Kəmaləddin Heydərov Londondakı biznesini ingilis xanımın adına keçirib (FOTOFAKT)
Gundem / Sosial / Dunya
Oxunub: 1 840
25 yan 2019 | 16:30
Kəmaləddin Heydərov Londondakı biznesini ingilis xanımın adına keçirib (FOTOFAKT)















İngiltərədə Kəmaləddin Heydərova məxsus çoxsaylı şirkətləri oğlanları Nicat və Taleh idarə edir. Amma hansısa səbəblərdən fövqəlnazir son 1-2 il ərzində onların adlarını şirkətlərin rəsmi təsisçiləri sırasından çıxarıb və bununla guya Britaniyadakı biznesinə son qoyduğu görüntüsünü yaratmağa çalışıb.



Fövqəlnazir bu ölkədəki pullarını uzun illərdən bəri oğlanlarına biznes işlərində kömək etmiş tərəfdaşlarına etibar edib. Böyük ehtimalla cənab Heydərovu bu addımı atmağa vadar edən son vaxtlarda hakimiyyətlə münasibətlərində yaranmış çatlardır. Yəni uzun illər hakimiyyətə sədaqətlə qulluq etmiş fövqəlnazir artıq ona etibar etmir, günün birində vəzifəsini və Azərbaycandakı iqtisadi imperiyasını itirəcəyini anlayır, vaxtında xaricdəki biznesini göz qabağından yığışdırmağa üstünlük verib.



Taleh Heydərov
Kəmaləddin Heydərovun İngiltərədəki biznesini etibar etdiyi ən sadiq dostu 1963-cü il təvəllüdlü Britaniya vətəndaşı xanım Gillian RALSTON JORDAN-dır. Əslində kifayət qədər cazibədar görünən Gillian xanım daha əvvəldən Gilan Holdinq sahibinin biznesinin böyük qismini öz kölgəsində gizlədib. Hazırda o, Taleh və Nicat Heydərovların adına olan 5 şirkəti idarə edir.

Gillian RALSTON JORDAN
Bloombergin məlumatına görə, xanım Jordan 25 ildn çox idarəçilik təcrübəsinə malikdir, Şotlandiya Krallıq Bankının rəhbərinin müavini olmaqla yanaşı, Bermuddakı offşor şirkətlərinin meneceri olaraq fəaliyyət göstərir.

Məlum olduğu kimi indiyədək Heydərov qardaşlarının adına İngiltərədə 12 şirkət və cəmiyyət qeydiyyatdan keçirilib;

AZERBAIJAN GERMAN CONSULTANCY COMPANY LIMITED (şəhadətnamə nömrəsi 06859927, 26 mart 2009-cu ildə təsis edilib, 2013-cü ildə qapadılıb)
Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
AZERBAIJAN CARPETS LIMITED
(şəhadətnamə nömrəsi 06860002, 26 mart 2009-cu ildə təsis edilib, 25 mart 2013-cü ildə qapadılıb)
Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
UEI CAY LIMITED
(şəhadətnamə nömrəsi 06860070, 26 mart 2009-cu ildə təsis edilib, 25 mart 2013-cü ildə qapadılıb)
Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
UEI RESTAURANTS GLOBAL FOOD LIMITED
(şəhadətnamə nömrəsi 08645712, 12 avqust 2013-cü ildə ildə təsis edilib, 11 oktyabr 2016-cı ildə qapadılıb)
Qeydiyyat ünvanı: 15 Queen Anne Gate, London, England.
UEI REAL ESTATE LIMITED
(şəhadətnamə nömrəsi 07196786, 19 mart 201-cu ildə təsis edilib, 30 avqust 2016-cı ildə qapadılıb)
Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
UEI RESTAURANTS LIMITED
(şəhadətnamə nömrəsi 07325381, 26 iyul 2010-cu ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib.
Qeydiyyat ünvanı: 15 Queen Anne Gate, London, England.
UEI CASPIAN CAVIAR LIMITED
(şəhadətnamə nömrəsi 06860019, 26 mart 2009-cu ildə təsis edilib, 25 mart 2013-cü ildə qapadılıb)
Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
CAFE BAKU LIMITED
(şəhadətnamə nömrəsi 07808904, 26 mart 2011-ci ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib.
Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
UEI PROPERTY (UK) LIMITED
(şəhadətnamə nömrəsi 07573289, 22 mart 2011-ci ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib.
Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
UNITED ENTERPRISES INTERNATIONAL LIMITED
(şəhadətnamə nömrəsi 06716004, 6 oktyabr 2008-ci ildə ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib.
Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
AZERBAIJAN JUICES LIMITED
(şəhadətnamə nömrəsi 06860062, 26 mart 2009-cu ildə ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib.
Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
THE EUROPEAN AZERBAIJAN SOCIETY
(şəhadətnamə nömrəsi 06635743, 2 iyul 2008-cj ildə ildə təsis edilib, fəaliyyətini dayandırmaq üçün müraciət edilib).
Qeydiyyat ünvanı: Griffins Tavistock House South, Tavistock.



Heydərovların şirkətlərinin ofislərəri yerləşən bina
QAYA REAL ESTATE 04.29.2010-cu ildə Londonda 07239249 nömrəsi ilə təkrar qeydiyyata alınıb. Brook Street 67 ünvanında yerləşir. Şirkət Heydərov tərəfindən satın alınana qədə Source One Limited adı ilə fəaliyyət göstərib. 2015- ci ildə gəliri 2 080 104 funt-sterlinq (2.732.085,3375 dollar) olub. 2016-cl ildə dövriyyəsi 8 807 735 funt-sterlinq, yəni 11.563.190,8561 dollar təşkil edib.

Bunlar Heydərovların üzdə olan şirkətləridir. Maliyyə hesabatlarına görə onlardan yalnız UEI RESTAURANTS LIMITED şirkəti daha ciddi aktivlərə sahibdir. 2016-cı ilin maliyyə hesabatına görə bu şirkətin kapital və rezervləri 10 milyon 770 min funt sterlinq həcmindədir. Bu o deməkdir ki, əvvəlki illə müqayisədə 500 min funt sterlinq artıb. Bu şirkət Londonda Heydırovlara məxsus BAKU RESTAURANT-ı idarə edir. Bu restoran Londonda kifayət qədər bahalı məkanlardan sayıır. Burda14 funt sterlinqdən başlayan qiymətlərlə kabab, 35 funta nərə balığı kababı, hətta 100 funta qara kürüdən dadmaq olar.



Sloana Streetdəki Bakı kafesi də Heydərovlara aiddir. Bura daha çox bar-qəlyanxana kimi tanınır və CAFE BAKU LIMITED şirkti tərəfindən idarə olunur. Kapitalı 700 min dollara yaxındır.

AZERBAIJAN JUICES LIMITED şirkətinin aktivlri isə bundan bir qədər artıqdır. 2015-ci ilin tədiyyə balansına görə 800 min funt sterlinqdən bir qədər artıq. Sənədlərə görə Taleh və Nicat Heydərovların yaşadıqları ünvan 13 Albert Hall Mansions, Kensington Gore, London olaraq göstərilir. Bu ünvanda 4 otaqlı evlərin qiyməti 6,5-7 milyon funt sterlinqdən başlayır.Kəmaləddin Heydərov Londondakı biznesini ingilis xanımın adına keçirib (FOTOFAKT)
Kəmaləddin Heydərov Londondakı biznesini ingilis xanımın adına keçirib (FOTOFAKT)
Kəmaləddin Heydərov Londondakı biznesini ingilis xanımın adına keçirib (FOTOFAKT)
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO