Göyçayda başçı qohumunun harınlamış əməlləri: Ulu öndərin büstü hara aparılıb? - Məktub
Gundem / Dunya / Bolge
Oxunub: 1 439
17 dek 2018 | 13:00
Göyçayda başçı qohumunun harınlamış əməlləri: Ulu öndərin büstü hara aparılıb? - Məktub















Göyçay 2ildir ki, qara günlərini yaşayır. Bu fikri bir qrup rayon sakini Cahan.info-ya göndərdiyi məktubda yazıb.

Onların sözlərinə görə, Mehdi Səlimzadə icra başçısı təyin olunan gündən diplomlu-diplomsuz qohum-əqrəbasına vəzifə paylayıb. Vəzifə verilənlərdən biridə qardaşı oğlu Səməd Cəbrayılovdur.

Sakinlər qeyd edirlər ki, Bakıda 5 bıçaq zərbəsi almış və ölümün pəncəsindən son anda qurtarmış Səməd əmisinin hesabına Göyçay Gənclər Mərkəzinə müdir təyin edilib.

“Bir neçə ay sonra isə Göyçay İcra Hakimiyyətinin kadrlar şöbəsinə vəzifəyə təyin olundu. Gəldiyi gündən idarələrdən və sahibkarlardan qanunsuz olaraq xərac yığmağa başladı. Rayonda boş torpaq və vəzifə qalmadı ki, Səməd tərəfindən satılmasın.

Rayonda satılası yerlər qalmadığından əvvəllər işlədiyi Gənclər Mərkəzində yerləşən Ulu Öndərin büstünü satıb.Göyçay Gənclər Mərkəzinin reklam çarxına yutubda baxsanız, bahalı daşlardan hazırlanmış büst görəcəksiniz.

Ancaq bu gün gedib canlı baxsanız büst yerində yoxdur. Şahidlərin dediyinə görə həmin büst xaricdə baha qiymətə hazırlanıb.

Ancaq Ulu Öndərə və cənab Prezidentə hörmət qoymayan bu gənc görəsən belə cürəti haradan alıb ki, bu büstü satıb? Deyilənlərə görə büstü imkanlı şirkətlərdən biri baha qiymətə alıb”.

Cahan.info xəbər verir ki, sakinlər bu şəraiti icra hakiminin yaratdığını məktubda bildiriblər. Onların dediyinə görə, Göyçayda uçan körpüyə baxış keçirilərkən RİH I müavini İkram Vəliyev körpüyə tərəf getməməyi bildirdikdə, Səməd Cəbrayılov bunu özünə qarşı hörmətsizlik kimi qəbul etmiş, hətta üstünə şığıyıb nalayiq sözlərlə təhqir edərək vurmaq istəmişdi.

Ancaq ərazidə olan Göyçay polis rəisi və müavini aranı sakitləşdirmişdilər. Bu məsələdən M.Səlimzadə agah olanda İ.Vəliyevi çağıraraq qardaşı oğlundan üzr istədibmiş. Doğurdan da, rüsvayçılıqdır.

Sakinlər yazır: “Bu hadisədən bir ay qabaq Səmədin bələdiyyədə işləyən “pinqvin” ləqəbli qardaşı Əli Göyçay Post Patrul Xidməti rəisin aşağılamışdı. Səmədin müdaxiləsindən sonra Əlidən üzr istənilmişdi.

Hətta rayonda gəzən şayiələrə görə, bu yaxınlarda satışa çıxarılmış Göyçay Uşaq Xəstəxanasının yardımçı binalarını sökən və sonda həbs edilən 7 nəfərdən 3 nəfəri Səmədlə yaxın münasibətinə görə azadlığa buraxılıb.

O, bu yaxınlarda Göyçay 5 saylı məktəbin direktoru Nüşabə müəlliməni təhqir etmişdir ki, vəzifədən istefa ver, müavin işləyən Telli adlı bacım direktor keçsin.

Telli Cəbrayılova Təfəkkür Universitetini bitirmiş və 5 saylı məktəbdə texniki işçi kimi çalışır. Əmi başçı təyin olunandan sonra onu direktor müavini qoydurub. Bütün bunların nəticəsidir ki, artıq Səmədin 4-5 maşını, Bakıda, Qəbələdə villalarıvə bir çox obyektləri var.

Biz prezidentdən xahiş edirik ki,harınlamış məmur qohumu haqda ciddi tədbir görəsiniz, Ulu Öndərimizin satılmış büstü geri qaytarılsın”.

Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir