Əli Əliyev müxalifət düşərgəsindəki nəticəsiz mitinqləri qınadı
Gundem
Oxunub: 1 392
28 apr 2015 | 15:04
Əli Əliyev: “Pərakəndə düşmüş, vahid hədəfləri olmayan, heç olmasa fəaliyyətini koordinasiya etmək imkanı olmayan müxalifət bu günkü şərtlər daxilində vəziyyəti dəyişmək gücündə deyil”
Əli Əliyev müxalifət düşərgəsindəki nəticəsiz mitinqləri qınadı
“Radikal mübarizə üsulunu tərcih edənlərin mübarizə üsulları tərəfimizdən qeyri-effektiv kimi qiymətləndirilir”. Bunu Azərinfo.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bu günlərdə bir-birinin bəhsinə start verilən müxalif düşərgəsindəki mitinqlərin nə qədər effektiv olub-olmamasından danışarkən deyib. Onun sözlərinə görə, illər boyu müxalifət statusunda fəaliyyət göstərən təşkilat və liderlər ölkədə siyasi mübarizəni kəskin radikal şüarlar və vasitələrlə həyata keçirirlər: “Nəticə ortadadır. Onu deyim ki, onların siyasi qərarlarına, taktiki seçim hüququna sayğı ilə yanaşıram. Lakin hər bir iş nəticə ilə ölçülür. Əgər son 20 ildə məğlubiyyətlər sıralanırsa, deməli taktikaya yenidən baxmaq lazımdır. Etiraf edim ki, onlar bu 20 ildə ədalətli şərtlər daxilində keçirilən rəqabətdə uduzmayıblar. Hər dəfə seçkilərin nəticələri dəyişdirilib və real siyasi mənzərəni əks etdirməyib. Bütün bunlara rəğmən siyasi liderlər rəqabətə girdikdə , siyasi reallıqları tam halda qiymətləndirməli, siyasi nəticələrə təsir edən bütün amilləri göz önünə almalıdırlar. Çünki ölkənin və vətəndaşların həyatı məhz seçkilərin yekunundan asılı olur. Mitinq və digər statuslu kütləvi tədbirlər siyasi mübarizənin formalarından biri və qanuni yoludur. Təəssüf ki, son dövrlər keçirilən tədbirlər azsaylı və nəticəsizdir. Azərbaycanda kütləvi tədbir standartları ötən yüzilliyin sonlarında formalaşıb. O illərdə mitinq iştirakçılarının sayı 50 min iştirakçıdan az olmurdu. Ona görə, indiki 1000-1500 nəfərlik tədbirlər cəmiyyətin ovqatına təsir göstərmir. Ola bilər, biz bu ovqat dəyişikliyini görmürük . Kim hansı dəyişikliyi hiss edirsə, desin biz də, görək. Ölkədə siyasi dəngənin dəyişməsi təsirli addımlardan keçir. Pərakəndə düşmüş, vahid hədəfləri olmayan, heç olmasa fəaliyyətini koordinasiya etmək imkanı olmayan müxalifət bu günkü şərtlər daxilində vəziyyəti dəyişmək gücündə deyil. Ola bilər ki, kimlərsə siyasi mübarizədə məqsədi mitinq iştirakçılarının sayını artırmaqdır. Bizim qarşımızda belə vəzifə durmur”.


Gülçin
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası