Adil Vəliyevin adamı Sabunçuda dövlətin torpağını necə gəldi satır
Gundem
Oxunub: 1 461
8 apr 2015 | 16:34
Adil Vəliyevin adamı Sabunçuda dövlətin torpağını necə gəldi satır


Prezident İlham Əliyev dəfələrlə yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinə vətəndaşları incitməmələri, onlara əlavə problem yaratmamaları barədə xəbərdarlıq edib. Əfsus ki, bəzi icra hakimiyyətlərinin rəsmiləri bu xəbərdarlığa məhəl qoymur və vətəndaşlara qarşı qanunsuzluğa yol verirlər. Dünən redaksiyamızla əlaqə saxlayan Sabunçu rayonu, Anaşkin küçəsinin sakinləri üzləşdikləri vəziyyətdən şikayətçi olduqlarını bildirdilər.

Şikayətçilər deyir ki, özünü Sabunçu Rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edən Rafael adlı şəxs onların min bir əzab-əziyyətlə, illərdir öz vəsaitləri hesabına doldurduqları ərazini başqa şəxslərə satmaq istəyir: "Yaşadığımız küçənin bir hissəsi əvvəllər qamışlıqdan və gölməçədən ibarət idi. Şəxsi vəsaitimiz hesabına neçə il əziyyət çəkib həmin əraziləri doldurduq. Bir neçə il əvvələ kimi Anaşkin küçəsinin yaxınlığında yeni məktəb binasının tikiləcəyi deyilirdi. Lakin sonradan məktəb tikintisinin ləğv olunduğunu bildirdilər. İcra hakimiyyətinin bəzi əməkdaşları, konkret olaraq Rafael adlı şəxs Anaşkin küçəsindəki boş torpaq sahələrinin satışını həyata keçirir. O məktəb tikintisi üçün nəzərdə tutulan ərazini də satıb. Hazırda həmin ərazidə yan-yana üç böyük imarət tikilməkdədir. Sizə göndərdiyimiz şəkillərdə hər şey tam aydınlığı ilə görünür. Eşitdiyimizə görə, bu villaları Sabunçu Rayon Polis İdarəsinin rəis müavini tikdirir. Bu günlərdə isə Rafael müəllim gəlib bizə deyir ki, doldurduğunuz ərazidə məktəb binası tikiləcək. Əslində, biz onun niyyətinin nədən ibarət olduğunu yaxşı bilirik. Burda məktəb binası filan tikilməyəcək. Məktəb binası tikilməli olsaydı, icra hakimiyyətinin işçiləri hazırda villaların ucaldığı torpaq sahəsini satmazdı. Sabunçu İcra Hakimiyyətinin rəsmisi bu bəhanə ilə bizi aldadıb yerimizə sahib çıxmaq, daha sonra isə satmaq istəyir. Camaat 2000-ci ildən bu yana öz cibinin pulu ilə gölməçə doldurur. Torpağı dolduran şəxslərin arasında müharibə veteranları da var. Bu torpaq sahələri uzun müddətdir bizim istifadəmizdədir. Xeyir ola, indi gəlib torpağı əlimizdən almaq istəyirlər? Qəzet vasitəsilə icra hakimiyyətinin başçısı Adil Vəliyevə və digər şəxslərə demək istəyirik ki, onlara bir qarış da olsa torpaq verən deyilik. Gölləri doldurub qurudanda icra başçısı, Rafael adlı şəxs və digərləri harada idi? Niyə həmin vaxt gəlib burda məktəb binasının tikiləcəyini demirdilər? Sabunçunun yarısı başçı tərəfindən zəbt olunub. Hara baxırsan, Adil müəllim orda bir obyekt tikdirir. İcra başçısı məktəb binası üçün nəzərdə tutulan ərazini satıb, indi isə çıxılmaz vəziyyətə düşüb. Yuxarı instansiyalardan xahiş edirik ki, şikayətimizlə maraqlansınlar. Əks halda, haqqımızı öz bildiyimiz formada tələb edəcəyik". Vətəndaşların şikayətini araşdırmaq üçün Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin köməkçisi Müslüm Mahmudovla əlaqə saxladıq. Başçının köməkçisi vətəndaşların ittihamları ilə razılaşmadığını bildirdi və bizə məsləhət gördü ki, Sabunçu qəsəbəsi üzrə icra nümayəndəliyi ilə əlaqə saxlayaq. İcra nümayəndəliyindən isə icra nümayəndəsinin ərazidə olduğunu bildirdilər. Ümid edirik ki, aidiyyəti dövlət orqanlarının rəhbər şəxsləri Anaşkin küçəsində yaşayan sakinləri narahat edən məsələni araşdıracaq və icra hakimiyyətinin Rafael adlı işçisi layiqli cəzasını alacaq.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi