Göyçayın başçısı oliqarx qardaşı oğlu ilə yolları niyə ayırır? - Pərdəarxası...
Gundem / Dunya / Bolge
Oxunub: 1 516
22 fev 2019 | 12:40
Göyçayın başçısı oliqarx qardaşı oğlu ilə yolları niyə ayırır? - Pərdəarxası...














Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə ilə oliqarxlaşmış qardaşı oğlu Səməd Cəbrayılov yola getmirlər

Cahan.info xəbər verir ki, bu iddialar feysbukda yayılıb.

İH başçısı qardaşı oğlunun hərəkətlərindən, əhalini narazı salmasından bezərək onunla yollarını ayırmağa hazırlaşır. İcra Hakimiyyətinin kadrlar şöbəsində müdir vəzifəsini daşıyan S.Cəbrayılovun işindən uzaqlaşdırılacağı istisna edilmir.

Çünki ona yaratdığı şəraitdən istifadə edən qardaş oğlu Göyçayda hegemonluqla ad çıxarmışdı. Camaatı incitməsi isə əmisinin - M.Səlimzadənin ayağına yazılırdı.

Odur ki, indi münasibətləri soyuyan Səlimzadə ilə Cəbrayılovun barəsində bütün rayon danışır. Deyilənə görə, icra başçısı onu özündən uzaqlaşdırmaqla əhalinin narazılığını neytrallaşdırmağa nail olmaq istəyir. Prezidentin icra strukturlarının rəhbərlərinə son xəbərdarlığı da bu mənada olduqca əhəmiyyətlidir.

S.Cəbrayılovun qurduğu plana əsasən Göyçay Avtonəqliyyat ASC-də yerləşən bazarı antisanitariya adı ilə bağlatdırıb özünə Göyçay şəhərinin mərkəzində mebel Rəşid adlı şəxslə ortaq “Təzə Bazar” adlı bazar açıblar.

Göyçay Avtobazasında yerləşən bazarda 500 dən çox insan alver edib evinə çörək aparırdı ki, indi həmin şəxslər işsiz qalıblar. Mehdi Səlimzadənin özbaşınalığı nəticəsində Göyçayda çoxlu sayda işsızlər ordusu yaranmışdır.

Qardaş oğlu Səməd Cəbrayılov Sənan adlı şəxslə isə ortaq yeni Avtobaza yaratdığı üçün 125 səhmdarı və 40 nəfər kollektivi olan Göyçay Avtobazasını bağlatdırmaqla çoxlusayda insanları acından ölməyə məhkum ediblər.

İcra başçısı Mehdi Səlimzadənin tamahının qurbanlarının sayı gündən-günə artmaqdadır. Tez bir zamanda harınlayan qardaş oğlu Səməd Cəbrayılov öz şəxsi bahalı avtomobilinə 99 SC 999 nömrəsini almaq üçün 30.000 manat pul ödəyib.

Məlumata görə, Mehdi Səlimzadənin digər qardaşı oğlu, S.Cəbrayılovun Əli adlı kiçik qardaşı rayonda boş torpaq sahələrini qeydə almaqla məşğuldur. Həmin torpaq sahələri qanuna uyğun olub-olmadı baha qiymətə satışa çıxarılır.

Hətta rayonun mərkəzində yerləşən 5 mərtəbəli binanın girişində camaatın xeyir-şər üçün istifadə etdiyi torpaq sahəsini küllü miqdarda pula satmışdılar.

Cahan.info-nun verdiyi məlumata görə, bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar.

Belə ki, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılova məxsus bu möhtəşəm villa Qəbələ rayonunda yerləşir.

Əmisinin yaratdığı şərait və verdiyi imtiyaz nəticəsində corab almağa imkanı olmayan qardaş oğlu 2 il ərzində milyonlara sahib olub. Səməd Cəbrayılov Göyçayda, Qəbələdə və Bakı şəhəində villalara, bahalı avtomobillərə, obyektlərə sahib olub.

Son dövrlərdə yerli icra strukturlarında edilən dəyişikliklərin ana xəttini də məhz əyalət "padşah”larının necə işləməsi təşkil edir. Hansı bölgədən daha çox şikayət gəlirsə, çox çəkmir ki, ora əl gəzdirilir və yeni icra başçısı ilə əvəzlənir.

Prezident Nazirlər Kabinetinin son iclasında da qeyd etmişdi ki, kadr və struktur islahatları davam edəcək: "Ancaq mən həmişə, necə deyərlər, narazı oluram.

Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin.

Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü".

Sakinlərin sözlərinə görə, M.Səlimzadənin gəlişi ilə Göyçayda zərrə qədər irəliləyiş olmayıb: yollar bərbad, şəhər axşamlar zülmət, abadlıq-quruculuq yox, hər yer zibil dağları, işıq dirəkləri əyilib, yaşıllıqlar məhv olunub və s.

rayondan Ucara, Kürdəmirə aparan Bərgüşad yolunun pulu mənimsənilib. Bu yolun asfaltlanmasına 150 mindən çox vəsait ayrılıb. Amma iki ildir ki, yol düzəldilmir.

Rayon sakini Kazım yolun cəmi 1-2 kilometrinin düzəldildiyini bizə göstərir: "Baxın, yolu ala-bula düzəldib, qalanı kələ-kötürdür. Bilirsiz niyə? Çünki başçı həmin pulu həzm-rabedən keçirdib.

Bu cür əhəmiyyətli yol iki ildir düzəldilməlidir, ortada heç nə yoxdur. Bu yol Ucara, Kürdəmirə gedir. Kürdəmir yolu ilə Bakıya gedənlər bu yoldan istifadə edir.

Həmçinin, rayonun 10-dan çox kəndi bu yolun üstündədir, nəqliyyatın intensiv hərəkət etdiyi istiqamətdir. Mehdi müəllimi isə burada zülüm çəkən insanlar maraqlandırmır.

Potu kənd ərazisində də ağaclar kəsilib. Deyirlər ki, bu ərazidə köhnə su boruları olub.

Onların tərkibi misdir, yəni qiymətlidir. Həmin su borularını çıxarıb satırlar. Bu işi görəndə yüzillik çinar ağaclarını kəsiblər, məhv ediblər.

Bir akt tərtib ediblər, protokollaşdırıblar, vəssalam. Köhnə boruları oradan çıxarmaq, satmaq kimin yadına düşər? Axı orda heç bir iş görülməyəcək?!

İndi yaxşı boruları satırsız, heç olmasa işi səliqəli görün də. Elə vəhşiliklə ediblər ki, çinar ağaclarını da məhv ediblər. Bu adamlar elə bil təbiət düşmənləridir”.

Eyni işi Mirzəhüseynli kəndində də həyata keçiriblər. Əkin torpaqlarının suvarılması üçün sovet vaxtı Şirvan kanalından uzunluğu 5000 metr olan nikkel metalından yeraltı boru xətti çəkilib. Bələdiyyə sədri saxta akt tərtib edərək texnikaları qazıb çıxartdırıb, satdırıb.

Göyçay sakinləri Bığır kəndində də "boru əməliyyatı” olduğunu söyləyirlər. 100 kilometr su borularını satıb 700 min manat qazanc əldə olunub.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...