Rövnəq Abdullayevə söz demək olur, amma onun işçisinə yox
Gundem
Oxunub: 1 301
6 apr 2015 | 11:43
 Rövnəq Abdullayevə söz demək olur, amma onun işçisinə yox

Bu gün mətbuat bir çox məmurların qara kabusuna çevrilib. Əslində, KİV-lərin işıqlandırdığı mövzulardan daha çox ehtiyat edəni məhz işində nöqsan olan məmurlardır. İnandırıcı deyil ki, ona tapşırılan işin öhdəsindən layiqincə gələn hansısa vəzifəli şəxs mətbuatdan ehtiyatlansın…

Amma bəzən elə olur ki, mətbuat həm də bir qərəz nümayişi alətinə də çevrilir. Məsələn, son zamanlar konkret olaraq bir neçə nazirlik var ki, onlarla bağlı xəbər portalları daha çox tənqidi material yaymağa maraqlı görünürlər.

Bununla bağlı «Söz» Analitik Araşdırma Bürosu (SAAB) tərəfindən sorğu keçirilib. Bu barədə qurumdan DİA.AZ-a verilən məlumatdan aydın olur ki, onlar 20 xəbər portalı və qəzet əməkdaşı arasında virtual sorğu keçiriblər.

Qurumun dia.az-a verdiyi xəbərdə bildirilir: «Konkret olaraq sual ünvanlamışdıq və jurnalistlərin verdiyimiz suallar əsasında bu gün mətbuatla ciddi problemi olan dövlət qurumları və bunun səbəbləri barədə ümumi qənaəti ortaya çıxardıq.

Aydın olur ki, bu gün Azərbaycanda konkret olaraq 3 dövlət qurumu mətbuatın əsas «hədəfləri» sırasındadır. Həmin qurumlar aşağıdakılardır:

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
2. Dövlət Yol Polisi;
3. Təhsil Nazirliyi

Araşdırmalara görə, jurnalistlər bu qurumlardan daha çox şikayət xarakterli materialların gəlməsi səbəbindən tənqidi materialları verməyə maraqlıdırlar. Bu, həm də redaksiyaların tələbi kimi də qəbul oluna bilər. Çünki tərif və yaxud da «ölü informasiya» əhəmiyyətli materiallar oxucular üçün cəlbeidici olmadığından redaksiyaların böyük əksəriyyətində məhz tənqidi material populyarlığı hiss olunandır».

Azerinfo.az DİA.AZ-a istinadən bildirir ki, SAAB tərəfindən həm də dövlət qurumları ilə mətbuat arasındakı vasitələrin - mətbuat xidmətlərinin də durumu araşdırılıb. Qurumun məlumatında deyilir:

«Jurnalistlər arasında keçirilən sorğuya əsasən aydın olur ki, bu gün KİV işçiləri üçün maraqlı bir şərait formalaşıb. Elə olur ki, hansısa qurumun rəhbəri ilə jurnalistin əlaqə yaratması əgər an işidirsə, həmin qurumun mətbuat xidməti ilə əlaqə yaratmaq imkansızdır. Və verdiyimiz suallar əsasında belə bir siyahı da ortaya çıxmış oldu. Aşağıdakı siyahıda rəhbəri mətbuata yaxın, mətbuat xidməti isə mətbuatdan qazan dövlət qurumları yer alıb:

1. Dövlət Neft Şirkəti (SOCAR);
2. Nəqliyyat Nazirliyi:
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

Bu siyahını ərsəyə gətirən suallırımıza verilən jurnalist cavablarından belə aydın olur ki, onlar üçün, məsələn, SOCAR prezidenti Rövnəq Abdullayevlə əlaqə yaratmaq daha asandır, nəinki SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevlə. Və yaxud da jurnalistlər bu gün nəqliyyat naziri Ziya Məmmədova rahatlıqla suallarını ünvanlama fürsəti əldə edə bilirlərsə də, nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənova eyni rahatlıqla ulaşa bilmirlər».
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb