Məhkəmədən Prezidentin sərəncamına hörmətsizlik...
Gundem
Oxunub: 1 490
30 apr 2015 | 08:08
Məhkəmədən Prezidentin sərəncamına  hörmətsizlik...
Bəxtiyar Sadıqovla bağlı iddiada nələr yer alır?
Həkim-publisist, dörd uşaq anası Fazilə Səlimova Göndəm xəbərin redaksiyasına müraciət edərək, hüquqlarının müdafiə olunması üçün yardım istəyib. F.Səlimovanın sözlərinə görə, 36 il yaşadığı və qeydiyyatda olduğu evini qayını Namiq Rəhimli sökməklə hədələyir. Fazilə xanımın bildirdiyinə görə, evin hər bir sənədi var. Ev dövlətə məxsus torpaqda yerləşir. Evə Fazilə xanım və onun yoldaşı qeydiyyatda olub. Lakin N. Rəhimli ayrıca 5 otaqlı evini boşandığı ailəsinə verərək, bu evdə 2004-cü ildə qeydiyyata düşüb. Tez-tez ev üstündə mübahisə edən Namiq bir dəfə qardaşını və onun həyat yoldaşı Fazilə Səlimovanı bıçaqlayıb. “Yuxarıda” adamı olduğu iddia edilən N.Rəhimlinin evlə bağlı iddiasınıd avam etdirməsi nəticəsində ev hüquq-mühafizə orqanları tərəfindən iki hissəyə bölünür. Lakin evin yerləşdiyi torpaq olan ərazi isə hələ ki, bölünməmiş olaraq qalır. Namiq Rəhimli isə aparılan bölgüdən razı qalmayıb.
Fazilə xanımın yoldaşı və Namiq Rəhimlinin qardaşı naməlum şəkildə itkin düşüb və indiyə qədər də haqqında heç bir məlumat yoxdur. Üstündən illər keçsə də, itkin düşən qardaş haqqında heç bir xəbər gəlməyib. Fazilə xanım 4 uşaqla taleyin ümüdünə qalıb və onları oxutdurub, boya başa çatdırıb. Lakin bütün bu illər Namiq Rəhimli qardaşının ailəsini rahat yaşamasına imkan verməyib. N.Rəhimli evin sökülməsi tələbi ilə bir sıra əlaqədar quruma müraciət edir. Şəhərsalma və Yaşıllaşdırma İdarəsi, eləcə də Fövqəladə Hallar Nazirliyi ötən ilin may-iyun aylarında evin sökülməsinin mümkün olmaması haqqında qəti qərar çıxarır. Lakin N. Rəhimli bu kəs məhkəməyə üz tutur. Həm Şəhərsalma və Yaşıllaşdırma İdarəsinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin qəti əmri olsa da, 2013-cü ilin sentyabr ayında məhkəməyə hakimlik edən Fərrux Qasımov evin sökülməsinə icazə verir. Daha sonra Namiq Rəhimli soruşdurma zamanı bildirir ki, onun arxasında millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov durur. İddiaya görə, məhz onun köməkliyi ilə bütün məhkəmələrə yol tapmaq, qeyri-qanuni məhkəmə qərarları əldə etmək mümkün olub. Fövqəladə Hallar Nazirliyinin naziri Kəmaləddin Heydərovun imzası ilə evin sökülməməsinə dair verilən qərarı məhkəmə təkzib edərək, evin sökülməsinə qərar verir.
Fazilə xanim Apellyasiya Məhkəməsinə müraciət etsə də, Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov apellyasiyanı qəbul etmir. Əksinə Fazilə xanıma qarşı 500 manat təzminat davası açılır. Nə üçün və niyəsi məlum deyil. Hazırda 10 gün ərzində məhkəmənin təyin etdiyi məbləği qarşı tərəfə vermək və evin sökülməsinə maneə törətməmək kimi qərar qəbul edilib. Əks halda Fazilə Səlimovaya qarşı 354-cü maddə ilə cinayət işi açılacağı bildirilib.

Xatırladaq ki, məhkəmə prosesi gedə-gedə Namiq Rəhimli bir az əvvəl qeyd etdiyimiz kimi bölgüsü hələ ki, aparılmayan torpaq sahəsinin bir hissəsini qeyri-qanuni surətdə, sənədsiz satıb. Hazırda həmin sahədə başqa adam yaşayır. Bununla yanaşı, Respublika Klinik Xəstəxanasını nefrologiya şöbəsinin həkimi Fazilə Səlimova mütəmadi olaraq N. Rəhimli tərəfindən iş yerində təhqiredici sözlərlə dolu teleqramlar alır. Fazilə xanımın bütün hüquqları tapdanmasına, şərəf və ləyaqətinin ayaqlar altına alınmasına rəğmən Namiq Rəhimli kimlərinsə himayəsi ilə məhkəmədə qalib gəlir.

Fazilə xanım məhkəmələrin qərarına məhəl qoymadıqları Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla görüşmək istəyir və adiyyatı orqanlardan bu işi heç bir vəzifəli şəxsin himayədarlığı olmadan həll edilməsini tələb edir.
Qeyd edək ki, BMM də "Qafqaz Media"İB-nin təşkilatçılığı ilə həkim-publisist Fazilə Səlimovanın mətbuat konfransı belə keçirilib. Onun hüquqlarının tapdandığı, şərəf və ləyaqətinin təhqir olunduğu bildirilib. Maraqlıdır ki, ictimaiyyətdən yardım istəyən həkimə heç bir yardım göstərilməyib. Konfransda bir çox mətbuat nümayəndələri iştirak etsə də, nədənsə, həmin mətbuat konfransı heç bir mətbu orqanda işiqlandırılmayıb. F.Səlimova isə hələ də, ədalətin qalib gələcəyinə ümidli olduğunu bildirir.
Biz də, bu məsləni elə taleyin ümidinə buraxmışdıq. Lakin ötən gün 40 ilə yaxın həkim kimi xidmət göstərmiş bir Azərbaycan vətəndaşına olunan bunca acı və hörmətsizlik qarşısında daha artıq dözümlülük nümayiş etdirə bilmədik. Bu məsələni adiyyatı orqanların nəzərinə böyük həriflərlə çatdırmaq qərarına gəldik. İddialar nə dərəcədə əsaslıdır demək çətindir, amma Prezidentin və Fövqəladə Hallar Nazirliyinin xüsusi sərəncamına məhəl qoymayan məhkəmənin qərarı ilə icra işçiləri Fazilə xanımın evini başına yıxmaqda qərarlıdır. 4 uşaq anası və bunca illlik həkimlik xidməti çəkmiş bir soydaşımızın evini başına yıxmaq hansı vicdana, hansı insanlığa sığar?
Ev problemi bir yana, ümid edirik ki, başda Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva olmaqla, bütün xanım millət vəkilləri 40 illik xidmət göstərmiş tənha həkim qadından öz yardımlarını əsirgəməyəcək. Biz daim Mehriban xanımın qadınlara verdiyi qiyməti və onları aktiv həyata səsləyəcək fəaliyyətini müşahidə edirik. Fazilə Səlimova kimi aktiv bir xanımın başına gətirilənlər isə cəzasız qalmamalıdır. Fazilə xanım kimi həkimlərimizin səsinə mütləq səs verilməlidir.



Gülçin
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...