15 milyonluq abadlıq işlərinin altından boylanan qorxunc korrupsiya
Gundem
Oxunub: 1 330
9 apr 2015 | 12:22
 15 milyonluq abadlıq işlərinin altından boylanan qorxunc korrupsiya

Hesablama Palatasının Yevlaxda aşkarladığı yeyintilərin miqyası o qədər böyükdür ki, bunları ört-basıdır etmək, yaxud da yeyintilərin hesabını vermək icra başçısı üçün çox çətin olacaq.

Yevlaxın icra başçısı Qoca Səmədovla müavini Namiq Süleymanov təlaş içindədirlər. Azerinfo.az bildirir ki, bu barədə Yevlaxdan AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, başçı və müavini Hesablama Palatasının yoxlamasından ciddi şəkildə təşviş keçirirlər. Belə ki, ortaya çıxarılan nöqsanların miqyası istər Qoca Səmədovun, istərsə də, başçının müavini, sosial-iqtisadi inkşafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Namqi Süleymanov üçün yaxşı heç bir şey vəd etmir.

AZFakt.com məlumat verir ki, Hesablama Palatasının son aylar rayonlarda və dövlət qurumlarında apardığı yoxlamalar və ortaya çıxarılan nöqsanlar, maliyyə maxinasiyaları rayon icra başçısı Qoca Səmədovu və başçının müavini-sosial-iqtisadi inkşafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Namqi Süleymanovu ciddi şəkildə əndişələndirib.

Belə ki, son 3 ildə rayonun abadlığı üçün ayırlan vəsaitlərin xərclənməsində ciddi maliyyə maxinasıiyaları və mənimsəmə halları mövcud olub və hazırda başçı və müavini «cidanı çuvalda gizlədə bilmirlər». Çünki sənədlərdə son 3 il müddətində Yevlaxın abalaşdırılmasına 15 milyon manat sərf olunducu göstərilsə də, görülən işlər 5 milyon civarındadır. Bu işlərin yarısından çoxunu isə yerli sahibkarlar öz vəsaitləri hesabına həyata keçiriblər.

Qeyd edək ki, son üç ildə rayonda yalnız bir neçə küçə təmir edilib, hasarlar üzlənib, icra hakimiyyətinin ətrafı təkrar təmir edilib, avtovağzalın yanı və mərkəzi hissələrdəki səkilər yenidən tametlənib, işıq dirəkləri başqaları ilə əvəzlənib. Yevlaxda görlən işlər ancaq bundan ibarət olduğu üçün icra başçısı ilə müavini üzləşəcəkləri vəziyyəti yaxşı bilirlər.

Daxil olan məlumatda göstərilir ki, sənədləşdirmələrdə qiymətlər bir neçə dəfə şişirdilib. Misal üçün sənədlərdə 1 ədəd işıq dirəyinin qiymətini 2200 manat göstərilib və əslində isə həmin dirəklər 600 manat civarında əldə olunub. Bundan başqa şəhərin mərkəzi hissələrində yerləşən səkilərin tametlənmsi, parkların yenidən təmir olunması və mərkəzi küçələrin təkrar asfaltlanması işlərindədə böyük həcmli yeyintilərin olduğu bildirilir.

Mənbə iddia edir ki, Qoca Səmədovla müavini ümumi şəkildə minimum Yevlaxın abalaşqdırılması üçün ayrılan vəsaitin 2/3 hissəsini mənimsəyiblər və bu da təbii ki, yuxarı instansiyalarda ciddi qəzəb yaradacaq. Buna baxmayaraq çıxış yolu da yoxdur. Çünki xərclənən vəsait də, görülən işlər də ortadadır.

Mənbə bildirir ki, yaranmış vəziyyətdən ən çox narahat olan Namiq Süleymanovdur. Çünki Namiq Sülemanov uzun müddətdir ki, ətraf rayonlardan birinə icra başçısı təyinatı almağa çalışır. Bu durumda isə iddalı başçı müavinin qara siyahıya düşməsi qaçınılmaz görünür.

Yazıda adı keçən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi