Yanan binada toy: "Gəlini hara gətirim?.." - REPORTAJ - FOTO
Gundem / Sosial
Oxunub: 1 562
12 apr 2015 | 13:37
Bakıda baş verən bu yanğın fərqli idi. Bir neçə dəqiqə içində bütün bina alova qərq oldu, geridə isə qara hisə bulaşmış qırıq pəncərəli 9-mərtəbəli tikili qaldı...

Yanan binanın həndəvərinə yetişəndə bir vurhavur vardı, gəl görəsən. Əşyalarını binadan çıxaran kim, qonşularını bir yerə toplaşıb başlarına çarə qılmağa səsləyən kim...

Bir qrup sakin isə sakitcə kənarda toplaşıb uzun illər yaşadıqları və bir andaca yanaraq simasını itirən binalarına baxırdı. Onlara yaxınlaşanda məlum oldu ki, bu gün binada yaşayan ailələrin övladlarının toy mərasimi olacaq. Qız evi 8-ci, oğlan evi isə 2-ci mərtəbədə yaşayır və ötən gün onların ikisinin də evi yanıb. Amma bu gün toy eləməyə məcburdurlar. Ali Hərbi Məktəbi bu il bitirəcək oğlanın atası Əli Məmmədov bildirir ki, dəvətnamələr paylandığından toyu təxirə sala bilməzlər: Heç bilmirəm nə olacaq, necə olacaq. Onların da, mənim də evimiz yanıb. Gəlini hara aparacağıq, elə onu düşünürəm.

Ə. Məmmədov bildirdi ki, bu bina sovet vaxtı tikintidə işləyənlərə verilib və özəl yataqxana olub: 40 il işləyib bu binadan ev almışam.

Bina sakinlərindən bəziləri əşyalarını çıxarmaqla məşğul idilər. Sakinlərdən Zülfiyyə İsmayılova bildirdi ki, onun evi ən çox ziyan görənlərdəndir.

Zərərçəkmişlərin söhbətindən belə aydın olurdu ki, onlar yanğının baş vermə səbəbini dəqiq bilməsələr də, binaya vurulan üzlük materialın alışmasından şübhələnirlər. Amma yanğın baş verdiyi zaman hər hansı partlayış müşahidə olunmayıb: "Eyvanlarda çoxlu qaz balonları olub, yaxşı ki partlamayıb, yoxsa daha böyük bədbəxtçilik olacaqdı.

Dünənki yanğın vaxtı hadisə yerinə təcili tibbi yardım maşınları da gəlib. Hadisə nəticəsində təşvişə düşənlərə, tüstüdən boğulanlara ilkin tibbi yardım göstərilib, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində bəzi ailələrin sənədləri tamamilə yanıb. Sakinlərdən birinin 3 övladının ali məktəb diplomu da yanaraq kül olub. Bundan başqa, birinci mərtəbədə yerləşən geyim mağazasına da xeyli ziyan dəyib. Sahibkar bildirib ki, mağazada yanğın olmayıb: "Amma malların yarıdan çox islanıb, mağaza su ilə dolub, tavanda da xeyli qopmalar var. Hələlik nə qədər ziyanın dəydiyini hesablamamışıq.

Hadisə baş verən zaman Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov əraziyə gəlib. Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Zaməddin Əkbərov lent.az-a deyib ki, bina sakinləri ilə bağlı lazım olan bütün tədbirlər görülür. Z. Əkbərovun sözlərinə görə, gecə saatlarında müvafiq komissiya fəaliyyətə başlayıb və dəymiş ziyanın hesablanması prosesi həyata keçirilir: Hazırda fövqəladə hallar komissiyası binada işini davam etdirir. Sübh tezdən komissiya üzvləri əraziyə gediblər. Hər bir mənzil sahibinin iştirakı ilə mənzillərə baxış keçirilir və müvafiq qeydlər götürülür. Eyni zamanda evin fotosu da çəkilir. Bundan sonra qapı bağlanır.

Birinci müavin qeyd etdi ki, yanğının baş verdiyi binada ümumilikdə 112 ailə yaşayır: Yanğın baş verən hissədə 56 ailə yaşayır. Onların da bir çoxunun evində yanğın fasadla divar arasında baş verib. Onu deyə bilərəm ki, bir qayda olaraq zərər çəkmiş bütün evlər təmir olunaraq sahiblərinə təhvil veriləcək. Komissiya müəyyənləşdirəcək ki, hansı mənzildə yaşamaq mümkün deyil, həmin ailələrə də müvafiq köməklik göstəriləcək.

Qeyd edək ki, binanın yanğından mühafizə olunmuş hissəsinin sakinləri artıq evlərinə dönüblər.

Yanan binada toy: "Gəlini hara gətirim?.." - REPORTAJ - FOTO
Yanan binada toy: "Gəlini hara gətirim?.." - REPORTAJ - FOTO
lent.az
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO