Hesablama Palatası icra başçılarının qəniminə çevrilib
Gundem
Oxunub: 1 451
10 apr 2015 | 12:26
Hesablama Palatası icra başçılarının qəniminə çevrilib

Hesablama Palatasının hesabatında Bakı və Sumqayıt şəhər icra hakimiyyətlərinin fəaliyyətindən də bəhs olunub.

Sənəddə qeyd olunur ki, Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və büdcənin ehtiyat fondlarından Bakının yenidənqurma, abadlıq işlərinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit keçirilib.
Audit zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib. Departament tərəfindən mənzil fondunun zərərinin ödənilməsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması zamanı təsiredici amillərin, cari ilin sonuna gözlənilən xərclərin nəzərə alınmadığı üzə çıxıb. Həmçinin bəlli olub ki, anbarda olan material resursları qalığının nəzərə alınmaması, xidmət sahəsi işçilərinin ixtisas dərəcələri və əməkhaqları qanunvericiliyə uyğun müəyyənləşdirilməyib. Mənzil fondunun gəlirləri hesablanan zaman orada müvəqqəti məskunlaşmış məcburi köçkün əhalinin sayı nəzərə alınmayıb. Debitor borcunun yığılması və ləğv edilməsi, gəlirlərin artırılması, xərclərin və zərərin azaldılması istiqamətində müvafiq tədbirlərin görülməməsi nəticəsində zərər məbləğinin ödənilməsinə yönəldilən büdcə vəsaitinin məbləği əhəmiyyətli dərəcədə artırılıb. Satınalmalarda birbaşa müqavilələr bağlanarkən ehtimal olunan qiymətin müəyyənləşdirilməməsi mənzil fondu üzrə ayrılmış vəsaitin səmərəli xərclənməməsi ilə şərtlənib. Xidmət haqqına hesablanmış əlavə dəyər vergisinin xərcə salınması nəticəsində mənzil fondunun xərcləri artırılıb və bəzi hallarda əlavə dəyər vergisi az hesablanıb.
Sumqayıt Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Idarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericilik aktlarına uyğunluğunun auditi zamanı isə müəyyən edilib ki, idarənin hüquqi statusunda bəzi uyğunsuzluqlar mövcud olub. Sumqayıt şəhərinin mövcud baş planının 1978-ci ildə təsdiq edilməsinə baxmayraaq audit aparılan tarixədək yeni baş planı hazırlanaraq təsdiq edilməyib. Memarlıq, tikinti işləriylə bağlı icra başçısı tərəfindən verilmiş sərəncamların idarəyə daxil olmasının, iş və xidmətlərə görə vətəndaşlardan, hüquqi şəxslərdən daxil olan ərizə-müraciətlərin uçotu aparılmayıb. Idarənin xərclər smetası müvafiq qaydada təsdiq edilməyib, işçilərin əməkhaqlarına edilmiş əlavələr əsaslandırılmayıb.
Audit nəticəsində büdcəyə nə qədər pul qaytarılıb?
Hesabatda bəzi rayon icra hakimiyyətlərinin auiditin nəticəsi üzrə görülən işlərdə bəhs olunub. Sənəddə qeyd olunur ki, Masallı Rayon Icra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda nəticələrə dair müzakirənin aparıldığı, avans ödənişləri zamanı işlər və xidmətlər üzrə satınalma müqaviləsinin nümunəsinin tələblərə riayət edilməsi və podratçılara ödənilən avansın istifadə olunmasını əsaslandıran sənədlərin alınmasının təmin edilməsi istiqamətində tədbirlərin görüldüyü, 4 obyekt üzrə yerinə yetirilməmiş 97311,6 manat tikinti işinin yerinə yetirilməsi, 5 obyekt üzrə 16390,0 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, nöqsanlara yol vermiş 2 nəfərin işdən azad edildiyi qeyd olunub.
Neftçala Rayon Icra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda isə işlərin həcminin artırılması nəticəsində podratçıya artıq ödənilmiş 21211,73 manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa edilməsi, 2 obyekt üzrə yerinə yetirilməmiş 67458,71 manat məbləğində tikinti işinin yerinə yetirilməsi, 2 obyekt üzrə 49117,5 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, işində nöqsanlara yol verən 2 orta məktəb direktoruna töhmət verildiyi, baş mühasib və 1 aparıcı məsləhətçiyə xəbərdarlıq olunduğu qeyd edilib.
Hacıqabul Rayon Icra Hakimiyyəti tərəfindən aparılan auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda 7 obyekt üzrə yerinə yetirilməmiş 65527,1 manat məbləğində tikinti işinin yerinə yetirilməsi, 4 obyekt üzrə 3604,9 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, 1 obyekt üzrə işin vahidinin qiymətin artırılması nəticəsində artıq ödənilmiş 2407,76 manat vəsaitin həmin podratçıya olan kreditor borcdan azaldılması, işində nöqsanlara yol verən baş mühasibə xəbərdarlıq olunub.
Gədəbəy RIH tərəfindən aparılan auditin nəticəsi kimi 1 obyekt üzrə 1660,0 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, 3 obyekt üzrə yerinə yetirilməmiş 77182,4 manat məbləğində tikinti işinin yerinə yetirilməsi və keyfiyyətsiz yerinə yetirilmiş 49592,3 manat dəyərində işin yenidən işlənməsi, işində nöqsanlara yol verən böyük məsləhətçiyə xəbərdarlıq olunub.
Şirvan Şəhər Icra Hakimiyyəti tərəfindən aparılan auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda 1 obyekt üzrə yerinə yetirilməmiş 30160,8 manat məbləğində tikinti işinin yerinə yetirilməsi, 5 obyekt üzrə yerinə yetirilməmiş 17164,2 manat məbləğində tikinti işinin dəyərinin dövlət büdcəsinə bərpası, obyektlərin istismara qəbul olunduğu və ilkin dəyəri müəyyən edilməklə müvafiq qaydada uçota alındığı bildirilib.
Zərdab Rayon Icra Hakimiyyətinin auditi üzrə məlumatda bildirilib ki, 4 obyekt üzrə yerinə yetirilməmiş 29734,9 manat məbləğində tikinti işinin dəyərinin dövlət büdcəsinə bərpası və 2 obyekt üzrə 8085,0 manat dəyərində inventar və avadanlığın müvafiq podratçılar tərəfindən quraşdırıldığı bildirilib.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO