Rüşvətə bulaşmış daha bir təhsil ocağı
Gundem
Oxunub: 1 441
8 apr 2015 | 10:39
Rüşvətə bulaşmış daha bir təhsil ocağı

Məlum olduğu kimi peşə liseyləri sitemində təhsil almış mütəxəssislər kifayət qədər geniş və əhatəli sahələrdə əmək fəaliyyəti göstərirlər. Məhz bu səbəbdən də bu sahədə həyata keçirilən hər hansı dəyişikliklər ən qısa zamanda ictimai həyatımızın bir çox sahələrində öz təzahürünü tapır. Bu təzahürlərin pozitiv və ya neqativ olması isə məhz gənclərimizin təhsil və peşə öyrənmə prosesi zamanı hansı prinsiplər əsasında formalaşmalarından asılıdır. Bu məsələnin ictimai maraqlar baxımından həlli isə bir çox hallarda olduğu kimi, konkret müəssisəyə rəhbərlik edən kadrların həm şəxsi, həm də professional keyfiyyətləri ilə müəyyənləşir. Təəssüflər olsun ki, respublikanın Təhsil Nazirliyi hələ də məhz kadr məsələlərində müəyyən nöqsanlara yol verir. Nətisədə isə respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik səriştəsiz kadrlar tərəfindən həyata keçirilir. Belə müəssisələrdən biri də 18 saylı Bakı Peşə Liseyidir. Redaksiyamıza təqdim olunan məlumatlarda bildirilir ki, hazırda aşpaz, avtomobillərin təmiri çilingəri, elektrik-qaz qaynaqçısı, əməliyyatçı-mühasib, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, kompyuter operatoru, veb-dizayner və xarrat-dülgər və parket ustası üzrə kadrların hazırlandığı bu liseydə ciddi nöqsanlar mövcuddur. Məlumatları təqdim edən mənbənin sözlərinə görə, məhz liseyin direktoru Rəhim Ağamalıyevin yol verdiyi bir çox qanun pozuntuları səbəbindən son vaxtlar bu tədris müəssisəsinin fəaliyyəti tənəzzülə uğramaqdadır. İrəli sürülən iradlar isə ilk növbədə liseydə dərslərə davamiyyətin aşağı olması xüsusundadır. Mənbə iddia edir ki, bu gün 18 saylı Bakı Peşə Liseyində bir çox şagirdin adı sinif jurnallarında qeyd olunsa da, əslində onlar dərslərdə iştirak etmirlər. Çünki burada təhsil alan şagirdlərin bir qismi müxtəlif səbəblər üzündən “aylığa” buraxılırlar. Bunun müqabilində isə həmin şagirdlər hər ay lisey direktorunamüəyyən məbləğdə ödəniş edirlər. Daha sonra məlumatlarda liseydə mütəmadi olaraq müxtəlif bəhanələrlə pul yığımlarının da həyata keçirildiyi vurğulanır. Məsələn, liseyin binası bir neçə il öncə təmir edilsə də, şagirdlərdən demək olar ki, hər ay “təmir pulu” yığılır. Həmçinin qeyr etmək lazımdır ki, 18 saylı Bakı Peşə Liseyində yer almış neqativ hallar burada təhsil alan şagirdlərin valideynləri tərəfindən bir çox digər mətbu orqanlarına ünvanlanan şikayət məktublarında da öz əksini tapmaqdadır. Bütün bu müraciətlərdə isə birmənalı olaraq bildirilir ki, Rəhim Ağamalıyevin rəhbərlik etdiyi liseydə bu gün normal təhsildən əsər-əlamət belə yoxdur. Elə buna görə də liseyin məzunları ixtisaslarına uyğun işlə təmin olunmaq məqsədilə müraciət etdikləri müəssisə və şirkətlərdə qeyri-peşəkar kadrlar kimi qarşılanırlar. Bütün bunların məsuliyyəti isə birbaşa liseyin direktorunun üzərinə düşür. Həmçinin daxil olan məlumatlarda liseyin maddi-texniki bazasının da müasir tələblərə cavab vermədiyi bildirilir. Qeyd olunur ki, burada bir neçə kompyuter və bəzi avadanlıqlar istisna olmaqla, bütün inventarlar köhnədir. Bütün bunlar isə şagirdlərin müasir peşələrə yiyələnməsinə əngəllər törədir.Bundan başqa isə məlumatlara görə liseyə qəbul məsələsində də ciddi nöqsanlar var. Belə ki, Rəhim Ağamalıyevin “təşəbbüsü” ilə bu peşə təhsili müəssisəsinə qəbul yalnız müəyyən ödənişlər əsasında həyata keçirilir. Bütün bunlar belə deməyə əsas verir ki, 18 saylı Bakı Peşə Liseyinin fəaliyyətinin bu gün Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılmasına böyük ehtiyac var. Eyni zamanda da materialda irəli sürülən ittihamlara dair lisey rəhbərliyinin mövqeyini dərc etməyə hər zaman hazırıq.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...