“Azərbaycandakı plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır”
Gundem
Oxunub: 1 501
12 mar 2015 | 16:38
 “Azərbaycandakı plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır”

“Biz Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi tədbirlər vasitəsilə ildə bir neçə dəfə jurnalistlərlə görüş keçiririk”.

Azerinfo.az-ın APA-ya istinadən yaydığı məlumata görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2015-ci il Novruz Bayramı münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin açıqlanması ilə bağlı keçirilən mərasimdə Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Əli Həsənov bildirib ki, ictimai müzakirələr məhz qanunların müzakirəsinə mətbuat, siyasi partiya və ictimai təşkilatların nümayəndələrini dəvət etməklə, icra qurumları yanında ictimai qurumlar yaratmaqla və belə tədbirlər təşkil etməklə mümkün olur: "Biz belə tədbirlərdə medianın vəziyyəti, yaradıcılıq və digər sahələrdəki problemləri, medianın təşəbbüslərini müzakirə edirik. Azərbaycanda azad media mühiti, azad internet var. Hər bir jurnalist senzuraya məruz qalmadan materiallar, məlumatlar toplayır və ictimai müzakirəyə çıxarır. Yazısına görə təqib edilən jurnalist yoxdur. Təəssüf ki, müəyyən maraqlardan çıxış edən bəzi beynəlxalq təşkilatlar azad media mühitinin olmaması və digər bəhanələrlə müxtəlif beynəlxalq mətbuat orqanlarında çıxış edirlər. Bunlar hamısı uydurmadır. Azərbaycandakı plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır. Biz bu sahədə tək postsovet yox, aparıcı Qərb ölkələrinin media mühiti ilə yarışmağa hazırıq”.

Ə. Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, hər kəs istənilən məmur haqqında yaza, fəaliyyətini təhlil edə bilər: “Bizim istəyimiz bu informasiya fəaliyyətinin şəffaf olması ilə bağlıdır. Hər bir jurnalist həm də bir millətin, dövlətin nümayəndəsidir. Ona görə də prezident dəfələrlə bəyan edib ki, media təmsilçilərindən həm də vətənpərvərlik nümunəsi gözləyirik. Jurnalistlərdən gözlədiyimiz vətənpərvərlik, qərəzsizlik və şəffaf fəaliyyətdir”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...