Sabirabad İcra Hakimiyyətində bayrağın nə olduğu bilən yoxdur?..
Gundem
Oxunub: 1 864
22 apr 2015 | 21:45
Sabirabad İcra Hakimiyyətində bayrağın nə olduğu bilən yoxdur?..
Bayrağına hörmət etməyən şəxsin hörməti də olmaz. Bu atalar deyimi deyil. Amma reallığı əks etdirən bir deyimdir deyək. Bu günlərdə Regionxeber.az saytında Sabirabadda bayrağa hörmətsizlik olunması ilə bağlı bir süjet təqdim edilmişdi. Əslində diqqətimizi günlərdir Sabirabadda dalğalanan cırıq bayrağa rayon İcra Hakimiyyətinin laqeyid və biganə yanaşması oldu. Rayonda iş başında olmasından asılı olmayaraq, bu durumla icra başçısını əgər Bakıdan yol qət edən əməkdaşımız agah edirsə, o zaman bu icra başçısının da, fəaliyyətini gözdən keçirməyə dəyər. Millətimizin və xalqımızın hörmət və izzət göstərdiyi bir bayrağın Sabirabad icra hakimiyyətində kimlər üçün, nə səbəbdən mahiyyət daşımadığı doğurusu maraqlı gəldi. Elə bu məqsədlə əməkdaşımız Sabirabad rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışdı. Nəhayət Sabirabad rayon İcra Hakimiyyıətinin Hümanitar Məsələlər üzrə müavin vəzifəsində çalışan Babayeva Şəhnaz xanımla danışmaq mümkün olsa da, danışığımız çox qısa oldu. O söhbətdən qaçaraq dəstəyi üzümüzə qapatdı. Daha sonra əməkdaşımız icra hakimiyyətinə gedərək, həmin xanımdan bayraqla bağlı elementar suallara belə cavab ala bilməyib. Sabirabad rayon İcra Hakimiyyətində Hümanitar Məsələlər üzrə bir müavin bayrağın bir dövlət üçün mahiyyətinin nə olduğunu, rənglərinin nə ifadə etdiyini deyə bilmirsə, bu onun əlbəttə ki, “savadın”nın xəbərçisidir. İndi deyəsən, Sabirabad İcra Hakimiyyətinin rayonda günlərdir dalğalanan cırıq bayrağın fərqində belə olmamalarının səbəbi də, elə budur.
Görəsən bayraqla bağlı elementar suallar qarşısında aciz qalan İcra Hakimiyyətinin əməkdaşı həmin pilləyə hansı “savad” hesabına yiyələnib? Bax bunu adiyyatı orqanlar düşünsə heç də, pis olmaz.

Xatırladaq ki, dövlət bayrağa hörmət və dövlət bayrağının istifadə qaydaları ilə bağlı Azərbayacn Respublikasının Konstitusiyasında xüsusi maddə yer alıb. Həmin maddəni olduğu kimi nəzərinizə çatdırırıq:

Maddə 1. Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr
1.1. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.

1.2. Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür.

1.3. Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür.


Mubariz Nuriyev
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi