Sumqayıtda abadlıq adı altında büdcə pulları qarət olunur
Gundem
Oxunub: 1 211
9 apr 2015 | 11:27
Sumqayıtda abadlıq adı altında büdcə pulları qarət olunur

Sumqayıtın və şəhər sakinlərinin uzun illərdən bəri həll olunmamış qalan problemləri hər ötən gün daha kəskin xarakter alır.

Buna baxmayaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə mövcud nöqsanları aradan qaldırmaqda maraqlı görünmür.

Çünki, o əhatəsində olan şəxslərlə - Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev və iş adamı Aslan Abbasovla birgə abadlıq, yenidənqurma adı altında şəxsi maraqlarını təmin etməyə çalışır.

Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla paylaşan məlumatlı şəxsin bildirdiyinə görə, Eldar Əzizov Sumqayıt şəhərinə icra başçısı təyin olunduqdan bir qədər sonra əksər qurumların fəaliyyətində canlanma hiss olundu və yaşıllıqların qorunması məqsədi ilə ağaclara qulluq edildi, küçə ticarəti yığışdırıldı. Lakin bu kampaniya xarakterli olduğundan bu gün hər şey əvvəlki vəziyyətinə qayıdıb: "Sumqayıtlılar inanırdılar ki, Eldar Əzizovun gəlişi ilə hər şey müsbətə doğru dəyişəcək. Düzdür, icra başçısı təyin olunduqdan sonra o müəyyən işlər gördü. Ancaq bu uzun çəkmədi. Yəni indi hər şey əvvəlki kimi qalmaqdadır. Görünür Eldar Əzizov qısamüddətli abadlıq, quruculuq işləri ilə özünü göstərməyə, ictimai nüfuz qazanmağa çalışırmış. Artıq o özünə yer etdiyindən buna ehtiyac qalmayıb. Odur ki, bu gün Sumqayıt Şəhər İcra Hakimiyyəti "köhnə hamam, köhnə tas" prinsipi ilə işləyir. Belə ki, icra başçısının himayəsinə arxalanan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev və iş adamı Aslan Abbasov yalnız şəxsi maraqları barədə düşünür, bunun üçün əllərindən gələni edirlər. Heç kim də onlara "gözün üstə qaşın var" deməyə cəsarət etmir".

Mənbənin sözlərinə görə, Eldar Əzizov Sumqayıtı abad şəhərə çevirəcəyinə söz versə də, ortada abadlıqdan əsər-əlamət yoxdur: "Hanı o abadlıq ki, şəhər sakinləri onu görmürlər. Sumqayıtın hansı küçəsinə, hansı dalanına baxırsansa çala-çuxurdur. Belə də abadlıq olar?.. İcra başçısı əhaliyə verdiyi vədə xilaf çıxdı. Eldar Əzizova qədər şəhərin yollarının vəziyyəti bundan daha yaxşı idi. 1946-cı ildən şəhər statusu alan və "gənclik şəhəri" adlandırılan Sumqayıt artıq bir sıra yerli məmurların, əsasən də Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev və iş adamı Aslan Abbasovun əlində əsir-yesir olub". Son dövrlər Sumqayıtda ağacların kütləvi şəkildə məhv edildiyini vurğulayan məlumatlı şəxs iddia edir ki, yaşıllıqların yerində müxtəlif biznes və ticarət obyektlərinin inşa edilməsi artıq adət halını alıb: "Bu proses icra başçısının razılığı ilə şəhərin memarlıq idarəsinin rəisi Həsən Həsənov vasitəsi ilə həyata keçirilir. Onu da nəzərinizə çatdırım ki, şəhərin baş memarı öz vəzifəsində formal şəxsdir və bütün bu işləri icra başçısı ilə yaxın olan iş adamı Aslan Abbasov, həmçinin Kamil adlı şəxs koordinasiya edir. Ümumiyyətlə, istər dövlət büdcəsindən, istərsə də prezidentin ehtiyat fondundan ayrılan vəsaitlərin demək olar ki, hamısı mənimsənilir. Az-çox görülən işlər isə, məhz Sumqayıt sahibkarlarının hesabına həyata keçirilir. Şəhərdə biznes fəaliyyəti ilə məşğul olanlar yerli rəhbərliyin "xərac siyasəti"ndən həddindən artıq narazı olsalar da, Eldar Əzizovun qəzəbinə düçar olmamaq və müflisləşdirilmək riski ilə qarşılaşmamaq üçün susmaq məcburiyyətində qalırlar. Ancaq bu proses uzun müddət davam edə bilməz. Odur ki, gec-tez Sumqayıtda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də ayaqlana bilərlər. Bunun isə ağır sonluqla yekunlaşmaq ehtimalı heç də az deyil". Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO