Tariximizin qürurla andığı bütün şəxsiyyətlər bayrağımıza hər baxdıqda yad edilməlidir!
Gundem
Oxunub: 1 662
28 apr 2015 | 14:51
Tariximizin qürurla andığı bütün şəxsiyyətlər bayrağımıza hər baxdıqda yad edilməlidir!
Bu gün 28 apreldir. Azərbaycanıın 28 may Respublika gününə düz bir ay qalıb. Həmin gün məlum məslədir ki, hər bir özünə və qələminə hörmət edən jurnalist Məmməd Əmin Rəsulzadədən yazır. Amma gəlin etiraf edək ki, bu gün Azərbaycan öz ziyalıları və böyük tarixi ilə iftixar edəcəyi halda ildə cəmi iki dəfə Məmməd Əmin Rəsulzadəni xatırlayır. Bu bir Məmməd Əminin doğum günü 31 mart, digər isə Azərbaycan Demokratik Respublikasının yarandığı gün, yəni Məmməd Əmin Rəsulzadənin ikinci doğum günü olan 28 maydır. Amma əslində bu gün Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunmasının hər dövründə zəhməti keçmiş bütün ziyalıları hər dəfə üç rəngli bayrağımız dalğalananda xatırlanmalı və hörmətlə anılmalıdır. Bunun üçün məjhz müəyyən olunmuş günlərə ehtiyac yoxdur. Bayrağa baxdıqda və onun “Bir kərə qalxan bayraq, bir daha enməz” kimi fikrini uşaqdan böyüyə əzbər dediyini gördükdə, insan fəxr hissi duyur! Sizcə bu fəxrdən ildə iki dəfə yazmaq az deyilmi? Mən bu ənənəni pozmaq istədim. İstədim ki, yalnız 28 may tarixində deyil, müstəqilliyimizin bütün tarixlərində Azərbaycanın adını qürurla tarixə yazan ziyalılarımız var. Bu anılmalıdır! Yad edilməlidir! Unudulmamalıdır! 1918-ci il müstəqilliyimiz Məmməd Əmin Rəsulzadənin adı ilə bağlıdırsa, 1993-cü il müstəqilliyimiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Biz bu cür azərbaycan övladlarını yetişdirən torpağımızla fəcxr etməliyik. Ona görə də, tariximizi ildə iki və ya üç dəfə deyil, hər gün bayrağımıza baxanda yad etməliyik.
Bu məslə ilə bağlı Məmməd Əmin Rəsulzadənin nəvəsi, dahi rəssam Rəis Rəsulzadənin də fikrini öyrəndik. Rəis Rəsulzadənin sevincini dil ilə ifadə etmək mümkün deyildi. Ona görə də, onun sözlərini olduğu kimi sizlərə çatdırıram: “Cox sağolun! Diqqətinizə görə təşəkkür edirəm Ülkər xanım. Nəhayət bir nəfər, sizin simanızda, ,,tapıldı '' və bu məsələni dərindən duyub düşündü. Bu çox ağrıdıcı və acı bir həqiqəti siz ,,korrektə'' etmək fikrinə düşmüsünüzsə, bu çox gözəl haldır! Dövlət tərfindən bu gün mənim babamın xatirəsinə böyük hörmət və sayqı var. Bunu etiraf etməliyəm. Amma siz məni çox sevindirdiz. Sizə bu işdə uğurlar diləyirəm. Nəticəsindən asılı olmayaraq, mən çox sevindim! Nəhayət ki, bu səhər özümə bir dost, bir həmfikir tapdım!”

Hesab edirəm bu yazı bir çox jurnalist və qələm heyyətinə anım gününün tarixlə deyil, yaddaşla ölçüldüyünü bir daha sübut etmiş olar...



Ülkər
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA