AKP daxilindəki mübarizə pik HƏDDƏ: Davudoğlunun baş müşavirindən Ərdoğana İTTİHAM
Gundem / Dunya
Oxunub: 1 405
29 mar 2015 | 20:46
AKP daxilindəki mübarizə pik HƏDDƏ: Davudoğlunun baş müşavirindən Ərdoğana İTTİHAM

















Türkiyədə parlament seçkiləri öncəsi başlayan siyasi mübarizə iqtidar daxilinə də sıçrayıb və bunun təzahürləri artıq müşahidə edilməkdədir

Bir müddət öncə baş nazirin müavini Bülənt Arınçla Ankara Böyük Şəhər bələdiyyəsinin sədri Melih Gökçek arasında baş verən qalmaqal hakimiyyət içərisində ciddi fikir ayrılıqları olduğunu ortaya çıxardı.

Qeyd edək ki, Bülənt Arınçın kürd problemi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid etməsi Melih Gökçekin qəzəbinə səbəb olmuşdu.

Bir neçə gündür Türkiyə gündəmini zəbt edən hakimiyyət daxilindəki qarşıdurmaya yeni rəng verilib.

Azerinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin baş müşaviri Hüseyn Çelik iqtidar daxilindəki mübarizəyə görə prezident Rəcəb Tayyib Ərdoğanı günahlandırıb.

O, Türkiyə prezidentini verdiyi sözə əməl etməməkdə ittiham edib. “Cənab prezidentimizin bizə öyrətdiyi bir şey var idi. O, “Yoldaşlar, özümüzün daxili məsələlərimizi mediada, bazarda danışmayacağıq” deyirdi. Biz də buna sıx bağlı idik. Lakin son hadisədə cənab prezident medianın önündə bu məsələni başlatdı. Baş nazirin müavini Bülənt Arınç “Kaş ki, cənab prezidentimiz bunu ictimaiyyət ilə paylaşmaq yerinə, baş nazirlə bölüşəydi” söyləyə bilərdi”,-deyə Hüseyn Çelik bildirib.

AKP daxilindəki mübarizə pik HƏDDƏ: Davudoğlunun baş müşavirindən Ərdoğana İTTİHAM

















AKP rəsmisi onu da deyib ki, təmsil etdiyi partiya mələklərdən ibarət olan bir qurum deyil: “İsmət, günahsızlıq, xətasızlıq sifəti peyğəmbərə xasdır. Prezidentimiz başda olmaqla heç birimiz ismət sifətinə sahib deyilik”.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın kürd probleminin həlli ilə əlaqədar hökumətin təşkil etdiyi “İzləmə heyəti”ndə xəbərsiz olmasını deməsi Bülənt Arınçın narazılığına səbəb olmuşdu.

Bundan sonra Melih Gökçek Bülənt Arınçın istefası tələbi ilə çıxış etmişdi.

Türkiyə hakimiyyətində yaranan çatlar prezidentlə baş nazir Əhməd Davudoğlu arasında yaranan gərginlik kimi xarakterizə edilir.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO