Ağdam təhsil şefinin 8 Mart “soyqırımı”: “Çinarlı” ziyafəti, başçının acizliyi və...Muradov!!!
Gundem / Dunya / Bolge
Oxunub: 1 645
13 mar 2019 | 15:30
Ağdam təhsil şefinin 8 Mart “soyqırımı”: “Çinarlı” ziyafəti, başçının acizliyi və...Muradov!!!















Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova özünü bitirə-bitirə gedir

Cahan.info yazır ki, bu dəfə 8 Martla əlaqədar məktəb direktorlarından 300-500 manat civarında pul yığdırıb. Xəbəri ilk faktaz.com yayıb.

İddia olunur ki, əslində 8 Mart üçün 50-100 manatdan yığıblar. Sadəcə, 7 mart M. Misirxanovanın doğum günüdür, o da “bir güllə ilə iki dovşan” vurmaq istəyib.

Həm ad günü, həm 8 Mart hədiyyəsi adı altında yığılan məbləğ nəticədə böyük olub. Məktəb direktorları demişkən, “Mətiş” tutuzdurub.

Prezident məmurlara dəbdəbəli ad günü məclisləri təşkil etməmək tapşırsa da, Misirxanova bu göstərişi pozub, Misir fironları kimi özünə bahalı ad günü keçirib.Belə ki, martın 7-də Bərdədəki “Çinar” restoranında məclis qurulub.

Saytın iddiasına görə, M.Misirxanovaya MTN zabiti olmuş biri himayədarlıq edib. Hətta Ağdamın icra başçısı Vaqif Həsənov da ona bata bilmir, təhsil şöbəsi şefindən çəkinir.

Xəbərə görə, Misirxanovanın müqavilə müddətinin başa çatmasına sayılı günlər qalıb. Amma Ağdamda “at oynatması”ndan belə anlaşılır ki, müqavilə müddəti uzadılacaq.

Cahan.info yazır ki, Misirxanova bu vəzifəyə gələndən qalmaqallı işlərlə gündəmdədir. Bir müddət əvvəl də özünə müavin götürdüyü, hələ əmri gəlməmiş Farid Muradov haqda iddialar ortaya çıxmışdı.

F.Muradov təhsil şöbəsi müdiri Mətanət Misirxanovanın təlimatları ilə müavinlik funksiyalarını qeyri-rəsmi həyata keçirməyə başlayıb. Nə Təhsil Nazirliyinin, nə Ağdam İcra Hakimiyyətinin xəbəri var.

Ağdamdan gələn xəbərlərdə deyilir ki, M.Misirxanovanın "sağ əli" missiyasını yerinə yetirən F.Muradov məktəblərin, texnikumların, peşə liseylərinin başına bəla olub.

Onun gəldiyi gündən Ağdam təhsili ilə əlaqəli adamlar erməni ilə sərhəddə olduqlarını unudublar. İddialara görə, F.Muradov məktəb direktorlarına "gün verib, işıq vermir". Onlardan rüşvət tələbi, əsassız pul yığımı, müəllimlərdən bu vəsaitlərin alınması ciddi narazılıq yaratmaqdadır.

Rəsmi əmri gəlməmiş, amma Ağdam təhsilinin başına bəla gəlmiş F.Muradovun fəaliyyətinin ilk günlərdən ciddi etiraz doğurması nəzərləri M.Misirxanovaya yönəldib.

Biz ötən həftə yazmışdıq ki, F.Muradovun tapşırığı əsasında məktəblərdən 8 mart pulu da yığılıb. Ümumiyyətlə, Misirxanova özünü Ağdam təhsilinin Misir fironu kimi aparır.

Ağdam rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Ağdam üzrə əməkdaşı Məhəmməd Aslanov birgə özbaşınalıqları ört-basdır edərək nazirliyin gözündən iraq etməyə çalışırlar.

Press-az.com-da gedən yazıda qeyd olunur ki, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova vəzifəyə təyin olunan zaman bildirib ki, Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov mənim yaxınımdır və onun köməkliyi sayəsində bu vəzifəyə təyin olunmuşam.

Amma bunu özündən uydurduğu, PA məmuru ilə əlaqəsi olmadığı, adından usi-istifadə etdiyi haqda söhbətlər dolaşır. Ümumiyyətlə, ölkənin ən biabırçı təhsil idarəçiliyi, məhz bu rayona məxsusdur.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE