət etmək, digər xoşməramlı tədbirləri düzənləmək məqsədilə fikir formalaşıb. Əslində “Çinarlı”ya hotel adının verilməsi və bu ünvanın Bakı şəhərinin Binəqədi rayonu ərazisində ən “xod” gedən əxlaqsızlıq ünvanlarından birinə çevrilməsi, sözsüz ki, hər kəsdə hotel adıyla bağlı müəyyən tərəddüdlərin, bəzi şübhələrin və s. əmələ gəlməsinə də səbəb olur. Görəsən 3 ulduzlu “Çinarlı” hotelin yuxarı üst hissəsinə hotel sözü deyil, birbaşa 3 ulduzlu “Çinarlı” əxlaqsızlıq ünvanı sözlərinin yazılması daha məqsədə uyğun hal olmazmı ki, Zahid adlı şəxsin rəhbərlik etdiyi belə bir ünvanla bağlı bütün şübhələr aradan qaldırılsın.

Onu da qeyd edək ki, çörəyini daş-torpaq daşımaqla, digər ağır fiziki işləri görüb alın təri axıtmaqla deyil, məhz yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaratmaqla qazanan Zahid adlı şəxsin idarə etdiyi obyektin adı, bu gün də dillər əzbəridir. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, bu şəxs 3 ulduzlu “Çinarlı” hoteli üzərində nəzarəti heç bir halda başqa bir şəxsə etibar etmir. Başqa bir halı da vurğulayaq ki, əksər ünvanlardan fərqli olaraq Zahid adlı şəxsin idarə etdiyi “Çinarlı”da müştərilərə gün ərzində lazımi səviyyədə xidmət göstərilsə də, bəzi “müəmmalar”ın baş verdiyi hallar da olur. Məsələn, hələ bir müddət bundan öncə adı çəkilən ünvana “istirahət etmək” məqsədilə üz tutan Vüsal adlı şəxs gətiridyi qızları hoteldə döyür və az sonra isə, onları soyaraq aradan çıxır. Zərərçəkmişlər Vüsalə Yusubova və Ayşən Quliyeva Binəqədi RPİ-nin 40-cı polis bölməsinə şikayət edərək bildirirlər ki, Vüsal onların ümumilikdə 500 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirərək aradan çıxır. Faktla bağlı hər iki “xanımın” ifadəsi alınır və təhqiqat araşdırmalarına başlanılır. Hətta zərərçəkənlərin xəsarət dərəcəsinin müəyyənləşdirilməsi üçün, onları Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə də göndərirlər. Döyülən “xanımlar”ın yüngül əxlaqlı, pul müqabilində kişilərlə görüşən “xanımlar” olması heç də sirr deyil. Baş verən olaylar haqda məlumatlar, hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən də təsdiq olunur. Yəni, baş verən olayla bağlı 40-cı polis bölməsində rəsmi araşdırmaların aparılması yöndə məlumatlar, sosial mediada da yayımlanır. Bütün bunlar bir daha onu təsdiq edir ki, 3 ulduzlu “Çinarlı” hotel ən böyük əxlaqsızlıq ünvanlarından biridir ki, adı çəkilən ünvanda nəinki qadınların cinsi istismarına şərait yaradılır, hətta belə bir cinayət hadisələri də baş verir. Məsələnin maraqlı tərəfi o olur ki, baş verən belə bir cinayət hadisəsindən sonra hotelin rəsmi şəxslərindən bir kimsə məsuliyyətə cəlb olunmur. Hətta, rəsmi qurumlara ünvanladığımız məktublara verilən cavablarda qeyd olunur ki, “Çinarlı” hotel əxlaqsızlıq ünvanı deyil”. Görəsən bu cür cavablar həqiqəti ifadə edir, yoxsa həqiqəti “baltalayır?” Sual oluna bilər ki, Vüsal adlı şəxslə Vüsalə Yusubova və Ayşən Quliyeva arasında insident yaranan zaman, görəsən hər üç şəxsin hotelin qeydiyyat jurnallarında qeydiyyatları aparılırmı? Tərəfimizdən əldə etdiyimiz məlumatlara görə nəinki adı çəkilən şəxslərin, heç digər şəxslərin də qeydiyyatları aparılmır.

Əldə etdiyimiz səhih məlumatlara görə istər yemək-içmək süfrələrinin hazırlanmasında, istər yataq dəstlərinin dəyişdirilməsində, istərsə də digər xidmətlərin göstərilməsində və s. “Hotel” rəhbərliyi tərəfindən hər bir əməkdaşa lazımi tapşırıqlar verilir. Məsələn, adicə kənar bir şəxs “Çinarlı”nın həyətinə daxil olarkən, dərhal əməkdaşlar müştərilərin hüzurunda “sərasər” dayanıb ilk suallarını verirlər: “Sizə hansı qiymətə otaq lazımdır?” Həmin an bəlli olur ki, “Çiarlı”da hər bir otağın öz qiyməti var.

Diqqəti cəlb edən hal odur ki, gün ərzində dövriyyəsi təqribən bir neçə min manatlarla hesablanan 3 ulduzlu “Çinarlı” hoteldə bir ədəd olsun belə kassa aparatı olmadığından, həmin ünvana üz tutan müştərilərə heç bir halda ödəniş qəbzi verilmir. Yəni, obyekt sahibi vergi məsələsini qarşı tərəflə razılığa gəldikləri formada qaydaya sala bilir. Belə bir halın varlığı da, obyekt sahibinin əldə etdiyi gəlirlərin daha çox hissəsinin vergidən gizlədilməsinə imkanlar açır. Bu həm əmək intizamının tələblərinin pozulması, həm də vergi cinayətinin baş verməsi demək olur. Əsas məqamlardan biri də, cütlüklər qiyməti razılaşdırılmış otaqlara daxil olarkən onların nigahda olub-olmadıqları araşdırılmır, hoteldə əmək fəaliyyəti ilə məşğul olan əməkdaşlarla əmək müqaviləsi bağlanmır, bağlansa da formal xarakter daşıyır.

Bir faktı da qeyd edək ki, 3 ulduzlu “Çinarlı” hoteldə atılan addımlarla bağlı bu günədək ayrı-ayrı media qurumlarında dəfələrlə tənqidi məqalələr işıq üzü görüb, yaşanan problemlər qabardılıb və o da vurğulanıb ki, bu ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismara məruz qalmaları üçün şəraitin yaradılması ilə bərabər, çoxsaylı qanunsuzluqlara da imza atılmaqdadır. Müştərilərin bəzən olmazın aqibətlərlə üz-üzə qalmalarına səbəb, məhz ünvan sahibinin yaratmış olduğu şəraitin varlığıdır. Düşündürücü hal odur ki, “Çinarlı” hotellə bağlı tənqidi məqalələr işıq üzü görərkən, hələlik adının çəkilməsini istəmədiyimiz bəzi “media nümayəndələri yuyulmamış çömçə” kimi meydana çıxıb, qeyd olunan ünvanı müdafiə edirlər. O halda sual oluna bilər ki, görəsən yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradan Zahid adlı şəxsin atdığı addımları müdafiə etmək, özünü media nümayəndəsi hesab edən şəxsə yaraşarmı? Əgər yaraşdırılırsa, deməli həmin şəxs də...

Bu gün “Çinarlı” hoteli idarə edən Zahid adlı şəxsin əməllərini, eyni zamanda ona kənardan “krışalıq” edən və hələlik adını tam dəqiqləşdirə bilmədiyimiz şəxsin atdığı addımların varlığını eşitdikcə təəssüf hissi keçiririk. Hətta, Binəqədinin hüquq-mühafizə orqanı əməkdaşlarının, bu cür iyrənc əməllərin baş verməsinə birbaşa cavabdehlik daşıyan vəzifə sahiblərinin fəaliyyətlərini tənqid etməkdən də çəkinmirik. Çünki, ölkə rəhbərinin 06 fevral 2009-cu il tarixli 133 saylı sərəncamına əsasən, “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” (2009-2013-cü illər üçün) ilə əlaqədar, hələ bir neçə il bundan əvvəl Prezident Administrasiyasına aparılan mübarizənin nəticəsi ilə bağlı geniş hesabat təqdim olunur. Bundan əlavə, 2014-2018-ci illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması istiqamətində yeni “Milli Fəaliyyət Planı” da imzalanmışdır. Qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulsa da, nədənsə yerli hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində irəli sürülən tələblərə əməl olunmadığı açıq-aydın görünür. Bu belə olduğu halda sual oluna bilər ki, ortada müvafiq sərəncamın varlığına baxmayaraq, adı çəkilən şəxslər və problemlərin varlığına cavabdehlik daşıyanlar hüquq-mühafizə orqanı əməkdaşları imzalanmış sərəncamı saymamaqla, nəyə nail olmaq istəyirlər? Axı hər kəs qəbul olunmuş qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdikləri ünvanlarda qadınların cinsi istismarına şərait yaratmaqla, açıq-aşkar şəkildə vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, daha çox xalqımıza məxsus milli-mənəvi dəyərlərimizi tapdaqlar altına atmaqla, ünvan sahibləri niyə belə bir addımlarını atırlar?

Araşdırmamız davam edəcək. Bizi izləməyi unutmayın.

Azerinfo.az
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM